Avropa Birliyi (AB) Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb.
Bu, təşkilatın Xarici Siyasət Xidmətinin hazırladığı sənəd layihəsində əksini tapıb.
“Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib.
10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb.
Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas mövzulardan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar.
İsveç NATO üzvlüyünə uyğun olması ilə bağlı bizi inandırmaq üçün heç bir iş görməyib və alyansa qoşulmağın bu ölkə üçün prioritet olmadığı təəssüratını yaradıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstan Baş nazirinin Ofisinin rəhbəri Gergely Gulyas brifinqdə deyib.
"İsveç münasibətlərimizin müttəfiq və dostluğa çevrilməsi üçün etimadı gücləndirmək istiqamətində heç bir addım atmır", Macarıstan rəsmisi bildirib.
O deyib ki, iki ölkə arasında mövcud münasibətlər hazırda hüquqi cəhətdən müttəfiqlik səviyyəsindədir, "lakin onu dostluq hesab etmək olmaz".
"Ona görə də belə nəticəyə gəlirəm ki, bu gün İsveçin NATO-ya sürətlə daxil olması prioritet deyil".
Gulyas təklif edib ki, İsveçin xarici işlər naziri və ya Baş naziri İsveçin NATO-ya daxil olması ilə bağlı "bu ölkə ilə əlaqə saxlasın və Macarıstan parlamentinin narahatlığını soruşsun".
Macarıstan rəsmisi ölkəsinin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən sonuncu ölkə olmaqdan yayınmaq istədiyini, lakin "yəqin ki, İsveçin köməyi olmadan buna nail ola bilməyəcəyik. Əgər İsveç üçün vacib deyilsə, bu, nə üçün bizə vacib olsun ki", - deyə əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə öz həmyerlisinin kosmosa uçuşu münasibətilə xalqa müraciət edib. Ərdoğan bu hadisəni bütün Türkiyənin qüruru adlandırıb. “İlk insanlı kosmik missiyamızla Cümhuriyyətimizin ikinci əsrinə, Türk əsrinə qədəm qoyuruq. Tanrı yolumuzu, bəxtimizi açıq etsin”, - deyə dövlət başçısı qeyd edib. Həmin videomüraciəti təqdim edirik:
Fransa Senatı 336 "lehinə", 1 "əleyhinə" olmaqla Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Natali Qule qətnamənin əleyhinə səs verən yeganə senatordur. Bu sənəd və onun nəticələri ilə bağlı senatorun fikrini öyrənmək qərarına gəldik.
Natali Qule çərşənbə günü Trend-ə müsahibəsində bildirib ki, Fransa Senatında qəbul edilən qətnamə Cənubi Qafqazda sülhün əleyhinə yönəlib. "Bu qətnamənin reallıqla heç bir əlaqəsi yoxdur, o, sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar".
Qule əlavə edib ki, Fransadakı erməni diasporu çox təhlükəli oyun oynayır.
Türkiyədə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ilə Türkiyənin XİN rəhbəri Hakan Fidan arasında görüş olub.
Görüşdən sonra iki ölkənin XİN rəhbərləri mediaya birgə açıqlama veriblər.
Nazirlər bu il Türkiyə ilə Yaponiya arasındakı diplomatik münasibətlərin yüzüncü ildönümünün qeyd olunduğunu, bu münasibətlərin möhkəm təməl üzərində inkişaf etdirildiyini və 2013-cü ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıblar.
Hakan Fidan il boyu təşkil ediləcək mədəni, akademik və iqtisadi tədbirlər, eləcə də qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni təkan verəcəyinə inamını ifadə edib.
Görüşdə gündəmdəki mühüm məsələlərin müzakirə olunduğunu deyən Fidan bu il həm Türk-Yapon Elm və Texnologiya Universitetinin fəaliyyətə başlayacağını, həm də ilk dəfə keçirilməsi planlaşdırılan Türkiyə-Yaponiya Enerji Forumu ilə bağlı işlərin davam etdiyini bildirib.
Nazir, həmçinin uzun müddətdir davam edən iqtisadi tərəfdaşlıq və sosial təminat müqavilələrini müzakirə etdiklərini, bunların qarşılıqlı fayda əsasında ən qısa zamanda imzalanmasını istədiklərini ifadə edib.
Qeyd edilib ki, iki ölkə arasında enerji sahəsində mövcud əməkdaşlıq potensialının reallaşdırılmasına önəm verilir.
Yaponiyalı nazir öz növbəsində iki ölkə arasındakı əlaqələrin gələcəyinin parlaq olduğunu vurğulayaraq, ölkəsi ilə Türkiyə arasındakı əməkdaşlığı daha da dərinləşdirmək arzusunu ifadə edib.
Nazirlər, həmçinin terrorla birgə mübarizədə və Qəzzaya humanitar yardımların çatdırılması mövzusunda həmfikir olduqlarını bildiriblər. publika.az
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, Rusiya iki il əvvəl Ukraynaya hücum edəndə bir neçə gün ərzində Kiyevin təslim olacağını və Rusiyanın bütün Ukraynanı ələ keçirəcəyini düşünüb, lakin bu, baş tutmayıb.
“Rusiya hərbi imkanlarının demək olar ki, yarısını itirib. Ukrayna ordusu Rusiyanın işğal etdiyi ərazilərin əksəriyyətini azad edib. Ukrayna qüvvələri Qara dənizə yol açıb. Avropa Komissiyasının rəhbəri Rusiyanın iqtisadi sahədə də itkilər verdiyini vurğulayıb. Onun sözlərinə görə, “Rusiya indi Çindən asılıdır”.
“Rusiya diplomatik baxımdan da uğursuzluğa düçar oldu. Finlandiya NATO-ya üzv olub, İsveç də tezliklə alyansa qoşulacaq və Ukrayna Avropa Birliyinə üzv olmağa çox yaxındır”, – o vurğulayıb.
Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə başda Azərbaycan olmaqla Türk dünyasını yaxından maraqlandıran qərar qəbul edilib. Qərara əsasən, əhalisinin 95 faizi türk olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən açıqlanıb. Erməni konsulluğu üçün türklərin ən çox yaşadığı şəhərlərdən olan Təbrizin seçilməsi Türk dünyasına qarşı mesaj kimi şərh edilib. Məlum olduğu kimi, Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib. Konsulluğa icazə bürokratik danışıqlardan sonra verilib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd edib. Xatırladaq ki, 2021-ci ildə iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. İlk addımı İran atıb və 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başlayıb. İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi diqqət çəkmişdi. Növbə erməni tərəfindədir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Ermənistan dövlət televiziyasına bildirib ki, Ermənistanın Təbrizdə baş konsulluq açması iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək. Türkoloq-alim, Bütöv Azərbaycan Ocaqları sədrinin müavini Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, İran və Ermənistan arasındakı münasibətlərin yüksək səviyyəyə qaldırılması heç də təsadüfi deyil. Alim vurğulayıb ki, İrəvan-Tehran yaxınlaşmasının mahiyyətində Azərbaycanın erməni işğalına son qoyması, torpaqlarını azad etməsi və separatçılığın məhvi dayanır:
"İran və Ermənistan belə məqamda güclü, qüdrətli Azərbaycanı özləri üçün təhdid qəbul edirlər. Xüsusən, Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı, Türk Dövlətləri Təşkilatının genişləndirilməsi və inkişaf etdirilməsi hər iki ölkəni ciddi təşvişə sövq edir. Ona görə də Tehran-İrəvan münasibətləri yeni mərhələyə keçir. İranın konsulluğu Qafanda açması da təsadüfi deyildi və birbaşa Türkiyə-Azərbaycan birliyinə qarşı addım idi. Təbrizdə erməni konsulluğu barədə razılıq İranın Azərbaycana qarşı növbəti sərt mövqeyinin ifadəsidir. Təbriz Azərbaycanın qədim şəhəridir, türk yurdudur. Əslində, Qafan da qədim Azərbaycan torpağıdır. Qədim torpaqlarımızın birində erməni, digərində fars konsulluğunun açılması Türk birliyinə, Zəngəzur dəhlizinə qarşı atılan addımlardır. Ermənistan Zəngəzur dəhlizindən yan qaçır. İran da dəhlizlə bağlı tərəddüd yaşayır". F.Ələkbərli qeyd edib ki, Təbrizdə barmaq sayılacaq qədər erməni olar: "Ona görə də bu şəhərdə erməni konsulluğu açmasının məntiqli izahı yoxdur. Bu, türk birliyinin, Türk Dövlətləri Təşkilatının güclənməsi, Türkiyənin sadəcə bölgədə deyil, dünyada yeni gücə çevrilməsindən doğan narahatlığın təzahürüdür. Təbrizdə erməni konsulluğunun açılması demək, Güney Azərbaycan türklərinin ayağa qalxması anlamına gəlir. Bunu istisna etmirəm. Xüsusən, Təbrizdəki azərbaycanlılar bu məsələni sakit şəkildə qarşılamayacaqlar. Ciddi etirazlara səbəb olacaq, hətta milli hərəkatın yeni mərhələyə keçməsi üçün qığılcım rolunu oynaya bilər. Belə hadisələr Azərbaycan türklərinin səbr kasasını daşdırır. Təbriz, Urmu, Ərdəbil, Həmədan, Zəncan, hətta Tehrandan bizə gələn mesajlar onu deməyə əsas verir ki, güneyli soydaşlarımızın səbri tükənməkdədir. İran öz-özünə problem yaradır".