Sabiq nazirdən təklif:
Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.

Bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb. Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.

Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib. 2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. Layihəyə əsasən, yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.

Yaşayış minimumu və ehtiyac meyarının həddi üçün nəzərdə tutulan rəqəm vətəndaşlar üçün yetərlidirmi, yoxsa əlavə artıma ehtiyac var?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Cebhe.info-ya bildirib ki, əslində ehtiyac meyarı insanın ən minimal ehtiyacını ödəmək üçün müəyyən edilmiş bir ölçü vahididir:

“Ehtiyac meyarı və yaşayış minimumu kimi göstəricilərdən sosial yardımların təyin edilməsində, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında istifadə edilir.

Yəni bu göstəriciləri müəyyənləşdirərkən ehtiyac meyarı və yaşayış minimumu kimi alətlər ölçü vahidi rolunda çıxış edirlər. Ehtiyac meyarı və yaşayış minimumu 2022-ci illə müqayisədə cari il üçün 23% artaraq 246 manatdan 270 manata çatdırılmışdı. Nəzərə alaq ki, 2023-cü il üçün ölkədə minimum əməkhaqqı 345 manat müəyən edilib. 2024-cü il üçün təqdim olunmuş dövlət büdcəsi layihəsində növbəti ildə də bu rəqəm dəyişməyəcək.

Bu göstəricilərin ən azından 50% -ə qədər artırılması, yəni ehtiyac meyarı və yaşayış minimumunun 400 manata, minimum əməkhaqqının isə təqribən 500 manata çatdırılması indiki real infilyasiya səviyyəsinə daha uyğun olardı. Təbii ki, bu təklifin reallaşdırılması dövlət büdcəsinin imkanlarından asılıdır”.
 

Bölmənin digər xəbərləri

04 May 2025 Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasının MÜMKÜN SƏBƏBİ – Ankara icazə vermədi? (DETALLAR)
04 May 2025 Abbas Əraqçi Pakistan və Hindistana gedir
03 May 2025 Erməni revanşist Putinə müraciət etdi - Bakıya qarşı heyrətamiz xahiş
03 May 2025 BMT genişmiqyaslı islahatların nəzərdə tutulduğunu təsdiqləyib
02 May 2025 Bakıda “atəşkəs kimi” anlaşma
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Trampın dövründə ABŞ-də mətbuat azadlığı məhdudlaşdırılır
02 May 2025  Geosiyasi transformasiyanın MƏRKƏZİ: - Bakı Təl-Əviv və Ankaranı masa arxasına DƏVƏT EDİR?
01 May 2025 Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL
01 May 2025 ABŞ və Ukrayna faydalı qazıntılara dair sazişi imzaladılar
01 May 2025 Netanyahunun Bakı səfərində qəribə detal – 400 illik proqnoz üzə çıxdı…
30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Dünyapress TV

Xəbər lenti