Ardını oxu...
Samanyolu...
Hiç merak ettiniz mi, şehirde değil, kerpiç evli bir köyde 1938'de dünyaya gelen ve 2012 yılında aramızdan ayrılan, unutulmaz "Samanyolu" şarkısını söyleyen Berkant, ortaokuldayken piyano çalmayı nereden biliyordu?..
Yetmiş sene evvel, ilkokuldayken, memleketin yüzde doksanında radyo bile yokken, mızıka ve akordeon çalmayı kimden öğrenmişti?
Henüz 14 yaşındayken, Frank Sinatra, Dean Martin, Nat King Cole şarkılarından oluşan repertuvara nasıl sahip olabilmişti? Dedim ya, 1938'de köyde dünyaya gelen çocuk.. On sekiz yaşındayken orkestra kurmayı, Saksafon çalmayı, hangi vizyonla akıl etmişti?..
Çünkü..
Babası Hasan Akgürgen'in Köy Enstitüleri'ndeki görevi nedeniyle Ankara'nın Hasanoğlan Köyü'nde dünyaya gelmiş, ilkokula Hasanoğlan Köy Enstitüsü'nde başlamış, babasının tayini gereği, Bilecik'e, Denizli'ye gitmiş ama, ailesi tarafından hep "köy enstitüsü ruhu"yla büyütülmüştü..
Berkant'ın temel eğitimini aldığı Hasanoğlan Köy Enstitüsü'nde; tarih derslerini Ordinaryüs Profesör Enver Ziya Karal, zooteknik derslerini Profesör Selahattin Batu, ekonomi derslerini Profesör Muhlis Ete, kültür-edebiyat derslerini Sabahattin Eyüboğlu, ziraat derslerini Profesör Kazım Köylü, coğrafya derslerini Profesör Ferruh Sanır veriyordu.
Peki, ya müzik derslerini?.. Âşık Veysel ve Ruhi Su!..
Ankara Konservatuvarı'nın saygın ustaları klasik müzik öğretiyordu. 1945 senesinde, Hasanoğlan Köy Enstitüsü'nün enstrüman demirbaşı şöyleydi: 259 mandolin, 55 keman, 37 bağlama, 8 akordeon, 3 piyano, 3 davul, 1 metronom ve 1 pikap..
"Harika çocuk"lar Suna Kan ve İdil Biret, enstitüye misafir getiriliyor, köy çocuklarını teşvik için yaşıtlarından keman ve piyano dinletiliyordu.
Âşık Veysel ve Ruhi Su ise saz çalmasını öğretiyordu. Âşık Veysel, enstitü bahçesine kiraz fidanı dikmiş, seneler sonra ziyaret edip kollarını açarak kiraz ağacına sarılmış, nasıl boy verdiğini hissetmişti..
Resim yapıyorlar, voleybol oynuyorlardı.. Sinema salonu vardı, tiyatro salonu vardı..
Bedri Rahmi Eyüboğlu bir hatırasını şöyle anlatmıştı :
"Hasanoğlan Köy Enstitüsü'ne gitmiştik. Okulun hayvanlarını barındıran ahırda bir çocuk gördüm. Gece nöbeti ona düşmüş, elinde kitap vardı, dalmıştı. Shakespeare okuyordu. Okuduğunu nasıl kavradığını, ertesi gün oynadıkları piyeste gördük.."
Mozart, Vivaldi, Beethoven dinliyorlar; Gorki, Tolstoy, Zola okuyorlardı. Molieré'in "Kibarlık Budalası"nı, Sofokles'in "Kral Oedipus"unu, Gogol'un "Müfettiş"ini sahneliyorlardı.
Mesela, bir mezuniyet töreni programı sırasıyla şöyleydi: İstiklal Marşı, bağlama konseri, türküler, mandolin konseri, şiirler, keman konseri, piyano konseri, koro, Anton Çehov'un "Bir Evlenme Teklifi", diploma takdimi ve topluca oynanan zeybek...
Tüm zamanların gelmiş geçmiş en şöhretli şarkısı "Samanyolu"nu ölümsüzleştiren, dededen toruna nesiller boyu adeta marş gibi ezberleten Berkant, işte bu "ruh"un Türkiye'ye armağanıydı..
İşin ilginç tarafı, romantizm tarihimizin en önemli şarkısının adı "Samanyolu" ama, şarkının içinde tek kelime "Samanyolu" geçmiyor..
Tıpkı, eğitim-öğretim tarihimizin en önemli parçası KÖY ENSTİTÜLERİ'nin, günümüzün eğitim sisteminde adının geçmemesi gibi....
Yılmaz Özdil /Adam Kitabı.
Teref.az
 
 
 
Ardını oxu...
Bu barədə Gazeta.ru-ya müsahibəsində "Putin"in balıq emalı şirkətinin texnoloqu Yuliya Budovskaya bildirib.

Kürü saxlamaq üçün yalnız duz kifayətdir, həmçinin məhsul dondurulmuş formada saxlanılmalı və daşınmalıdır. Ancaq bəzi istehsalçılar əlavə konservantlardan istifadə edirlər. Ekspertin fikrincə, onlardan yalnız sorbin turşusu və natrium benzoat məqbuldur, eyni zamanda dövlət və beynəlxalq standartlarla təsdiqlənir. Həmçinin qida əlavələri də əlavə etmək mümkündür.

"Balıq konservlərində, maya və kif göbələklərinin inkişafı ilə əlaqədar xarab olmamaq üçün konservantlar lazımdır. Açıq korservi soyuducuda saxlanılmalıdır, kürü bir və ya iki gündən çox qala bilməz. Duz və ədviyyatlar istisna olmaqla, öz şirəsində konservləşdirilmiş kalamar və ahtapotların tərkibində heç bir əlavə komponent olmamalıdır. Eyni şey qaraciyərinə də aiddir: kifayət qədər dəfnə yarpağı, duz və ətirli bibər", - ekspert bildirib.

Budovskaya onu da bildirib ki, şüşə qablar çoxlarının düşündüyü kimi məhsulun təzəliyinin göstəricisi deyil.(publika.az)
 
Ardını oxu...
Diqqətlə oxuyun, görün, bugünkü ədəbiyyata aid nəsə görə bilirsiniz? 1930-cu illərdə ədəbiyyata yanaşmanı araşdırıram...
1934-cü ildə sovet Yazıçıların birinci qurultayının qəbul etdiyi Nizamnamədə deyilirdi ki, "Sosialist realizmi" sovet bədii ədəbiyyatı və ədəbi tənqidinin əsas metodu olub, sənətkarlardan gerçəkləri doğru-düzğün, tarixən konkret, inqilabi inkişafda təsvir etməyi tələb edir. Elə həmin illərdə repressiya başladı və yazıçılar gerçəkliyi əks etdirə bilmədi. Özü də tələb olunurdu ki, romantika-filan olmasın ədəbiyyatda. Olsa da, sosialist romantikası olsun...
Sonra nə oldu? “Qlavlit” yaradıldı və o senzura rolunu oynayaraq təftiş işlərinə baxdı... Həm də ədəbiyyatda "asayişi", “təmizliyi”, əksinqilabçılığa qarşı mübarizəni tənzimlədi.
Ədəbiyyat sahəsinin idarə olunması bir siyasi xarakterli qurumu idarə etmək kimi bir şey oldu. Sonra yazıçıları saf-çürük edib (proletar yazıçıları, burjua-qolçomaq və cığırdaşlar) təşkilatlanma işi apardılar.
Yaltaq və qorxaq kadrlar, daima asılı olan strukturlar, öz sözü olmayan idarə heyətləri, katibliklər, rəyasət heyətləri...
Diktələri təkrarlayan plenumlar, qurultaylar, əsl ədəbiyyatdan, sənətdən uzaq senzuralı jurnallar, qəzetlər və onların qorxaq, müti, yaltaq redaktorları...
Daha sonra isə bütün bu anti-ədəbiyyat, anti-sənət təşkilat, qurum və rəhbərlərin mükafatlandırılması...
Redaksiya heyətlərinə qəbul olunma, ordenlər, medallar, fəxri fərmanlar, xatirə hədiyyələri, mənzil, maşın, xarici səfərlərə ezamiyyətlər...
Stalin mükafatlarının üç dərəcəsinin verilməsi isə bir özgə məziyyət idi...
P.S. Yazıçıya ev, maşın və təqaüd və s. verilməsinin "ənənəsi" var, elə belə söhbət deyil!!!
Iradə Musayeva
Teref.az
 
Ardını oxu...
"Ben bu cihana sığmazam" serialı ilə bağlı mövsüm finalı qərarı alınıb.

Teref.Az axşam.az-a istinadən bildirir ki, ekran işi 35-ci bölümdə mövsüm finalı edəcək.

Qeyd edək ki, serialın baş rolunu Oktay Kaynarca canlandırır.
 

Ardını oxu...
“Özümə hər dəfə qulaq asanda səhv axtarıram. Yeni bir əsər yazdıranda onu oturub dinləyirik ki, görək hər şey qaydasındadır? Daha sonra özümü dinləmirəm. Yaxşı nə varsa hamısını dinləyirəm. Bu mənim ovqatımdan asılıdır. Nəinki korifey sənətkarları, gəncləri də dinləyirəm. Çox şükürlər olsun ki, o gənclərdən bir çoxu bu gün mənimlə artıq tərəf müqabili olur. Bir dəfə “Leyli və Məcnun” tamaşasında oynayırdım. Orada Leyli də, İbn Səlam da, Leylinin anası da tələbələrim idi. Bu bir ustad üçün çox böyük, qürurverici bir iş idi. Tələbələrimin uğurlarına onlardan çox sevinirəm. Hər sənətkar heç olmasa özünün ardıcıllarını yetişdirməlidir. Sənətimiz yalnız belə inkişaf edəcək. Çünki heç kim daimi deyil, hər kəsin bu sənətdə bir dövrü var”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov deyib.

“Çalışıram ki, heç kimin haqqını tapdalamayım, heç kimin hüququnu pozmayım. Çünki bu təbiətimdə yoxdur. Gərək insanlara hörmət edəsən ki, hörmət görəsən. Qarşında kim olursa-olsun hörmətlə yanaşmalısan. Mən insanları çox sevirəm” deyə sənətkar bildirib.

Xalq artisti illər əvvəl qalmaqal yaşadığı Canəli Əkbərovu da xatırlayıb.

“Atayla oğul arasında da küsülülük olur. O vaxt Canəli Əkbərova cavab vermədim. Mən o tərbiyənin yiyəsi deyiləm. Sonra eşitdim ki, xəstələnib, xəstəxanada yatır. Oğlu ilə, kürəkəni ilə dostam. Dostlarımı, musiqiçilər Elnur və Elçini götürüb xəstəxanaya yanına getdim. Daha sonra tez-tez zəng edib, ondan xəbər bilirdim. Dünyasını dəyişməsinə çox üzüldüm. Muğam ifaçıları barmaqla sayılası qədərdir. Kiçik hər zaman öz kiçikliyini göstərməlidir. Tələbələrimə də hər zaman bunları deyirəm. Allah Əlibaba Məmmədova da rəhmət etsin. Dünyasını dəyişən günə qədər onunla əlaqə saxlamışam. Allah Arif Babayevə can sağlığı versin. Bizim hər birimiz onlara xidmət edib, ehtiram göstərməliyik” deyə sənətkar bildirib.

“Ən çox ürəyinizə yatan Leyli kim olub?” sualına sənətkar belə cavab verib.

““Leyli və Məcnun” tamaşasında 10 sənətkarımızla tərəf müqabili olmuşam. Onlardan biri türkiyəli sənətçi idi. Hamısı ilə səhnəni bölüşmək çox xoşdur. Çünki hər bir sənətçinin öz dəsti-xətti, tamaşaçısı var. Daha çox qismətimə Nəzakət xanımla oynamaq düşüb, onunla səhnəni bölüşmüşük” deyə sənətkar bildirib.

Xalq artisti şəhid qardaşı oğlundan da danışıb.

“Qardaşım oğlu İsrafil şəhid olmamışdan bir gün öncə hamımıza zəng etdi. Bəlkə də insana hər şey əyan olur. O sanki bizim hamımızla vidalaşırdı. Ona atamızın adını qoymuşduq. Oktyabr ayının sonu idi, müharibənin bitməsinə az qalmışdı, bir çox yerləri də almışdıq. Dedi ki, “əmi, hər şey yaxşıdır, bu gün, sabah Şuşaya bayraq sancacağıq”. Dedim ki, “İsi, özünü qoru, sənin toyunu biz edəcəyik”. Mənə dedi ki, “əmi, özümüzü yox, vətəni qorumalıyıq”. Mən onda öz-özümə dedim ki, “bu uşaq nə vaxt böyüdü?”. O bizim gözümüzdə uşaq idi. Qeyri-adi uşaq idi, idmana gedirdi, enerjisi özünə sığmırdı. Bir yerdə otura bilmirdi. Müharibə başlayan günü ata-anasına demişdi ki, “mən gedirəm, ya qazi, ya da ki, şəhid kimi qayıdacam” deyə sənətkar bildirib.
Ardını oxu...
Xalq şairi Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şairin Azərbaycan ədəbiyyatının mövzu və məzmunca zənginləşməsində mühüm xidmətləri olmuşdur. Ədibin yaradıcılığı olduqca zəngindir. Səməd Vurğunun zəngin yaradıcılıq irsini təşkil edən “Vaqif’ (1937), “Fərhad və Şirin” (1941), “İnsan” (1945) mənzum dram əsərləri Azərbaycan ədəbiyyatında olduqca böyük əhəmiyyətli yer tutur. Səməd Vurğunun 1956-cı ilin martında 50 yaşının tamam olması münasibətilə şairin yubileyi keçirilir. Ona Azərbaycanda ilk olaraq, “Azərbaycanın xalq şairi” adı verilir. Ədib 1956-cı il may ayının 27-də dünyasını dəyişir və Bakıda Fəxri Xiyabanda dəfn edilir. Səməd Vurğunun “Vaqif” dramında Azərbaycanın böyük şəxsiyyəti olan Vaqifin həm şair, həm də bir şəxsiyyət kimi həyatı qələmə alınmışdır. Səməd Vurğunun «Vaqif» dramı mövzu aktuallığına, məzmun keyfiyyətinə, ideya-bədii xüsusiyyətlərinə görə olduqca qiymətlidir. Əsər mükəmməl sənət nümunəsidir. S.Vurğunun «Vaqif» dramı Azərbaycanda XVIII əsrdə baş verən tarixi hadisələrə və şair M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuşdur. Ədib Vaqiflə yanaşı İran hökmdarı Ağa Məhəmməd şah Qacarında obrazını yaratmışdır. Əsərdə Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı M.P.Vaqifə əks qütbdə yaratmışdır. Hər iki tarixi şəxsiyyət bir-birinə qarşı qoyulmuşdur. Ədib Ağa Məhəmməd şah Qacarı əsərdə əsas lakin, mənfi surət kimi təqdim edir. Ağa Məhəmməd şah Qacar Vaqiflə mədəniyyət, torpaq, xalq, millət, dil, söz, ədəbiyyat, mədəni irs savaşına çıxır. Vaqif dərin zəkası hesabına Ağa Məhəmməd şah Qacarın bütün sözlərinə cavab verib, ona yerini göstərə bilir. Səməd Vurğunun Ağa Məhəmməd şah Qacarı əsərində qandan doymayan bir qəsbkar, bütün bəşəriyyətə kin bəsləyən biri kimi təqdim etməsinin bir səbəbi də Vaqifə olan hədsiz sevgisi idi. Ağa Məhəmməd şah Qacar əsərdə öz hirsinə qalib gələ bilməyib, dünyanın hər gözəlliyini qəbul etməyən, yalnız qılınc gücünə güvənən biri kimi təsvir olunur. Onun tanrısı qılınc və qan olur. Bu səbəblərdə Ağa Məhəmməd şah Qacara hamının qəzəb və nifrətini qazandırır. O, çox günahsız qanların axmasına bais olmuşdu. Səməd Vurğun Ağa Məhəmməd şah Qacarı əsərdə etiqadsız və etibarsız biri kimi göstərir. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacarın dilindən tez-tez təkrar edilən bu sözlər onun insan qanına susadığının, bəşəriyyətə fəlakətlər gətirməyinin başlıca göstəricisidir. Dramda Qacarın bu qədər çox qəddar təsvir olunmasının əsas səbəbi kimi onun Şuşaya hücumunu, şəhəri əsarəti altına almasını göstərmək çox düzgün olardı. Ədib Qacarın əsl niyyətinin soymaq, talamaq, qan tökmək, ona qarşı çıxanları əsir götürmək, torpağı ələ keçirmək olduğunu böyük dramaturq qələmi ilə yazıya almışdır.
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə birxanimandır!..
Bir boynu olsaydı bəşəriyyətin,
Onu bir qılıncla vurardım yəqin!


Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar özünün nəsil-nəcabəti ilə daim öyünür. Ədib isə Qacarı şərəfsiz, məsləksiz bir fateh kimi təqdim edir. O, Şuşanı əsarəti altına ala bilsədə, oranı tabeliyində saxlaya bilmir. Qarabağda at oynatmaq istəyən Ağa Məhəmməd şah Qacar burada öldürülür. Səməd Vurğunun İran padşahına nifrətini onun hər misrasında görmək olur. Ədibin bu nifrətinin səbəbidə odur ki, Ağa Məhəmməd şah Qacar Şuşada ədalətsizlik edir, qan tökür, başqalarının torpağını işğal edir. Qacarın bu dedikləri onun əsl simasını oxucuya çatdırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ,
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də yer üzünün bir Allahıyam.
Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar obrazı ədalətsiz, qəddar, cani, insan qanına susayan, bəşəriyyətə fəlakətlər gətirən, etiqadsız və etibarsız biri kimi təqdim olunub. Səməd Vurğun əsərindəki Qacarı öz təxəyyülünə uyğun olaraq elə canlandırmışdı. Ədib bu yaratdığı Qacar obrazı ilə ədəbiyyatda bir çox yeniliklər etdi. Səməd Vurğunun “Vaqif” dramındakı Ağa Məhəmməd şah Qacar obrazını təhlil edərkən, onun yazıldığı zamanı və şəraiti nəzərə almaq lazımdır. Əlbəttə ki, Səməd Vurğunun yaşadığı zamanda hər hansı şahı tərif etmək qeyri- mümkün idi. Belə ki, əsər Sovet dönəmində Azərbaycan SSRİ-nin işğalı altında olan zaman yazılmışdı. Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacar Azərbaycana düşmən mövqeyində dayanan, hədsiz dərəcədə zülmkar, vicdanını tamami ilə itirmiş, bütün bəşəriyyətə nifrət edən, yalnız qan tökməkdən həzz alan bir hökmdar kimi təqdim olunub. Ədib qəddar şahın simasını onun öz dili ilə ifşa edir. Səməd Vurğun əsərdə tipi öz dili ilə ifşa edib, onun xarakterini oxucuya tipin öz dili ilə çatdırır.
Ana qarnındakı o qandanam mən...
Bütün kainata qan olsun kəfən!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandıır.
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın Azərbaycanlı olduğunu dönə-dönə bildirir. Lakin Qacar vətəninin Azərbaycan və soyunun isə türk olmasını heç cür qəbul etmir. Qacar İran torpağının yetişdirdiyi Firdovsilər ilə bütün əsər boyunca fəxr edir. Ümumilikdə, Qacar türk dilini, millətini sevməyən, farspərəst bir hökmdar kimi təsvir olunub. Əsərdə Ağa Məhəmməd Şah Qacarın niyyətinin Qarabağ xanlığını tabe edib, buranın millətini farslaşdırmaq olmağı fikri təsdiqini tapır. Səməd Vurğun “Vaqif” dramında Ağa Məhəmməd Şah Qacarın öldürülməsini tarixi reallıqlardan tam fərqli olaraq qələmə almışdır. Ədib Qacarın ölümünə öz təxəyyülünə uyğun yanaşmışdır. Səməd Vurğun Ağa Məhəmməd Şah Qacarın M.P.Vaqifi və oğlu Əli bəyi edam etdirdiyi zaman üsyançı Eldarın dəstəsinin onları xilas etməsinin təsviri ilə əsərinin baş qəhrəmanının faciəli ölümünü qələmə almır. Qacarla qılınc davası edən Eldar şahı yaralayır və qapıçı Qacarı arxadan vurub öldürür. Səməd Vurğunun “Vaqif” dramının sonluğunu belə yazmasının bir səbəbi də sovet idealogiyası idi. Əsərdə xeyiri təmsil edən Vaqif şərə, yəni Qacara qalib gəlməli idi. Əsər Şah Qacarın obrazını mənfi şəkildə təqdim etməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında xüsusi mövqeyə sahibdi
Atakişiyeva Həcər
Teref.az
Ardını oxu...
Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı dövləti ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır.

Oxuculara Osmanlı dövləti haqda maraqlı faktları təqdim edirik:

- Osmanlıda müharibədə şəhid olan ilk və yeganə sultan I Muraddır. I Murad Birinci Kosovo Müharibəsindən sonra döyüş meydanını gəzərkən serb əsgəri Miloş Obiliç tərəfindən bıçaqlanaraq öldürüldü.

-Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra ilk cümə namazını 1 iyun 1453-cü ildə Ayasofyada qıldı.

-Osmanlı Dövlətində ilk siyahıyaalma II. Mahmudun dövründə olub. Səbəb, 1831-ci ildə Yeniçəri Kolordu ləğv edildikdən sonra Asakir-i Mənsure-i Muhammediye adı ilə qurulacaq orduya nə qədər əsgərin alınacağını öyrənmək idi.

-Osmanlıda ilk pianoçu Sultan V Murad idi.

-Osmanlıda ilk qəzet olan Təqvim-i Vakayi II. Mahmudun dövründə dərc edilib.

-Osmanlı dövlətinin ilk şairi Sultan II. Muraddır. Osmanlı İmperiyasının 6-cı Sultanı II. Şair Murad Muradi təxəllüsü ilə şeirlər yazıb

-Bizansla ilk müharibə Koyunhisar döyüşüdür.

-İlk Osmanlı nazirlik sistemi Orxan bəyin dövründə quruldu.

-İlk nizami ordunu Orxan bəy qurdu.

-Osmanlıda İlk mədrəsəni Orxan bəy İznikdə qurmuşdur.

-Orta Avropanın qapıları Nikopolisin qələbəsi ilə ilk dəfə Osmanlıların üzünə açıldı.

-Osmanlı tarixində İstanbul ilk dəfə Yıldırım Bayezid tərəfindən mühasirəyə alınıb.

-Anadoluda türk birliyi Osmanlı tarixində ilk dəfə Yıldırım Bayezid tərəfindən təmin edilmişdir.

-Osmanlı dövlətinin ilk xəlifəsi Yavuz Sultan Səlimdir.

-Osmanlı dövlətində tikilən ilk gəmiqayırma zavodu Yıldırım Bayezid dövründə tikilmiş Geliboludur.

-Osmanlıda təyyarədən ilk dəfə Birinci Dünya Müharibəsində istifadə etdi.

-Osmanlıda ilk poçt və yanğınsöndürmə briqadası Lalə dövründə quruldu.

-İlk parça fabriki İstanbulda Lale dövründə açıldı.

-İstanbulda dəfn edilən ilk sultan Fateh Sultan Mehmetdir.

-Bizansla ilk sülh müqaviləsi 1330-cu ildə Orxan Qazi və Bizans imperatoru III tərəfindən imzalanmışdır. Andronikos arasında imzalanıb.

-İlk dəniz muzeyi Sultan Əbdülhəmidin fərmanı ilə açılmışdır.

-Şişli Etfal Xəstəxanası Sultan Əbdülhəmid tərəfindən qurulub və xəstəxana bu gün də fəaliyyət göstərir. Bu xəstəxana Osmanlı dövlətinin ilk uşaq xəstəxanası olaraq da tanınır.

-Osmanlının ilk elmi araşdırma müəssisəsi olan Bakteriologiyahane-i Şahane Sultan II Əbdülhəmidtərəfindən qurulmuşdur. Bu müəssisə müasir xəstəxanalarda mikrobiologiya xidmətlərinin əsasını təşkil edir.

-Dünyanın ilk sualtı gəmisi Sultan III. Əhmədin dövründə tikilmiş “Tahtelbahr” gəmisidir.
AzerPress
 
Ardını oxu...
Hiç kimse onun dünyanın en iyi kemancısı JOSHUA BELL olduğunu ve elindeki kemanla yazılmış en karmaşık eserleri çaldığını anlamaz. Oysa Joshua Bell’in metrodaki bu mini konserinden iki gün önce Boston’da verdiği konser biletleri ortalama 100 dolara satılmıştı;Elindeki keman 3,5 milyon dolardı.
METRODAKİ KEMANCI
Soğuk bir Ocak sabahı, bir adam Washington DC’de bir metro istasyonunda, kemanla 45 dakika boyunca 6 Bach eseri çalar.
Bu süre içinde, çoğu işe yetişme telaşındaki yaklaşık bin kişi kemancının önünden geçip, gider…
Kemancı çalmaya başladıktan ancak 3 dakika kadar sonra, ilk kez orta yaşlı bir adam kemancıyı fark edip, yavaşlar ve birkaç saniye sonra da gitmek zorunda olduğu yere yetişmek üzere yine hızla yoluna devam eder.
Kemancı ilk 1 dolar bahşişini bundan bir dakika kadar sonra alır. Bir kadın yürümesine ara vermeksizin parayı kemancının önüne koyduğu kaba atarak, hızla geçer, gider.
Birkaç dakika sonra, bir başka adam duraklayıp, eğilerek dinlemeye başlar ancak saatine göz attığında işe geç kalmamak için acele ettiğini belirten ifadelerle hızla yoluna devam eder.
En fazla dikkatle duran ise 3 yaşlarında bir oğlan çocuğu olur. Annesinin çekiştirmelerine rağmen, çocuk önünde durur ve dikkatle kemancıya bakar. En sonunda annesi daha hızlı, çekiştirerek çocuğu yürümeye zorlar. Oğlan arkasına dönüp dönüp kemancıya bakarak, çaresizce annesinin peşinden gider.
Buna benzer şekilde birkaç çocuk daha olur ve hepsi de anne, babaları tarafından yürümeye devam için zorlanarak, uzaklaştırılırlar.
Çaldığı 45 dakika boyunca kemancının önünde sadece 6 kişi, çok kısa bir süre durur. 20 kişi duraklamadan, yürümeye devam ederek, para verir. Kemancı çaldığı süre içinde 32 dolar toplar. Çalmayı bitirdiğinde ise sessizlik hakim olur ve kimse onun durduğunu fark etmez, alkışlamaz.
Hiç kimse onun dünyanın en iyi kemancısı Joshua Bell olduğunu ve elindeki 3,5 milyon dolarlık kemanla, yazılmış en karmaşık eserleri çaldığını anlamaz. Oysa Joshua Bell’in metrodaki bu mini konserinden iki gün önce Boston’da verdiği konser biletleri ortalama 100 dolara satılmıştı…
Bu gerçek bir hikayedir ve Joshua Bell’in öylesine bir kılıkla metroda keman çalması, Washington Post gazetesi tarafından algılama, keyif alma ve öncelikler üzerine yapılan bir sosyal deney gereği kurgulanmıştır.
Sorgulanan şeyler şunlardı: Sıradan bir yerde, uygunsuz bir saatte güzelliği algılayabiliyor muyuz? Durup ondan keyif alıyor muyuz? Beklenmedik bir ortamda, bir yeteneği tanıyabiliyor muyuz?
Bu deneyden çıkarılacak kıssadan hisse ise; dünyanın en iyi müzisyeni, dünyadaki en iyi müziği çalarken, önünde durup, dinleyecek bir dakikamız dahi yoksa, başka neleri kaçırıyoruz acaba? Saygıyla...
Teref.az
 
Ardını oxu...
Cavanşirlər — Azərbaycanın qədim soylarından biridir. Qarabağda, qismən də İranda yaşayırlar. Bu soyun nümayəndələri 1747-ci ildən 1822-ci ilədək Qarabağda xanlıq ediblər.
Soyun yaranması.
2 Cavanşirlər sülaləsi
3 Soyun məşhur nümayəndələri.
Soyun yaranması.
Əsкi mоnqоl qurumlаrındа gоrаn və оrun аdlı düzülüş sistеmi vаrdı. Gоrаndа və оrundа хаndаn, хаqаndаn sоldа ən hörmətlilər dururdulаr. Bu sistеm оrdudа dа gözlənilirdi. Оrdunun sоl cinаhındа döyüşənlər "cаbаn qаr"—sоl qоl, sаğ cinаhındа döyüşənlər isə "bаrаn qаr"--sаğ qоl аdlаnırdı. Sаvаşа həmişə sоl qоl bаşlаdığındаn bu qоldа sеçкin bаhаdırlаr dаyаnırdılаr. Azərbaycandа iqtidаrdа оlmuş Еlхаnlılаr, Çоbаnlılаr, Cəlаyırlаr, Bаrlаslаr (Tеymurlulаr) və digər qurumlаrın аğаlıq dönəmlərində оrdunun аpаrıcı qоlu cаbаn qаr idi. Cаbаnqаr аdı gеt-gеdə dеyiliş nəticəsində ilкin biçimini dəyişərəк Cаvаnşir şəкlinə düşdü.
Cavanşir elinin Sarıcalı oymağının başçıları XVIII yüzildə xanlıq yaratdıqdan sonra Sarıcalı-Cavanşir kimi tanındılar. Rus üsul-idarəsı dönəmində familiya qəbul edən aristokratlar öz tayfa, kənd, oba adlarını soyadı kimi götürdülər. Sarıcalı-Cavanşir oymağının zadəganlarının çoxu Cavanşir soyadını qəbul etdilər.
Bu soy Azərbaycan xalqına onlarla sərkərdə, şair, yazıçı, musiqışünas bəxş edib.
Cavanşirlər sülaləsi.
İbrahimxəlil ağa.
Pənahəli xan Qarabağlı
(?—1763).
İbrahimxəlil xan
(1732—1806) Mehrəli bəy
(1735—1785)
Məhəmmədhəsən ağa
(1755—1806) Cavad ağa
(1757—1779) Mehdiqulu xan Əbülfət xan Tuti
(?—1835) Xanlar ağa
(?—1831) Ağabəyim ağa
(1782—1832) Məmmədqulu bəy
(1762—1797)
Cəfərqulu xan Nəva
(1785—1867) Xurşidbanu Natəvan
(1832—1897)
Ata xan Mehdiqulu xan Vəfa
(1855—1900) Xanbikə
Qəmər bəyim Şeyda
(1881—1933) Bəhram xan Naxçıvanski Əkbər xan Naxçıvanski
(1873—1961)
Cavanşirlər soyu Qarabağ xanlığını idarə etmişlər. bu soyun sülaləsi.
Xan Pənahəli xan Sarıcalı-Cavanşir 1747 1762
Xan Mehrəli bəy Sarıcalı-Cavanşir 1762 1763
Xan İbrahimxəlil xan Cavanşir 1763 1806
Xan Mehdiqulu xan Cavanşir 1806 1822
Soyun məşhur nümayəndələri:
Pənahəli xan Sarıcalı-Cavanşir, Qarabağ xanı (1747-1862), Xanlığı yaradıcısı
İbrahimxəlil xan Cavanşir, Qarabağ xanı (1863-1806), general-leytenant
Mehrəli bəy Sarıcalı-Cavanşir, Qarabağ xanı (1863)
Mehdiqulu xan Cavanşir, Qarabağ xanı (1806-1822), general-mayor
Əbülfət xan Tuti, şair, general-mayor
Əhməd bəy Cavanşir , tarixçi
Cəfərqulu xan Nəva, şair, general-mayor
Baba bəy Şakir , şair
Məhəmməd bəy Sarıcalı-Cavanşir, xanlığın sərkərdəsi, müvəqqəti xanlığı icra etmiş şəxs
Məhəmməd bəy Aşiq, şair
Məhəmmədəli xan Cavanşir, diviziya generalı
Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşir, xanlığın vəliəhdi, general-mayor
Mirzə Mehdi Sarıcalinski, şair, praporşik
Molla Abbas Cavanşir, şair, riyaziyyatçı, axund
Ağabəyim ağa (Ağabacı), şair, Fətəli şah Qacarın şahbanusu
Hacı Ağalar xan Cavanşir, Qarabağ xanlığının sərkərdəsi, kapitan
Gövhərbəyim ağa Sarıcalı-Cavanşir, (1796-1888). şairə, mesanat
Xurşidbanu Natəvan, şairə
Qasım bəy Zakir , şair
Kərim ağa Cavanşir, polkovnik
İbrahim bəy Azər, şair
Xan Şuşinski, xanəndə
Xanlar ağa Sarıcalı-Cavanşir, Qarabağ xanlığının sərkərdəsi,polkovnik
Allahyar Cavanşirov, tarzən
Əfsər Cavanşirov, bəstəkar
Əbdüssəməd bəy Aşiq, şair
Həmidə xanım Cavanşir, xeyriyyəçi, yazıçı..
Ətayə Odər Əkbərsoy
Teref.az

Dünyapress TV

Xəbər lenti