![]() |
![]() ![]() ![]() |
|
Türkiyə ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlıqda yeni səhifə açılır.
“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin Gürcüstan və Naxçıvan üzərindən Türkiyəyə ötürülməsi imkanları nəzərdən keçirilir: “Əlbəttə, biz bunu Avropa bazarı ilə birləşdirmək istəyirik”.
Nazir, həmçinin söyləyib ki, Türkiyə bu il Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasına ev sahibliyi edəcək: “Azərbaycanla davam edən ikitərəfli əməkdaşlığı çoxtərəfli əməkdaşlığa çevirməyi və beləliklə iqtisadi həcmi genişləndirməyi planlaşdırırıq”.
Xəzər dənizindən təbii qazın əvvəlcə Türkiyəyə, oradan da Avropaya nəqlini təmin edən Cənub Qaz Dəhlizinin dünya miqyaslı layihə olduğunu vurğulayan Bayraktar bunun iki ölkə liderlərinin güclü siyasi iradəsi sayəsində həyata keçirildiyini qeyd edib.
"Məqsədimiz 16 milyard kubmetr tutumlu TANAP-ı 31 milyard kubmetrə çatdırmaqdır. Türkiyə hər zaman olduğu kimi həm mühüm bazar, həm də təbii qaz mərkəzi olaraq üzərinə düşəni etməyə hazırdır. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan xətti ilə Türkiyə üzərindən nəqli dünya neft bazarlarına əhəmiyyətli töhfələr verir”
Musavat.com xəbər verir ki, Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyev və ABŞ prezidenti Donald Trampın Rusiya üzrə danışıqlar nümayəndəsi Stiv Vitkoff arasında Vaşinqtonda Ağ Evdə iki günlük danışıqlar baş tutub.
Bu, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra iki ölkə arasında keçirilən ilk yüksək səviyyəli ikitərəfli görüşdür.
Görüş barədə ictimaiyyətə məhdud məlumat verilsə də, ABŞ rəsmiləri prosesin “birbaşa dialoqun bərpası” məqsədi daşıdığını bildiriblər.
Görüşü Rusiya tərəfi rəsmi şəkildə təsdiqləyib. Kirill Dmitriyev öz Telegram kanalında açıqlama yayaraq bildirib:
“Rusiya və ABŞ arasında məhsuldar dialoq seçim deyil, zərurətdir.”
Danışıqlar ABŞ administrasiyasının Ukraynada atəşkəs və münaqişənin diplomatik yolla həlli təşəbbüslərinin dayandığı bir vaxtda baş tutub. WSJ və Reuters-in məlumatına görə, Dmitriyev görüşlər zamanı enerji, strateji sabitlik və sanksiyaların qarşılıqlı nəticələri mövzusunda geniş təkliflər irəli sürüb.
O, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təkcə Moskvanı deyil, həm də Amerika biznesini zərərli şəkildə təsirləndirdiyini bildirib və enerji və mineral resurslar sahəsində əməkdaşlığın bərpasını təklif edib.
ABŞ Senatında isə danışıqlara paralel olaraq bəzi senatorlar Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladıqlarını açıqlayıblar. Bu, Tramp administrasiyasının Moskva ilə yaxınlaşma siyasətinə qarşı çıxan siyasi dairələrin fəallığını göstərir.
Kirill Dmitriyev bəyan edib ki, bəzi qüvvələr ABŞ və Rusiya arasında gərginliyi artırmaq və Moskvanın mövqeyini təhrif etmək istəyir. Onun fikrincə, Vaşinqton və Moskva arasında birbaşa danışıqlar qərarverici regional və qlobal məsələlərin həllində əvəzolunmazdır.
Musavat.com