Ardını oxu...

DogruXeber.az: - Bu həftə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycanda səfərdə olub, Bakıda dövlət başçısı İlham Əliyevlə görüşüb.
BƏƏ Prezidentinin Azərbaycana ilk səfəri rəsmi Bakının genişlənən xarici siyasəti fonunda diqqət çəkir. Bu siyasətin istiqamətlərində Körfəz ölkələri ilə əməkdaşlıqda diqqət çəkən perspektiv layihələrin işlənib-hazırlanması prosesi də yer alır.
Bu mənada BƏƏ Prezidentinin Azərbaycana səfərinin hansı nəticələrə hədəfləndiyini təyin edən izlərə düşərkən ikitərəfli münasibətlərin strateji məqsədlərdəki yerinə diqqət etmək faydalıdır.
Musavat.com xəbər verir ki, “Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:
İki regional güc
Şiddətlənən beynəlxalq və regional siyasi qütbləşmələr fonunda Azərbaycan və BƏƏ yerləşdiyi müvafiq regionlarda öz profillərini qaldırmağı bacarıblar.
Qütbləşmə arasında sıxılan və çətin seçimlər qarşısında qalan dövlətlərdən fərqli olaraq, Azərbaycan və BƏƏ toqquşmaların təsirlərindən sığortalanmaq üçün strateji müdafiə siyasətinə malikdir.
Deməli, ilk olaraq bu amil nəzərdə saxlanılmalıdır – Cənubi Qafqazın oyunçusu Azərbaycanla Körfəz ölkələrinin aktoru BƏƏ “eyni cəbhədə” birləşir. Bu birlik modeli daha geniş regional münaqişələrdən sığortalanmaq üçün iqtisadi-ticari platformaların inkişaf etdirilməsi potensiallarını yoxlamağa xidmət edir. BƏƏ-nin strateji tutumu ilə bağlı ümumi mənzərəni ifadə edəcək təsvirlər verdikdən sonra Azərbaycanla əlaqələrin dinamikasında hansı irəliləyişlər ola biləcəyi aydınlaşa bilər.
BƏƏ-nin qlobal səhnədəki təsir gücü
Belə ki, BƏƏ çoxşaxəli qlobal mənzərədə inkişaf etmək qabiliyyətinə görə diqqət çəkir. Ölkənin Afrika, Asiya və Avropanın kəsişməsində yerləşən strateji coğrafi mövqeyi ona mühüm ticarət mərkəzi kimi özünü göstərməyə imkan verib. BƏƏ yaxşı iqtisadi idarəçiliyə və texnokratiyaya üstünlük verərək, öz rolunu daha da möhkəmləndirir.
BƏƏ əhalisinin az olmasına baxmayaraq, zəngin neft ehtiyatlarına görə əhəmiyyətli təsir gücünə malikdir. Nüfuzlu “The Economist” nəşrinin qənaətincə, bu sərvət ölkəyə qlobal səhnəyə ölçüsündən daha böyük təsir göstərməyə imkan verir. Ancaq BƏƏ-nin geosiyasi mövqeyi mürəkkəbdir, siyasi və iqtisadi bölgülər içərisindədir. Ölkə ABŞ ilə sıx müttəfiqliyini qoruyub saxlasa da, daha çox Çinlə ticarətə arxalanır. Bununla belə, BƏƏ Yaxın Şərqdə davam edən münaqişələr və qlobal güc mübarizələrinə rəğmən çiçəklənməyə davam edir.
Azərbaycan ilə əməkdaşlıqdakı sirr
BƏƏ Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında enerji tərəfdaşlığını gücləndirən sənədlərin imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, BƏƏ Azərbaycanın dünya siyasi-iqtisadi səhnəsinə yeni elementlərlə daxil olması imkanlarını gücləndirəcək investisiyaların həcmini genişləndirir. Bu, Azərbaycanın güc mərkəzləri arasındakı manevrlərini genişləndirən “yaşıl enerji” potensialına böyük töhfə kimi başa düşülməlidir. Səfər zamanı enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutan sənədlərin imzalanması belə deməyə əsas verir.
Hər iki ölkə güclərini və potensiallarını eyni ip üzərinə çıxararaq suverenlik prinsiplərini müdafiə edəcək qarşılıqlı mexanizmləri ərsəyə gətirməyi hədəfləyir. Bu, qarşılıqlı milli və regional maraqlara əsaslanan çoxsaylı əlaqələr qura bilmək qabiliyyətlərini inkişaf etdirəcək və qloballaşmanın formatlanmasındakı güclü yerini müəyyənləşdirəcək.
Deməli, Azərbaycanla BƏƏ dünya və regional nizamda ikitərəfli münasibətlərin ağırlıq mərkəzini iqtisadi-energetika sahəsində yaradaraq gələcək strateji niyyətləri formalaşdırırlar.
“Zəngəzur”a töhfə
Bu nöqtədə yaxınmüddətli və uzunmüddətli strateji konturları cızacaq Zəngəzur dəhlizi layihəsinə BƏƏ-nin hansı formada dəstək verəcəyi məsələsi gündəmə gəlir. Düzdür, bununla əlaqədar BƏƏ-dən konkret bəyanatlar səslənmir, lakin onu göstərəcək başqa ipuclarını Körfəz ölkəsinin diqqət yetirdiyi kursda tapmaq olar. BƏƏ-nin iqtisadi və diplomatik fəaliyyəti iqtisadiyyatlar arasında ticarətin regiondan maneəsiz şəkildə keçməsinə imkan verən dəhlizlərin inkişafına əsaslanır. Zəngəzur dəhlizi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yüksək dinamikanı əbədiləşdirən faktora çevrilir ki, bu da BƏƏ-nin maraqları kontekstində qiymətlidir. “Gulf State Analytics”in yazdığına görə, BƏƏ onun strateji baxışlarına uyğun gələn geosiyasi və geoiqtisadi məqsədlərə nail olmaq strategiyalarına əsaslanaraq, özünü Mərkəzi Asiyanın gələcəyinə yerləşdirmək üçün fürsət axtarır. Bu məqsədlərə Xəzər dənizində inkişaf etməkdə olan infrastruktur dəhlizlərinə, limanlara investisiyalar qoymaqla çatmağa çalışır. Əsasən də Qazaxıstan və Türkmənistanda. BƏƏ-nin Türk Dövlətləri Təşkilatında təmsil olunan Qazaxıstan və Türkmənistana (müşahidəçi qismindədir) diqqət yetirməsi onun maraqlarını Azərbaycana doğru da itələyərək nəhəng geosiyasi məna kəsb edir. //siam.az

 

 
Ardını oxu...
450 milyonluq Avropa İttifaqı iyun ayında Avropa Parlamentinə seçkilər keçirəcək. Bu seçkilər Avropanın gələcək xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayacaq. Avropa İttifaqı (Aİ) daxilində ziddiyyətlərin, problemlərin bu il də davam edəcəyi əsas proqnozlar və ehtimallar sırasındadır. Hətta qurumun dağılacağı ilə bağlı mülahizələr irəli sürülür.
TEREF mövzu ilə bağlı “Kaspi” qəzetinin təhlilini təqdim edir.

Ukrayna müharibəsi, Yaxın Şərq böhranı

Ukrayna müharibəsi, Yaxın Şərqdə yaşanan hadisələrə münasibət qurum daxilində fikir ayrılıqlarını daha da gücləndirib. Bir qisim hesab edir ki, Rusiyaya qarşı sanksiyalar paketi Avropa İttifaqına ciddi maliyyə zərbəsi vurmaqdadır. Bu səbəbdən, sanksiyaları dayandırmağa çağırışlar səsləndirilir. Digər qisim isə Ukraynaya yardımı davam etdirməyin tərəfdarıdır. Eyni proses HƏMAS-İsrail münaqişəsinə münasibətdə də hiss olunur. Avropada İsrailin hərəkətlərini dəstəkləyənlərlə yanaşı, Fələstinə dəstək verilməsini istəyənlər də var.

Miqrant məsələsi, Ukraynanın, Moldovanın, Gürcüstanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar da problemlərə yol açıb. Bir çox siyasilər bunu bütün Avropanın təhlükəsizliyinə təhlükə hesab edirlər. Məsələn, Macarıstanın hakim FİDES – Macar Vətəndaş İttifaqı Partiyasının rəsmisi İştvan Holik deyib ki, müharibə şəraitində olan Ukrayna ilə üzvlük danışıqlarının başlaması qəbuledilməzdir. “Bu, bütün Avropanın təhlükəsizliyinə təhdiddir. Üstəlik, Ukraynanın üzvlüyü Aİ-nin üzərinə onsuz da zəif olan iqtisadiyyatın dözə bilmədiyi maliyyə yükü qoyacaq”, – deyə Holik bildirib.

İnteqrasiya tərəfdarları uduzur

Ötən ilin son günlərində Avropanın müxtəlif ölkələrində keçirilən rəy sorğularının nəticələri də maraqlıdır. Belə ki, xeyli avropalı inteqrasiya tərəfdarı olan partiyalara səs verməyib. Nə sosial demokratlar, nə də sağlar Avropada mövcud vəziyyəti qiymətləndirmək iqtidarında olmayıblar. Bir çoxları Aİ-nin genişlənməsi ideyasının reallığı əks etdirmədiyi qənaətindədir. Aİ-nin postsovet məkanına daxil olan ölkələri öz sırasına daxil etməsinə gəldikdə, bunun da sadəcə vəd olaraq qalacağı proqnoz edilir. Bir başqa məsələ də ondadır ki, təşkilatın nüfuzlu üzvləri belə ondan uzaqlaşmağa çalışır. Böyük Britaniyanın ardınca Fransada da qurumdan çıxmaq çağırışları artır. Məsələn, Fransada prezidentliyə namizəd Jan Lyuk Melanşon hesab edir ki, ölkənin gələcəyi Aİ çərçivəsindən kənarda olmalıdır.

Hesab edilir ki, Aİ-nin dağılması sürətli olmayacaq, bir neçə il ərzində baş verəcək. Polşa və Macarıstan kimi dövlətlər də Brüsselin qəbirqazanı rolunu oynaya bilərlər.

Brüssel balansı düzəltməyə çalışacaq

Bu il ərzində Aİ-dəki üç mühüm vəzifənin – Avropa Komissiyasının prezidenti, Aİ Şurasının sədri və Aİ xarici işlər komissarının vəzifələri bölüşdürüləcək. Bu isə asan məsələ deyil. 2019-cu ildə Şarl Mişel, Ursula von der Leyen və Jozep Borrel üçlüyü müəyyənləşdiriləndə Şərqi Avropanın payına sanballı vəzifə düşməmişdi. Bu dəfə Brüssel bu balansı düzəltməyə çalışacaq.

Vahid Avropa ordusu ideyası

Digər ziddiyyət yaradan məsələlərdən biri də Avropa ordusu ilə bağlıdır. Məsələn, İtaliyanın xarici işlər naziri Antonio Tayani hesab edir ki, Aİ-nin vahid ordusunun yaradılmasına ehtiyac var. Onun sözlərinə görə, ABŞ, Çin, Hindistan və Rusiya kimi nəhəng oyunçuların olduğu və münaqişələrin kəskinləşdiyi bir vaxtda İtaliya, Almaniya, Fransa və Sloveniya kimi ölkələrin vətəndaşlarını Aİ müdafiə edə bilər. Bunun üçün isə ordu lazımdır.

Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Aİ-nin hərbi potensialını real təhlükə həddinə uyğunlaşdırmaq üçün beş ildən səkkiz ilədək vaxtı var. Onun sözlərinə görə, Rusiya özünün Ukraynaya müdaxiləsini davam etdirə bilmək üçün silah istehsalını artırır, eyni zamanda Baltikyanı ölkələr, Gürcüstan və Moldova üçün təhlükə yaradır.

Belçika ordusunun baş komandanı Mişel Hofman isə bu barədə daha konkret danışıb: “Biz görürük ki, Rusiya hərbi iqtisadiyyat rejiminə keçib. Düşünürəm ki, bizim narahat olmaq üçün əsasımız var. Kremlin dili birmənalı deyil. Onların gələcəkdə ikinci cəbhə aça biləcəkləri istisna olunmur. Bu, ya Moldovada, ya da Baltikyanı ölkələrində ola bilər”.

Bu yeni mövzu olmasa da, avropalı rəsmilər və diplomatlar ara-sıra vahid ordu barədə fikirləri söyləyirlər. Ancaq bu mövzu açıqlamalardan o yana keçmir, heç kim Avropada vahid ordu məsələsində geniş müzakirə açmaq istəmir. Aİ vahid ordunu ona görə yaratmağa risk etmir ki, bunun NATO-dan nə ilə fərqlənəcəyi bilinmir. Digər tərəfdən, ətrafda baş verən hadisələrə vahid ordu ilə reaksiya vermək üçün bütün üzv dövlətlərin ortaq qərarını almaq çox çətin olacaq. Məsələn, Fransa vahid ordunun harasa müdaxiləsinə dəstək verəcəyi halda, Macarıstan və ya Çexiya bunun əleyhinə çıxacaq. İndinin özündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Aİ-də fərqli yanaşmalar var.

Yekun olaraq onu qeyd edək ki, 450 milyonluq Aİ iyun ayında Avropa Parlamentinə seçkilər keçirəcək. Bu seçkilər Avropanın gələcək xarici siyasətinin müəyyən olunmasında mühüm rol oynayacaq. Seçkilərdən sonra Aİ-nin qurumun genişləndirilməsi, miqrantlar və müharibələrə münasibəti bəlli olacaq.
 
Ardını oxu...
Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın yeddisində keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib.

Oxu.Az xəbər verir ki, partiyanın bununla bağlı açıqlamasında qeyd olunub:
“İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”.
Ardını oxu...
Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır.

Oxu.Az xəbər verir ki, fevralın altısı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın yeddisində Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın doqquzunda prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə yeddi namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
 
Ardını oxu...
Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir.

“Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, - deyə XİN-in məlumatında vurğulanıb.
 

Erməni katolikosu ikinci Qaregin ABŞ-a gedib. Katolikos Amerikada görüşlərini yekunlaşdırdıqdan sonra Böyük Britaniyaya keçəcək. Qaregin bir il əvvəl də Böyük Britaniyaya səfər etmişdi. Erməni katolikosu Azərbaycanla sülh sazişinin imzalanmasının əleyhinədir. O bunu açıq söyləməsə də, katolikosun son çıxışları buna dəlalət edir. Bu mənada katolikosla baş nazir Nikol Paşinyan arasında fikir ayrılığı mövcuddur. Ümumiyyətlə zəif müxalifət fonunda Nikol Paşinyana qarşı əsas güc mərkəzi kimi kilsə meydana çıxıb. Kilsə siyasətdən kənar olduğunu bəyan etsə də, Paşinyanın Azərbaycanla sülh sazişi imzalamasına mane olmağa çalışacaq. Katolikosun müxtəlif ölkələrə səfərlərinin əsas qayəsini bu təşkil edir.
Elxan Şahinoğlu
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Bildirilib ki, MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.
 
Ardını oxu...
Tayvanda prezident seçkilərinin nəticələri açıqlanıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Demokratik İnkişaf Partiyasından (DPP) namizəd olan 64 yaşlı Lai Çinq-te Tayvanın yeni lideri olub.

Bildirilib ki, 40 faiz səs toplayan Lai Çinq-te 4 il ölkəni idarə edəcək.
 
 
 
Ardını oxu...
Türkiyə xarici işlər naziri Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbər verir ki, bu barədə diplomatik mənbələr məlumat yayıb.

Qeyd olunnub ki, türkiyəli nazir Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, ölkəsinin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib.

Bundan əlavə, Qəzzadakı son vəziyyət də müzakirə olunub.

H.Fidan Qəzzada müharibə və fələstinlilərə qarşı zorakılıqların ən qısa zamanda sona çatmasının lazım olduğunu, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi risk yaratdığını vurğulayıb.
 
Ardını oxu...
“ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini möhkəmləndirməyə imkan verib”.

Bunu 2024-cü il prezident seçkisində respublikaçılardan namizəd olmaq istəyən Florida qubernatoru Ron Desantis deyib.

“İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir... Problemin kökü Baydenin İrana qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları yönəlib”, - deyə Desantis bildirir.

Siyasətçi debatda Respublikaçılar Partiyasından prezident seçkisində iştirak etmək niyyətində olan ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli ilə birlikdə iştirak edib.//Oxu.az
 
Ardını oxu...
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın dövlət olaraq xarici və daxili idarəetmədəki yeniliklər konsepsiyasını əhatə edən zəngin tezisləri gündəmə gətirdi.
Bu, Azərbaycanın strateji müdafiə qabiliyyətini zəiflətmək üçün ona qarşı kəskin mövqedə duran rəqiblərlə mübarizə aparmaq imkanlarını nəzərdə tutan məqamlara aydınlıq gətirir.
Prezident regionda mövcud reallıqlardan narazı qalan iddialı gündəliklərin mahiyyətini açdı, regional təhlükəsizliklə risklər arasındakı sərhəd nişanlarını göstərdi.
Konseptual şəkildə yanaşdığımız bu hissələri ayrıca bəndlərlə izah etməyə çalışaq.
Azərbaycan-Ermənistan münasibətləri
Prezident Azərbaycanın Ermənistan üzərində şərtləri fonunda getdikcə daha çox təsəvvür ediləbilən sülh gündəliyinin məğzini və Bakının prinsipial perspektiv strateji çərçivələrini göstərdi.
Ermənistanın işğalı altında olan Azərbaycanın səkkiz kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası konteksti və sülh müqaviləsinin konturları Bakı-İrəvan münasibətlərinin gələcəyinin necəliyi barədə mümkün variantları nəzərdən keçirir.
Əliyev prinsipial olaraq bildirir ki, Ermənistanla sərhədlərin delimitasiyası məsələsi ilə sülh müqaviləsinin imzalanması prosesi iki ayrı mərhələ kimi qalmalıdır və İrəvan konstruktiv mövqeyə köklənməlidir.
Əks təqdirdə, Azərbaycanın artan hərbi imkanları mövqeyinin yekuna çatması məramı üçün meydana çıxacaq və İrəvan depressiv vəziyyətdə olacaq.
İlham Əliyev bu məsələni üç məsələyə nisbətdə daha aydın ifadə etdi:
- Zəngəzur dəhlizi Bakının maraqları nəzərə alınaraq Azərbaycan vətəndaşları, yükləri, nəqliyyat vasitələrinin quru yolla Naxçıvana keçidi üçün “Azərbaycandan-Azərbaycana yoxlanış olmadan” prinsipi ilə reallaşmalıdır. Bu nöqtədə “Azərbaycandan-Azərbaycana” marşrutunun nəhəng strateji maraqlar kontekstindəki mənası da qeyd edilə bilər;
- Bu qeydlərin narrativləri Azərbaycan-Ermənistan münasibətlərindəki delimitasiya mübahisələrinin həlli müstəvisində gündəmə gəlir. Belə ki, Ermənistan sərhədlərin delimitasiyasında Azərbaycanın strateji iradəsinin ziddinə qarşı şəkilləndirmə ideyalarına üstünlük versə, daha geniş bir təzyiq dalğası ilə üzləşəcək. Bu, delimitasiya üzrə kritik məqamları açıqlayır və sərhəd müəyyənləşməsinin hansı xəritələr üzərində aparılacağını dəqiqləşdirən nüansları diqqətə çatdırır.
Bu məsələ Əliyevin tarixi faktlar olan Ermənistana torpaq bəxşişləri, o cümlədən İrəvanın verilməsi ilə əlaqədar xatırlatmalar etməsinin işığında aydınlaşır;
- Ermənistanın revanşist kimliyini geri qaytarmaq cəhdlərinə qarşı Azərbaycan preventiv müdafiə zərurətlərindən irəli gələn tədbirlər həyata keçirəcək - təbii ki, real təhdid və təhlükə olarsa.
Prezident Ermənistanın arxasında duran əsas obrazı açıqladı və Fransanın üzərinə xeyli vurğular etdi.
Əgər Ermənistan şirnikləndirmələrə aldanıb təhdidlərini region üfüqlərinin rəngini tündləşdirən səviyyəyə çatdırmağa çalışsa, Azərbaycan birtərəfli qaydada bölgənin strateji cizgilərini yeni fazaya çıxaracaq.
10 Noyabr Bəyanatı
Prezidentin müsahibə zamanı İkinci Qarabağ müharibəsini yekunlaşdıran 10 noyabr tarixinə “10 noyabr hadisəsi də bir dövr idi” deməsi iki məqamı açıqlayır.
- Əliyev çıxışı zamanı feilin keçmiş zamanından istifadə etdi. Bu, müharibəni bitirən 10 Noyabr Bəyanatının bir çox müddəasının Azərbaycan tərəfindən icra edilməsi fonunda onların qüvvədən düşməsini təsvir edir;
- Qarabağa yerləşdirilən Rusiya sülhməramlı kontingentinin regionda fəaliyyəti üçün əsaslar qalmır, çünki nə münaqişə, nə hərbi insidentlər, nə də separatçılıq mövcuddur;
- Rusiya ilə sülhməramlıların çıxarılmasını özündə ehtiva edən cədvəlin hazırlanması üçün müzakirələr başlanıla bilər.
Növbədənkənar prezident seçkisi
İlham Əliyev növbədənkənar prezident seçkisinin Azərbaycanın suverenliyini bərpa etməsindən sonraya təsadüf etməsinin sirrini açarkən vacib bir məqama toxundu.
Prezidentin “gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq, təbii ki” deməsi növbədənkənar seçkidən sonrakı istiqamətləri müəyyən etməyə imkan verir. Bu, Azərbaycanın xarici siyasət cinahlarındakı mövqelərinin möhkəmləndirilməsini və bunun təşviqi üçün daxili siyasətdəki mümkün dəyişikliklər sferasını əhatə edir.
Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə münasibətlərdə növbəti səhifələri vərəqləyərək regiondakı ambisiyaları zəiflətmək planları onun böyük strateji muxtariyyətə yiyələnməsini təyin edən faktora çevriləcək.
Daxili idarəetmədəki dəyişiklik modeli ilə bağlı məsələyə gəlincə, Azərbaycanın dövlət kuluarlarında müvafiq planların olduğuna şübhə yeri qalmır.
Çünki seçkidən sonra Azərbaycan regiondakı çəkindirmə qabiliyyətini artırmaq üçün daxili siyasi konyunktura həm hüquqi, həm də regional reallıqların tələb etdiyi çərçivədə format verə bilər.
NƏTİCƏ
Göründüyü kimi, Əliyev Ermənistanla münasibətlər zəminində sülh, bu olmazsa, güc tətbiq etmək gündəliyi ilə çəkindirmə bacarıqlarını təkmilləşdirəcəyini bəyan edir.
Yeni reallıqların nəzdində ən üstün səviyyədə uğurlu siyasi kursu saxlamaq üçün növbədənkənar prezident seçkisi aktuallıq kəsb edir.
Aqşin Kərimov
Teref: Xocanın Blogu
 

Dünyapress TV

Xəbər lenti