Ardını oxu...
Son zamanlar Almaniyanın Cənubi Qafqazda səyləri artıb. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu yaxınlarda Ermənistana və Azərbaycana əlamətdar anlarla yadda qalan səfəri buna sübutdur.

Ştaynmayerin İrəvana səfəri Avropa İttifaqının (Aİ) Ermənistanla əlaqələri gücləndirmək niyyətində olduğunu göstərir. İrəvanın Moskva ilə son “flörtləri” Brüsseli açıq-aşkar qorxudub və Ştaynmayerin səfəri Ermənistan hakimiyyətini Aİ-nin davamlı dəstəyinə əmin etmək məqsədi daşıyıb.

Ermənistana dəstək verməkdə davam etmək üçün isə, məlum şəraitə görə, Almaniya Azərbaycana hücumlar etməlidir. Ştaynmayerin Qarabağla bağlı rəsmi “Instagram” səhifəsində separatçıların “bayrağı”nın fotoşəkili ilə müşayiət olunan qalmaqallı paylaşımı bununla izah olunur. Bununla əlaqədar Almaniyanın səfiri Ralf Hörlemann Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona kəskin etiraz bildirilib.

Bundan sonra qalmaqallı yazı silinib və Almaniya Prezident Administrasiyası Azərbaycan tərəfindən üzr istəyib. “Bayrağın” görüntülənməsi texniki səhv adlandırılıb.

Bundan əvvəl Almaniyanın federal hökuməti tərəfindən maliyyələşdirilən “Deutsche Welle” beynəlxalq yayım şirkətinin platformasında tamaşaçılara Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti barədə təhrif olunmuş məlumatların təqdim edildiyi anti-Azərbaycan filmi nümayiş etdirilib. Hətta iş absurd həddinə çatıb: azərbaycanlı qaçqınların görüntüləri “Qarabağdan qovulmuş ermənilər” kimi yayılıb. Eyni zamanda, etnik azərbaycanlıların Ermənistandan və Qarabağdan kütləvi şəkildə qovulması barədə bir kəlmə də yoxdur.

Bütün bu hərəkətlər Ştaynmayerin regiona səfərinin məqsədinin Cənubi Qafqazda uzunmüddətli sabitliyi və sülhü dəstəkləmək olduğunu və bu səfəri ilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək siqnalı vermək istədiyi barədə bəyanatlarının məntiqinə sığmır.

Ştaynmayer Bakıda olarkən Berlinin Qarabağın Azərbaycan ərazisi olduğunu bildiyini və tanıdığını açıq şəkildə bildirsə də, aprelin 13-də Almaniyanın Birinci Dövlət Telekanalında “Weltspiegel” televiziya proqramının bir hissəsi olaraq “Armenien: Ringen um Identität und Hoffen auf Frieden” (“Ermənistan: İdentifikasiya uğrunda mübarizə və sülh ümidi”) başlıqlı reportajın yayımlanması müəyyən düşüncələrə gətirir.

Belə ki, materialda qeyd olunur ki, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir, lakin ermənilər burada uzun müddət yaşayıb və illərdir müstəqillik uğrunda mübarizə aparıblar”. Daha sonra qeyd edilir ki, “iki il əvvəl Azərbaycan Qarabağı nəzarətə götürüb və yüz minlərlə erməni qaçmağa məcbur olub”. Materialda təcavüz nəticəsində Ermənistanda və Qarabağda yaşayan etnik azərbaycanlıların öz doğma yurdlarından didərgin salındığı qeyd olunmur.

Gördüyümüz kimi, “Dağlıq Qarabağ formal olaraq Azərbaycanın tərkib hissəsidir”, “Qarabağ erməniləri müstəqillik uğrunda vuruşdular”, “Azərbaycan Qarabağ üzərində nəzarəti bərqərar etdi” kimi verilişin mətnində ermənipərəst mövqe özünü büruzə verir. Azərbaycana qarşı hərbi təcavüz, etnik azərbaycanlıların qovulması, Xocalı soyqırımı haqqında bir kəlmə də olsun yoxdur. Obyektivlik naminə hesabat müəllifləri Azərbaycanın mövqeyini səsləndirə bilərdilər, lakin onlar Qarabağı tərk etməyə məcbur olan “yüz minlərlə” erməniyə yalnış rəğbət nümayiş etdiriblər.

Bu, artıq son vaxtlar Azərbaycana qarşı üçüncü təxribatdır. Ştaynmayerin Bakıya səfəri zamanı Berlinin Qarabağın Azərbaycanın ərazisi olduğunu bildiyini və tanıdığını deməsi Almaniya hakimiyyətinin addımları ilə ziddiyyət təşkil edir. Aydındır ki, Almaniyanın “Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləmək” cəhdləri qərəzli və neytrallıqdan uzaqdır. Razılaşın ki, üç təxribat hadisəsi artıq təsadüf ola bilməz...

AYNA.az
 
Ardını oxu...
Mayın 9-da faşizm üzərində Qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya gedəcəyəm, amma Kiyevdə də tədbirlər olsa, ora nümayəndə göndərəcəyəm.

Axar.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso deyib.

“Mən eyni vaxtda iki yerdə ola bilmərəm. Mayın 9-da Moskvada olacağam”, - Fitso bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski Avropa ölkələri liderlərinə 9 mayda Kiyevə səfər etməyi təklif etməyə hazırlaşır.
 

Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 16-da Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 
Ardını oxu...
“9 mayda Moskvaya getməyimə heç kim qadağa qoya bilməz”

Bunu Slovakiyanın Baş naziri Robert Fitso Estoniyanın Baş naziri Kaya Kallasın Avropa liderlərinin mayın 9-da Rusiyaya səfərlərinin “nəticələri olacaq” yönündəki açıqlamasına münasibət bildirərkən deyib.

“Bildirmək istəyirəm ki, mən suveren bir ölkə olan Slovakiyanın qanuni Baş naziriyəm. Heç kim mənə hara gedə biləcəyimi və ya bilməyəcəyimi deyə bilməz. Mən Moskvaya gedəcəyəm və Slovakiyanı azad edərkən həlak olan minlərlə Qızıl Ordu əsgərinə ehtiram göstərəcəyəm”, – deyə o, feysbuk səhifəsində yazıb./globalinfo.az
 
Ardını oxu...
Rusiyanın Stokholmdakı səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İsveç XİN məlumat yayıb.

Bildirilir ki, diplomat Rusiya tərəfindən Ukraynanın Sumı və Krivoy Roq şəhərlərinə edilən hücumlar səbəbindən XİN-ə çağırılıb.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin aprelin 13-də Sumı şəhərinə iki "İsgəndər-M" raketi atması nəticəsində onlarla dinc sakin həlak olub.
 
 
 
Ardını oxu...
 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına cavab verib.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, o, Rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bildirib:

"Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".

A.Hacızadə deyib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir:

"Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir".

XİN sözçüsü vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla cəzasızlığın davamıma xidmət edir:

"Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir". 

A.Hacızadə həmçinin qeyd edib ki, fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb: 

"Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı tələb edirik".

Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib. 


Ardını oxu...
 

ABŞ və İran arasında aparılacaq danışıqların əsas mövzularını Tehranın uranı zənginləşdirmə səviyyəsinə məhdudiyyətlərin tətbiqi və silahlara, o cümlədən raketlərə nəzarət təşkil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

“İranlılarla danışıqlarda ümumilikdə iki əsas məqama diqqət yetiriləcək. Birincisi, uranın zənginləşdirilməsidir. Onlara 3,67%-dən yüksək zənginləşdirmə lazım deyil. İkincisi isə silahların, o cümlədən onların ehtiyat topladığı raketlərin yoxlanılmasını təmin edən mexanizmlərin mövcudluğudur”, – deyə o qeyd edib. 

Uitkoff əlavə edib ki, iki ölkə arasında razılaşma əldə etmək üçün ciddi yoxlama mexanizminin razılaşdırılması uğur sayıla bilər. Onun sözlərinə görə, bu cür bir mexanizm son illərdə mövcud olmayıb.

“Əgər dəqiq və hərtərəfli yoxlama sistemi olsa, bu, konstruktiv danışıqlar üçün əsas ola bilər. Əgər bu sahədə dəyişiklik baş verməsə, o zaman heç kimin xeyrinə olmayan alternativlər axtarmalı olacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 12-də Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin tənzimlənməsi ilə bağlı Oman vasitəçiliyi ilə dolayı danışıqlar aparılıb. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Nazirliyin bildirdiyinə əsasən, Uitkoff və Əraqçi danışıqların sonunda Omanın xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqəlik söhbət ediblər. İran XİN-in rəsmi nümayəndəsi Əsmail Baqai bazar ertəsi bildirib ki, növbəti danışıqlar raundu aprelin 19-da Məsqətdə keçiriləcək.

Musavat.com

Ardını oxu...
“Düşünürəm ki, referendum keçirilməsi və konstitusiya dəyişiklikləri gələcəyə hesablanıb. Yaxın zamanlarda referendumun keçiriləcəyini gözləmirəm”.

TEREF xəbər verir ki, bunu Qaynarinfo-ya siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib. O referendumun keçiriləcəyi ilə bağlı məlumatların vaxtaşırı olaraq gündəmə gətirilməsinin səbəblərini açıqlayıb:

“Bu ola bilsin ki, şüurlu şəkildə edilir və sadəcə, nəbz yoxlaması xarakteri daşıyır. Ya da ola bilsin ki, müxalifətin ayrı-ayrı nümayəndələri, siyasi partiyalar tərəfindən ortalığa atılır. Hesab edirəm ki, bu, daha çox müxalifət nümayəndələrinin özlərinin istəklərini reallıq kimi qələmə vermək cəhdlərindən irəli gəlir. Söhbət nədən gedir? Hakimiyyətin təşkili mexanizmində demək olar ki, bütün konstitusion dəyişikliklər həyata keçirilib. Digər məsələlərdə isə konstitusion dəyişikliklərin həyata keçirilməsi inandırcı deyil. Adətən hesab edirlər ki, konstitusion dəyişikliklər və referendum Milli Məclisin say tərkibinin artırılması və proporsional seçki sisteminin bərpası ilə bağlı ola bilər. Belə ehtimallar irəli sürülür. Fikirimcə, bu o qədər də inandırıcı deyil. Milli Məclisin 125 nəfərlik parlamentlə daha çoxsaylı parlamentin idarə olunması prosesləri arasında fərq var. Bu gün 125 nəfərlik parlament daha rahat idarə olunur. Ona görə də çoxsaylı parlamentin idarə olunması əlavə problemlərin yaranmasına gətirib çıxardar”.
Siyasi şərhçi Milli Məclisin say tərkibinin artırılmasının inandırıcı görünmədiyini qeyd edib:

“Proporsional seçki sisteminin bərpa olunması məsələsi nisbətən inandırcı görünsə də, indiki şəraitdə onun bərpa olunması məqsədəuyğun sayılmamalıdır. Çünki yeni siyasi konfiqurasiya adlanan partiya sistemi formalaşıb, amma hələ də siyasi partiyaların heç biri, başda Yeni Azərbaycan Partiyası daxil olmaq şərti ilə ictimai rəyə, siyasi proseslərə əsaslı şəkildə təsir göstərmək imkanlarına malik deyillər. Bu baxımdan proporsional seçki sisteminin bərpa olunması inandırıcı görünmür”.

“Hazırda regionda və eləcə də bütün dünyada böyük geosiyasi oyunlar gedir. O cümlədən Azərbaycana təzyiqlərlə bağlı böyük oyunlar gedir, xeyli cəhdlər var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Regionda təsir dairəsi uğrunda mübarizə amansız şəkidə gedir. Rusiya, Qərb ölkələri, ABŞ, hətta bəzi hallarda İran da öz səsini qaldırmış olur. Bu baxımdan diqqət geosiyasi problemlərin həllinə yönəlməlidir”, deyə Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, referendumun keçirilməsi müəyyən problemlər yarada bilər:

“Hakimiyyət maraqlıdır ki, daha çox geosiyasi problemləri həll etmiş olsun. Bir tərəfdən kifayət qədər xərc, eyni zamanda diqqət tələb edən işdir”.
 
Ardını oxu...
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlarda vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.

Axar.az xəbər verir ki, bu barədə o, IV Antalya Diplomatik Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə Baku TV-nin sualını cavablandırarkən deyib.

“Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə bu görüş yenidən təşkil olunacaq”, – türkiyəli nazir bildirib.

Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.
 

Dünyapress TV

Xəbər lenti