Ardını oxu...
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür.

Bildirək ki, Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, onun SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti isə dövlətin əsas qanununu qəbul edə bilməyib.

SSRİ hakimiyyətinə son qoyularaq dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı. Bundan sonra Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası referendumla qəbul olundu.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Sözügedən referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə minib.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Buna qədər üç dəfə Konstitusiyamıza dəyişiklik edilib: 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabr.

Müvafiq tarixlərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Konstitusiya Günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Artıq üçüncü ildir ki, Konstitusiya Günü qələbə ovqatında qeyd edilir. Azərbaycan Konstitusiyada təsbit olunan suverenlik hüququnu 2020-ci ildəki Vətən müharibəsi ilə bərpa edib.

Azərbaycan indi də Konstitusiyanın tələblərindən irəli gələn digər təhlükəsizlik tədbirlərini həyata keçirir.
 
Ardını oxu...
Azərbaycanda film sektoru demək olar ki, iflic vəziyyətindədir. Mütəxəssislər bildirir ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar olsa da, kino sahəsindəki keyfiyyət olduqca aşağıdır.

Bəs bunun səbəbi nədir?

Xalq artisti, aktrisa Səidə Quliyeva Bizim.Media-ya bildirib ki, Azərbaycanın film sektorunda sanki hamı gözləmə mövqeyindədir.

“Mən təkcə respublikada yox, dünyada tanınmış məşhur rejisorlarla işləmişəm. Onlardan biri də Vaqif Mustafayevdir. Təəssüflər olsun ki, ondan sonra mən heç bir film rejisoru ilə çalışmamışam. Deməzdim ki, Azərbaycanda bacarıqlı gənc kadrlar yoxdur. Sadəcə onlara istiqamət verilməli, maliyyə köməkliyi göstərilməlidir.

Film sahəsi bizdə pərakəndə halını alıb.

Mənə də qaranlıqdır ki, Azərbaycanda kino sektorunda keyfiyyət niyə aşağı düşüb. Bunu bu sahəylə məşğul olan rəhbər şəxslərlə danışıb öyrənmək lazımdır. Çünki bizdə Sovet dövründə və ondan sonra film sahəsi çox yaxşı inkişaf etmişdi. Hazırda isə çəkilən bir və ya iki filmlə biz deyə bilmərik ki, Azərbaycanda kino sahəsi inkişaf edib və ya geri qalıb.

Hal-hazırda bu sahədə durğunluq yaşanır. Biz sənət adamları istəyərdik ki, yaxşı filmlər çəkilsin, ssenarilər yazılsın, maddi durum yaxşı olsun və biz də dəvət olunaq. Elə bil ki, hamı gözləmə mövqeyindədir. Lakin bizlər nəyi, nə vaxt gözləyirik, bilmirəm”. \\Bizim.Media
 
Ardını oxu...
Türkiyənin dünyaca məşhur “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar əməkdar artist Nuriyyə Hüseynovanın ifa etdiyi “Ay Laçın” xalq mahnısını paylaşaraq zəfərimizi təbrik edib.

Moderator.az-a açıqlama verən xanəndə paylaşımın onun üçün əsl sürpriz olduğunu bildirib.

“Mən Tovuzda zəfər bayramı ilə əlaqədar tədbirə getmişdim. Gördüm ki, dost-tanışım mənə video yollayıb. Vaxtım da yox idi açıb baxım. Sonra qızım mənə yazdı ki, Selçuk Bayraktar sənin ifanda “Ay Laçın” mahnısı ilə zəfərimizi təbrik edib. Bu ikiqat mənim üçün sevindirici oldu. Həm illərlə gözlədiyimiz zəfər bayramının sevinci, həm də məhz bizim zəfərimizdə yanımızda olan Selçuk bəyin təbriklərində ifamın səslənməsi. Çox xoşuma gəldi. Bu mahnını minlərlə adam oxuyub, Selçuk Bayrakatın niyə məhz mənim ifamı seçməyinin böyük önəmi var. Burada klassika, xalq musiqisi, millilik var. Mən də onun səhifəsinə təşəkkür mesajı yazdım. Onunla heç bir tanışlığım yoxdur. Həyatda olsun belə bir dəfə qarşlaşmamışam. Siz bilirsiniz ki, mən hər zaman türk dünyasını sevən bir insan olmuşam. Bəşəri dəyərlərə hörmətlə yanaşmışam. Dünyanın bir çox ölkələrində TÜRKSOY-un tədbirlərində həmişə iştirak etmişəm. Mən Türkiyə dövlətini sevirəm. Heç vaxt Türkiyəni öz vətənimdən ayırmamışam. Səlcuk bəy də müharibə boyunca hər zaman Azərbaycanın yanında olub. Bizə dəstək olan hər bir insan mənim üçün doğmadır, əzizdir” deyə müğənni bildirib.
Ardını oxu...
Yaxın vaxtlarda Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu eyniadlı qurum birləşəcək.

"DogruXeber.az" bildirir ki, bu barədə Qaynarinfo-ya məlumat daxil olub.

Bildiirilib ki, bundan sonra vahid AKİ-nin qurultayı keçiriləcək.

Məlumata görə, qurumun sədri postuna həm Rasim Balayev, həm də Şəfiqə Məmmədova iddialıdır.

Onların arasında rəqabət getdiyi bir vaxtda başqa bir nəfərin də sədr postuna gətirilməsi uğrunda çabalar göstərilir.

İddialara görə, üçüncü namizəd İcitimai Televiziyanın keçmiş baş direktoru Cəmil Quliyevdir.

Lakin onun tərəfdarları Rasim Balayevlə Şəfiqə Məmmədova ilə müqayisədə xeyli azdır.

Bundan əlavə, Rasim Balayev və Şəfiqə Məmmədova duellosunda bitərəf mövqe sərgiləyənlərin də əhəmiyyətli hissəsi Cəmil Quliyevi sədr kimi görmək istəmir.

Bu, onun azad kino ictimaiyyəti arasında nüfuzunun az olması ilə izah edilir.

Hətta bəzi iddialara görə, onun namizədliyinin təklif edilməsi belə, ciddi narazılıqlara səbəb olub.

Lakin buna rəğmən Cəmil Quliyev artıq üçüncü iddialı kimi rəqabətə qoşulub. Onun kifayət qədər nüfuz sahibi olan Rasim Balayevlə Şəfiqə Məmmədovaya qalib gələ bilib-bilməyəcəyini zaman göstərəcək.

Rasim Balayevin sədri olduğu AKİ 1963-cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I Təsisat Qurultayında yaradılıb. Rasim Balayev 2022-ci ildən qurumun İdarə Heyətinin sədridir.

Şəfiqə Məmmədovanı rəhbəri olduğu eyniadlı qurum isə 2012-ci ildə təsis edilib. Şəfiqə Məmmədova həmin ildən sədr vəzifəsini daşıyır.
Ardını oxu...
Yaxın zamanda yayımlanması gözlənilən "Ağlayan gelin" serialında rol alacaq daha bir aktyorun kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində aktyor Noyan Uzer rol alacaq. Onlar layihədə "Ufuk" obrazını canlandıracaq.

Qeyd edək ki, serialın baş rollarını Feyyaz Şerifoğlu və Ayça Ayşin Turan ifa edəcək. Noyan son olaraq "Kuruluş Osman"da "Frodi"ni canlandırıb.
 
 
 
Ardını oxu...
2020-ci ilə qədər bizim üçün 44 sadəcə bir riyazi rəqəm idi. 27 sentyabra qədər...

O gün 30 ildir gözlənən gün yetişdi. Həsrət bitdi. Qələbə sevinci başladı. İllərdir bu günü gözləyən xalq dinindən, dilindən, irqindən, kimliyindən asılı olmayaraq, bir oldu, dəmir yumruq kimi birləşdi və bu birlik bizə 44 günlük Vətən müharibəsində yaşadığımız qələbələri, zəfərləri gətirdi.

Xalq birliyi necə olur bilməyənlərə örnək olduq. Kimi öz pensiyasını cəbhəyə yolladı, kimi döyüşə gedən nəvəsini dəstəklədi. Kimi yığdığı pulu əsgərlərimizə göndərdi, kimi informasiya müharibəsində düşmənlə savaşdı.

Kimi sevincindən ağladı, kimi dua etdi və daha nələr yaşandı bu 44 gündə.
Hamının düşməni, arzusu, amalı bir idi - Qarabağa qovuşmaq, həsrətə son qoymaq.

Bəli, məhz bu birlik, bu doğmalıq və Vətənə olan sonsuz sevgi bizi arzumuza çatdırdı. Ali Baş Komandanın izi ilə çıxdığımız bu yolda qalib olduq.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 

      
Ardını oxu...
Bu gün 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür.

“Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır”.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisinin təcəssümüdür.
Ardını oxu...
Oxu.Az xatırladır ki, şanlı üçrəngli bayrağımız dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayrağımızdakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olub.

1920-ci ilin aprelin 27-də bolşevik işğalından sonra üçrəngli bayrağımız və onun təmsil etdiyi ali dəyərlərimiz unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı öz istiqlaliyyət rəmzini unutmadı.
Ardını oxu...
Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Ümummilli liderin öndərliyində Azərbaycan xalqı öz üçrəngli istiqlaliyyət simvoluna 70 il sonra yenidən qovuşdu.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edildi.


Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident həmçinin Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib. Həmin dəyişikliyə əsasən Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Bu gün Azərbaycan xalqının iftixarı olan Dövlət Bayrağı Günü xüsusi təmtəraqla qeyd olunur. Belə ki, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.

Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib. Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.
Ardını oxu...
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!

Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!
Oxu.az
 
 
 

Ardını oxu...
Tarixi İrəvan şəhərindəki mədəni irsimizdən bəhs edən kadrların çəkilməsi və yayımlanması Ermənistanda ciddi ajiotaja səbəb olub.
Bu barədə erməni mediası bildirir.

İddia olunub ki, sənədli filmin çəkilməsinə rəsmi qurumlar icazə verib.

Rəsmi İrəvan Ermənistanın paytaxtında Azərbaycan filminin çəkilişinə icazə verilməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bildirilib ki, çəkilişlərin təşkili ilə bağlı Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə beynəlxalq təşkilatlardan, xarici KİV-lərdən və ya digər şəxslərdən hər hansı məktub və ya müraciət daxil olmayıb. Qurum hadisəni növbəti informasiya manipulyasiyası adlandırıb və medianı Azərbaycanın Teleqram kanallarının yaydığı videonu yaymamağa çağırıb.

Qeyd olunub ki, bundan əvvəl internetdə İrəvanın yeni görüntülərini əks etdirən “İrəvanda Azərbaycan tarixi-mədəni irsi” haqqında videokadrlar yayılıb.



AzVision.az

Dünyapress TV

Xəbər lenti