ERMƏNİSTANLA DANIŞIQLARDA ARTIQ VAŞİNQTON FORMATI MÖVCUD DEYİL -
Azərbaycan üçün Ermənistanla danışıqlarda artıq Vaşinqton platforması mövcud deyil.

APA-nın əldə etdiyi məlumata görə, rəsmi Bakının bundan sonra ABŞ-nin təşəbbüsü ilə Ermənistanla danışıqlar aparmaq niyyəti yoxdur.

Məlum olduğu kimi, Brüssel formatı mövcuddur, Azərbaycan da danışıqları bu formatda davam etdirməyi məqbul sayır.

Bununla yanaşı, Azərbaycan daha çox Ermənistanla birbaşa danışıqlara üstünlük verir.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında ABŞ-də bir neçə görüş keçirilib.

Lakin ABŞ-nin son addımları Azərbaycan tərəfdə haqlı narazılıq yaradıb. Bir neçə gün əvvəl ABŞ Senatının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr zamanı Azərbaycanın ünvanına əsassız iddialar səslənib. Dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın da ölkəmizlə bağlı dedikləri kəskin etirazla qarşılanıb.

Bunun ardınca isə ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.

Məhz ABŞ-nin bu addımlarından sonra rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də Vaşinqtonda keçirilməli olan görüşündən imtina edib.

Azərbaycan “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”lə bağlı ABŞ-nin son qərarı ilə bağlı məsələni də əsas hesab edir. Bunu daha çox mənəvi məsələ sayan Bakı “907-ci düzəliş”lə bağlı ABŞ-nin mövqeyinin dəqiqləşməsini istəyir.
 

Bölmənin digər xəbərləri

04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Dünyapress TV

Xəbər lenti