Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi - Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın, və davamlı inkişafın təşviqinə daim sadiqik.

Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

Azərbaycana hər zaman güvənə bilərsiniz!".

 
 
 
Ardını oxu...
  

Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçki prosesində ümumilikdə 16 partiya iştirak edəcək.

"Report"un məlumatına görə, səsvermədə qalib gələn siyasi qüvvənin lideri ölkənin 25-ci baş naziri olacaq.

Növbəti seçki 2025-ci ilin oktyabrında keçirilməli idi, lakin keçmiş baş nazir Castin Trüdo martın əvvəlində hökumət başçısı və Kanadanın hakim Liberal Partiyasının lideri vəzifəsindən istefa verdikdən sonra onun varisi Mark Karni aprelin 28-nə növbədənkənar seçkilər elan edib.

O, liberalların çoxluğunun olmadığı parlamentdəki etimad səsverməsindən keçə bilməyib və demək olar, dərhal hökumət başçısının kreslosunu itirib.

Ardını oxu...
Çin Pakistanın qanuni təhlükəsizlik narahatlıqlarını anlayır və suverenliyini və təhlükəsizlik maraqlarını qorumaqda İslamabadı dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu Çin xarici işlər naziri Van Yi pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefon danışığı zamanı deyib.

“Çin mövcud vəziyyətin inkişafını diqqətlə izləyir. Terrorla mübarizə bütün dünya ölkələrinin ümumi məsuliyyətidir. Çin
 
Ardını oxu...
   

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistan prezidenti Vaaqn Xaçatryanla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə K.Kallas "X"dəki səhifəsində yazıb.

“Mən Romada prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Biz Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün əldə edilməsi səyləri barədə fikir mübadiləsi aparmışıq”, - o söyləyib.

Xatırladaq ki, ötən gün K.Kallas Azərbaycanda səfərdə olub.

Ardını oxu...
Aprelin 24-də ermənilər qondarma “soyqırımılarının” 110 illiyini qeyd etdilər. Yubiley tarixinə baxmayaraq, “günahsız” vətən xainləri üçün ümumerməni fəryadları xeyli səngimişdi. İstər Ermənistan vətəndaşları arasında, istərsə də dünya erməniləri arasında, ümumiyyətlə, heç bir təmtəraq və ilham müşahidə olunmurdu. Ya haylar anlamağa başlayıblar ki, dünya dəyişir və az adam erməni nağıllarına inanır, ya da ABŞ Prezidenti Donald Tramp ermənilərin “sümüklər üzərində rəqs” bayramını məhv edib.

Həmin gün erməni dünyası nəfəsini tutaraq Trampın ağzından “soyqırımı” kəlməsini eşitməyi çox arzulayırdı. Amma gözləntiləri doğrulmadı. Ağ Evin rəhbəri ermənilərə “xəyanət” etdi - hayların kürt toyuq kimi onilliklər boyu hay-küy saldığı yersiz “soyqırımı” sözünü işlətmədi.

Ermənistanın Baş naziri Nikol Paşinyan özü keçmiş günlərin hadisələrini yenidən düşünməyə, özlərini uydurma və nağıl əsarətindən azad etməyə çağırırsa, Amerika rəhbəri niyə “əzabkeş” xalqın nümayəndələrini sevindirsin? Ola bilər ki, Paşinyan bunu açıq deməsin, amma ən azı cəhd edir.

Lakin “soyqırımı” ilə bağlı erməni, fransız və Kanada mantrasını təkrarlamaqdan imtina edən Trampın bəxti gətirmədi. O, Amerika Erməni Milli Komitəsinin (ANCA) özü tərəfindən şiddətlə qınandı.

“Biz Prezident Donald Trampın Türkiyənin təzyiqi altında ABŞ tərəfindən “erməni soyqırımı”nın (dırnaq işarəsi AYNA.AZ-a məxsusdur) tanınmasından biabırçı şəkildə geri çəkilməsini, hətta Ağ Evin illik bəyanatında “erməni soyqırımı” ifadəsini belə xatırlatmasını qətiyyətlə pisləyirik. Prezident Trampın ABŞ-ın “erməni soyqırımı”nı tanımasından geri çəkilməsi Türkiyənin təhdidləri qarşısında utancverici bir təslimiyyətdir – Birləşmiş Ştatların Azərbaycanın və Türkiyənin xristian ermənilərə qarşı davam edən “soyqırımı” təcavüzünün qarşısını almaq məsuliyyətindən utancverici bir şəkildə geri çəkilməsini ifadə edir”, - deyə ANCA-nın icraçı direktoru Aram Qambaryan bildirib.

“Azərbaycanın “Artsax”ın (dırnaq işarəsi AYNA.AZ-a məxsusdur) yerli xristian erməni əhalisinə qarşı etnik təmizləməsi və onun erməni məhbuslara qarşı davam edən zorakılığı, erməni xristian irsinin dağıdılması və suveren Ermənistanın işğalı fonunda Prezident Tramp nəinki vicdanla və həqiqətlə “erməni soyqırımı”nı tanımalıdır, hətta bu “soyqırımın” davam etməsinin qarşısını almağa borcludur”, – deyə o söyləyib.

Prezident Tramp 2024-cü il prezidentlik kampaniyası zamanı sosial mediada “Cənubi Qafqazda sülhü bərpa edəcəyini, zorakılıq və etnik təmizləməni dayandıracağını” vəd etmişdi. Qəmbəryan hesab edir ki, onun xarici təzyiq altında “soyqırımı” sözünü işlətməkdən imtina etməsi bu vədlə birbaşa ziddir.

Qəmbəryanın belə qəzəbli, eyni zamanda, axmaq bəyanatından sonra Trampın vicdan əzabı çəkib-çəkmədiyini bilmirik, lakin bu sözlərin istənilən adekvat insanı güldürməsi danılmaz faktdır. Aydındır ki, ABŞ-ın əvvəlki Prezidenti Co Baydenin verdiyi “soyqırımı halvası”nın şirin dadı hələ də ermənilərin ağzındadır. Yalnız Tramp Bayden deyil və bütün gözlənilməzliyinə baxmayaraq, sağlam düşüncə onu tərk etməyib.

Donald Tramp geosiyasi baxımdan nəinki dünyada, hətta Cənubi Qafqaz regionunda heç bir maraq kəsb etməyən Ermənistan naminə Türkiyə ilə münasibətlərin korlanmasının siyasi qeyri-ciddiliyin zirvəsi olduğunu anlayan praqmatikdir. Efemer keçmişə güvənmək və gələcəyi təhlükə altına atmaq Trampın üslubu deyil.

Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ilin faciəli hadisələri ilə bağlı baxışını açıqlayan bəyanat yayıb: “Biz 1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan bəyanatları qəti şəkildə rədd edirik. Keçmişin ağrılarından siyasi məqsədlər üçün istifadə etməyə yönəlmiş bu cür cəhdlər tamamilə etibarsızdır. Türkiyə qlobal miqyasda və regionda sülhün, dialoqun, qarşılıqlı anlaşmanın və ümumi rifahın gücləndirilməsinin tərəfdarı olub”.

Buna əsaslanan Türkiyə arxivlərini açaraq, 1915-ci il hadisələrinin ədalətli və elmi şəkildə araşdırılması üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etdi: “Biz bildiririk ki, radikal dairələrin tarixdən düşmənçilik çıxarmaq cəhdləri təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən münasibətlərin normallaşması prosesini dəstəkləməyə çağırışımızı bir daha təkrar edirik”.

Doğrudan da, əgər Ermənistan və onun ölkədən kənardakı himayədarları “erməni soyqırımı”na bu qədər əmindirlərsə, onda İrəvan bir neçə ildir ki, niyə birgə komissiya yaratmaqdan imtina edir? Axı bu, Osmanlı İmperiyasının erməniləri etnik zəmində qəsdən məhv etdiyini sübut etmək üçün ən təsirli üsuldur, elə deyilmi?

Lakin İrəvanın Ankaranın təklifini rədd etməsi artıq onu göstərir ki, qısa müddət ərzində 20-ci əsrin ən böyük hiyləsi üzə çıxacaq. Özlərinə məxsus bir şey olmadığından yaradılmış mif ətrafında birləşən ermənilərin mənəvi bağı məhv olacaq. ABŞ Prezidenti də bu faktı yaxşı bilir.

Ona görə də Qəmbəryanın açıqlaması boş söhbətdən başqa bir şey deyil. Xüsusən də ermənilərin xristian dininə işarə edərək Trampın ürəyini yumşaltmağa çalışdığı hissədə.

Guya, o, “Cənubi Qafqazda sülhü bərpa edəcəyini, zorakılıq və etnik təmizləməni dayandıracağını” vəd edib. Beləliklə, Tramp öz sözlərindən dönmür. Etnik təmizləmənin harada baş verdiyini ona göstərin...

Ayna.az
Ardını oxu...
Ukrayna heç vaxt öz ərazisinin heç bir hissəsini Rusiya kimi tanımayacaq.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik sülh planı ilə bağlı Ukraynanın üç əsas mövqeyini açıqlayıb.

“Ukrayna heç vaxt öz ərazisinin heç bir hissəsini, o cümlədən Krımı Rusiya kimi tanımayacaq. Heç bir üçüncü ölkə Ukraynanın NATO və ya Aİ-yə üzv olmasına mane ola bilməyəcək. Ukrayna heç vaxt müdafiə sənayesinin və tərəfdaşlarının köməyini məhdudlaşdırmağa razı olmayacaq”.
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada mümkün görüş ehtimalını istisna etməyib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Roma Papası Fransiskin dəfn mərasiminə yola düşməzdən əvvəl Tramp qeyd edib ki, İtaliya paytaxtında “bir çox xarici liderlərlə görüşlər” planlaşdırılır.

Trampa Zelenski ilə görüş planlaşdırılıb-planlaşdırılmadığı sualı verilib.

Prezidentin cavabı "bəli, bu mümkündür” olub.
 
Ardını oxu...
İranın ən böyük onlayn alış-veriş və satış platforması olan “Digikala” internet saytı Azərbaycan Respublikasının bayrağının simvollarını ABŞ və İsraillə yanaşı düşmən ölkələr və qadağan olunmuş mallar siyahısına salıb. Bu barədə saytda yerləşdirilən məlumatda bildirilir.
Belə ki, “Digikala”nın rəsmi səhifəsində ABŞ, İsrail və Azərbaycan kimi ölkələrin bayrağının və ya simvolunun əks olunduğu malların (köynək, futbolka və s.) satışının qadağan olunduğu açıq-aydın qeyd olunub. Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraq rəngləri və simvollar olan malların istehsalı və təqdim edilməsinin qadağan edildiyi, bu malların İranın sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı bildirilir. İŞİD və Taliban kimi qruplarla yanaşı, Azərbaycanın da bu siyahıya salınması sosial şəbəkə istifadəçilərin geniş reaksiyası ilə üzləşib. Qeyd edək ki, onlayn satış platformasında Azərbaycan bayrağının özünün satılmasına qadağa yoxdur.

Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili Sherg.az-a bildirib ki, artıq belə hallara təəccüblənmir:

“Çünki nüfuzları olmayan 50 min erməni Tehran dövləti tərəfindən üstün vətəndaş dəstəyi alıblar. Amma 30 milyon Azərbaycan türkü İran tərəfindən düşmən rəftarı görüb. Tehran dövlətinin və İran hökümətinin hər zaman birinci hədəf aldıqları "düşmən" ABŞ və İsrail deyil, Azərbaycan dövlətidir. Çünki İran strateji və geosiya baxımdan Azərbaycan Cumhuriyyətinin varlığını özünə hər zaman təhdid hesab edib. Ümumiyyətlə İran Azərbaycanla əlaqələri 30 milyon azərbaycanlı üzərindən yaxşı səviyyəyə daşıya bilərdi. Amma Tehran rejimi yanlış siyasəti və dövlətçilik təcrübələri olmadığı üçün Azərbaycana düşmən kimi yanaşıb. Xüsusilə II Qarabağ savaşından sonra Azərbaycan bölgədə xarici və daxili siyasətdə böyük nüfuz qazanıb. Bunu isə İran özü üçün ciddi təhdid sayır. Məsələn, İran təhsil ocaqlarında Azərbaycanla bağlı tədbirlərə heç zaman icazə verməyib. Eyni zamanda hansısa şəxs Azərbaycan bayrağını küçələrdə qaldırsa, İran ondan narahat olur. Azərbaycan Vətən anlayışı gücləndikcə, İran belə addımlar atmağa davam edəcək”.
 
Ardını oxu...
Pekin ilə Avropa İttifaqı (Aİ) arasındakı münasibətlərin bərpası çərçivəsində Avropa Parlamentinin deputatlara tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı Çinlə apardığı müzakirələr "son mərhələdədir".

Avropa Parlamentinin sözçüsü AzadlıqRadiosuna deyib: "Çin hökuməti ilə müzakirələr davam edir və son mərhələdədir".

Avropa Parlamentinin sədri Roberta Metsola "Çin hökuməti sanksiyaların götürüldüyünü rəsmən təsdiqlədikdən sonra əvvəlcə qrup liderlərini (parlamentdə) məlumatlandıracaq", - sözçü əlavə edib. "Həmişə Avropa Parlamentinin niyyəti sanksiyaların götürülməsi və Çinlə münasibətlərin bərpası olub".

Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr Pekinin ABŞ prezident Donald Tramp administrasiyası ilə davam edən ticarət müharibəsi fonunda baş verir. Çinin ən böyük ixrac bazarı olan ABŞ-nin tətbiq etdiyi 145 faizlik tariflər qarşısında Pekin uzun illər davam edən gərgin münasibətlərdən sonra indi Aİ ilə əlaqələri yaxşılaşdırmağa çalışır.

Pekin 2021-ci ildə Avropa Parlamentinin bir neçə üzvünə qarşı sanksiyalar tətbiq edib. Bu addım Brüsselin Çin rəsmi şəxsləri və qurumlarına qarşı sanksiyalar tətbiq etməsindən sonra atılıb. Brüssel insan haqları pozuntularına, xüsusən də Sincan bölgəsində uyğurlar və digər müsəlman azlıqlara, həmçinin etnik qazaxlar və qırğızlara qarşı təzyiqlərə cavab olaraq Çinə sanksiyalar tətbiq edib.

Ozamankı Avropa Parlamenti Çinlə ticarət əlaqələrini dərinləşdirmək məqsədilə hazırlanmış Aİ-Çin Hərtərəfli İnvestisiya Sazişinin (CAI) təsdiqini dayandırıb.

Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələr barədə ilk məlumatı Almaniyanın gündəlik "Süddeutsche Zeitung" qəzeti yayıb. Bu, hər iki tərəfin Tramp administrasiyasının təzyiqlər altında olduğu bir vaxtda baş verir.

Eyni zamanda, iyulda Aİ və Çin Pekində sammit keçirməyə hazırlaşır.

"Əhəmiyyətli yaxınlaşma şansı zəifdir"
AzadlıqRadiosuna anonim danışan Aİ rəsmisi bildirib ki, "sanksiyaların aradan qaldırılması üzərində işlədiyimiz doğrudur".

Lakin Aİ rəsmisi əlavə edib ki, bu addım "heç bir ticarət razılaşması əldə etmək məqsədi daşımır" və Çinlə Hərtərəfli İnvestisiya Sazişi 2021-ci ildə Çin avropalı deputatlara sanksiya tətbiq etməzdən əvvəl maneələrlə üzləşmişdi.

Onun sözlərinə görə, Pekinlə danışıqlar bir neçə aydır ki, davam edir və bu danışıqlar Tramp tərəfindən tətbiq edilən tariflərdən əvvəl başlanıb.

"Rhodium Group" konsaltinq şirkətinin baş məsləhətçisi Noa Barkin deyir ki, Pekin sanksiyaların ləğvindən Brüssellə ticarət əlaqələrini gücləndirmək üçün istifadə etmək istəyir. Ukraynaya qarşı müharibədə Çinin Rusiyaya dəstəyi ilə bağlı Pekin sərt tənqidlərlə üzləşib. Həmçinin Avropa Komissiyası uzun illərdir ki, Çin şirkətləri və hökumətin ticarət siyasətini dərindən araşdırır.

Aprelin 23-də N.Barkin Aİ rəsmilərinə istinadən bloqunda yazıb: "Çin sanksiyaların ləğvinin CAI-nin canlanmasına gətirib çıxaracağına, Pekin və Brüsselin prezident Trampın başlatdığı qlobal ticarət müharibəsinin təzyiqi altında olduğu vaxtda Aİ-Çin əməkdaşlığı haqqında güclü siqnal göndərəcəyinə ümid edir".

Barkin əlavə edib ki, Çin tərəfindən bu gözləntilərə baxmayaraq, "Aİ ilə Çin arasında əhəmiyyətli bir yaxınlaşma şansı zəifdir".

Aİ-nin Çin qurumlarına tətbiq etdiyi sanksiyalar qüvvədə qalacaq. Eyni zamanda, Çinin 2021-ci ildə hədəf aldığı bütün parlamentarilərin və Avropa qurumlarının qara siyahısından çıxarılacağı da hələ bəlli deyil.

Çinin qara siyahısında Aİ-yə bağlı iki komitə, Avropa Parlamentinin bir neçə deputatı, "Mercator" Çin Araşdırmaları İnstitutu, Demokratiyaların Alyansı Fondu, Çin və Sincanla bağlı tədqiqat aparan iki akademik yer alır.
 
Ardını oxu...
  

Musavat.com AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Xəbər yenilənəcək

 
 
 

Dünyapress TV

Xəbər lenti