Ardını oxu...
Nobel Fondu Rusiya Belarus və İran səfirlərini mükafatlandırma mərasiminə dəvət etmək fikrindən daşınıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Nobel Fonunun rəsmi internet səhifəsindən paylaşım edilib.

“Nobel Fondunun əvvəlki təcrübələrə uyğun olaraq bütün səfirləri Nobel mükafatı mərasiminə dəvət etməsi sərt reaksiyalara səbəb olub. Bu səbəbdən Nobel Fondunun direktorlar şurası keçən il olduğu kimi, bu dəfə də Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçirilən Nobel mükafatı mərasiminə dəvət edilməməsinə qərar verib”,-deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar bu üç ölkənin səfirləri Stokholmdakı mərasimə dəvət olunmamışdı.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, son günlərdə xeyli sayda aparıcı “Space TV”ni tərk edib. Aparıcılar ya özləri işdən ayrılıb, ya da heç bir səbəb göstərilmədən işlərinə xitam verilib.

Ötən gün adıçəkilən televiziyanın tanınmış simalarından biri olan aparıcı Rövşanə Ağasəfqızı da işindən ayrıldığını açıqladı. Aparıcı axşam.az-a açıqlamasında heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:

“Hazırda məzuniyyətdəyəm. Bu gün ”Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram".

Rövşanə Ağasəfqızından bir gün öncə isə tanınmış aparıcı Fariz İlyasov bu kanalla yollarını ayırdığını açıqlayıb. “Dəyərli izləyicilərim və dostlarım, bu gündən etibarən çalışdığım ”Space TV" ilə yollarımızı ayırdıq. Qismət olsa, yeni layihələrdə görüşərik", - deyə Fariz İlyasov qeyd edib.

Xatırladaq ki, “Space TV”nin rəhbərliyi bu ilin fevral ayının əvvəlində dəyişmişdi. Həmin vaxt “Space TV”nin rəhbəri Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin gətirildi.

Qeyd edək ki, Vado Korovin əsasən “Şən və Hazırcavablar” klubunda (KVN) “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb. Onun Space TV-yə rəhbər gətirilməsi xeyli müzakirələrə səbəb olmuşdu.Əksəriyyət bu təyinatın da uğursuz olacağını, digərləri isə əksini deyirdi. Amma bu bir faktdır ki, Vado Korovin rəhbərliyə gələndən bu günə qədər xeyli sayda tanınmış tele-aparıcı kanalı tərk edib.

Onlardan biri aparıcı Ceyhun Səfərdir. O, televiziyadan getməyinin səbəbini bu cür açıqlamışdı:

“Bir müddət ”Space" TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space”dən ayrıldım.

Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. “Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm".

Məşhur aparıcı Turan İbrahimov isə yeni rəhbərlik təyin olunandan 2 həftə sonra televiziyadan getdiyini açıqlamışdı:

“İki həftə əvvəl verdiyimiz qərardır. ”Space" TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram".

Yeni rəhbərlik gələn kimi “Space TV”də işindən ayrılan jurnalistlərdən biri də aparıcı Kamil Eldaroğlu oldu.

Tanınmış aparıcı Elçin Əlibəyli, Nübar Əbil də televiziyanı tərk edən məşhur simalar arasındadır.

17 il adı çəkilən kanalın simalarından biri olan Zamirə Dadaşovanın isə televiziyadan qalmaqallı gedişi uzun müddət müzakirə mövzusu oldu. Aparıcı heç bir əsası olmadan, qanunsuz şəkildə televiziyadakı işinə xitam verildiyini bildirmişdi.

“İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim ”Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar", deyə aparıcı sosial şəbəkədə qeyd etmişdi.

Bəs ekspertlər “Space TV”də gedən son istefa dalğasını necə dəyərləndirir? Tanınmış simaların televiziyanı tərk etməsi nə ilə nəticələnə bilər?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:

“Əlbəttə, belə hadisələri eşidəndə üzülürük. Çünki bir televiziya üçün bir aparıcı yetişdirmək çox çətindir. Şəxsən mən uzun illər televiziyada işlədiyim müddətdə onlarla hazırda televiziya məkanında çalışan insanların yetişməsinə əmək sərf etmişəm və onların kanal dəyişməsini ürək ağrısı ilə seyr edirəm.

Bu cür hadisələr təkcə “Space TV”də deyil, digər televiziyalarda da müşahidə olunur. Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar. Fikrimcə, bizdə jurnalistlərin bu mənada müdafiə sistemi yoxdur, onlar çox köməksizdir. Yəni, onları müdafiə edən struktur yoxdur, özləri də birləşib, nəsə bir şey əmələ gətirə bilmirlər.

O ki qaldı “Space TV”nin bundan sonra vəziyyətinin necə olacağına, məlum olduğu kimi bu kanal tez-tez rəhbər dəyişən strukturdur. Hesab edirəm ki, Etibar Babayevdən sonra “Space TV” ümumiyyətlə bir qeyri-müəyyənlik zolağına düşüb. Yəni, yeni kimsə gələndə müəyyən hərəkətlər etməyə çalışır. Təbii ki, istəyirlər ki, yaxşı olsun, amma istəklər məsələni həll etmir. Yaradıcılıq, idarəçilik azadlığı mühüm rol oynayır. Ona görə də “Space TV”nin bundan sonra necə olacağını demək mümkün deyil.

Amma deyə bilərəm ki, “Space TV”nin hazırda rəhbərliyində olan adam yaradıcı adamdır, xüsusən şou aləminə bələddir, intellektualdır, ümid verir ki, hər halda nələrsə edə biləcəklər. Amma nə olacaq, bunu yaxın zaman göstərəcək".
 
Ardını oxu...
Lerik rayonu Çaylı kəndində yerləşən Mədəniyyət Evinin halına baxanda bu dövlətin mədəniyyətə ayırdığı pulların rəsmən qarət olunduğunu düşünməyə bilmirsən...

DİA.AZ bildirir ki, məhz bu səbəbdəndir ki, bu gün həbsxanada onlarla Mədəniyyət Nazirliyinin işçisi var, hələ də bu nazirliyə düz-əməlli rəhbər təyin olunmayıb...

Hə, Lerik Rayon Çaylı kəndində mədəniyyətimizə göstərilən münasibət, sözügedən kənddəki Mədəniyyət Evinin durumu çox şeyi ifşa edir... Amma...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
Ardını oxu...
Bu il iyulun 26-da daim rəqabət halında olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdi.

Bununla bağlı ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirildi, hər iki tərəf birləşməyə razılığını bəyan etdi. Bir çox mədəniyyət xadimləri də , "bir kinomuz var, iki başı olmaz" deyərək, bu addımı alqışlarla qarşıladı. Bəs birləşən ittifaqa kim rəhbərlik edir?

Teref.Az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevə bildirdi ki, hələlik ittifaqın rəhbəri yoxdur, kimin bu işin başında dayanması, rəhbərlik etməsi də bilinmir.

"Bəs siz işə getmirsinizmi?" sualımıza Rasim Balayev "məzuniyyətdəyəm" cavabını verdi.

"Yaxın bir-iki aya qurultay keçiriləcək. O zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Hər iki ittifaqın üzvləri arasında razılıq əldə edilib, birləşmişik. Əsas budur",- deyə o qeyd etdi.

Haqqında qalmaqallı fikirlər səslənmiş ( əməkdaşları onun saxta qurultay keçirib, zorla özünü sədr elan etməsindən şikayətçi idilər) keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna belə cavab verdilər: "Kino ittifaqların ikisi də özəl, yaradıcı təşkilatlardır, onlar dövlət təşkilatı olmadığına görə, ora kimin rəhvər seçilməsi və ya təyin edilməsi Mədəniyyət Nazirliyinin səlahiyyəti altında deyil. Qərarı özləri verəcəklər".
Artıq bir ay keçməsinə baxmayaraq qərar hələlik verilməyib.

Birləşmiş təşkilata kimi seçmək qurultayın işidir. Bəs Rasim Balayev yenidən seçilmək istəyərmi? Bu suala cavab verən qocaman aktyor bunu zamanın göstərəcəyini söylədi.
 
Ardını oxu...
“Qazprom Mejregionqaz Moskva” şirkəti rusiyalı məşhur müğənni Alla Puqaçovaya qarşı iddia ərizəsini geri götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, məhkəmə iddianın geri götürülməsinin səbəbini açıqlamayıb.

Qeyd edək ki, “Qazprom Mejregionqaz Moskva” Alla Puqaçovanı Moskvadakı obyektlərinin birində qaz təchizatı xidmətinin haqqını ödəmədiyinə görə məhkəməyə vermişdi.
Ardını oxu...
Türkiyəli aktyor Ünal Silver dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, 75 yaşlı aktyor uzun müddətdir müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Ünal Silver “Eşkiya dünyaya hükümdar olmaz”, “Dirilik Ertuğrul”, “Kuzey Güney”, “Poyraz Karayel” kimi bir çox serial və filmdə rol oynayıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib.

Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib.

Elton Conun gecə saatlarında yüngül xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, 76 yaşlı musiqiçi iyunun sonunda son çıxışını edib. “Rolling Stone” musiqi jurnalının məlumatına görə, Elton Con ən nəhəng ifaçılar siyahısında 49-cu yerdədir.

 

GUNDEMXEBER.AZ

Ardını oxu...
Prezident İlham Əliyev kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb.

"DogruXeber.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün V. Mustafayevin 70 yaşı tamam olur.
Ardını oxu...
"Şou-biznes açıq kassaya deyil, toya işləyir”.

DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev türk müğənnisi Hadisənin Bakı konsertindən 5 milyon lirə (328 000 manat) qazanmasından danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda sənət adamlarının konsertdən pul qazana bilməməsinin səbəbi reklamsızlıq və prodüser məktəbinin olmamasıdır:

"Problem müğənnilərdə deyil, kino sahəsində də vəziyyət eynidir. Azərbaycanda prodüser məktəbi hələ formalaşmayıb. Hər adamdan prodüser olmaz. SSRI vaxtı bu sahədə təcrübəsi olan insanlar var idi, müqavilələr bağlayırdılar. Onlar gedib xarici ölkələrdə dövlətlərarası müqavilələr imzalayırdı. İndi onlar yoxdur. Bu işi dövlət görməməlidir”.

Sənətkarın fikirincə, Azərbaycanda açıq kassaya işləyən, böyük planda olan müğənni yoxdur:

"Müğənnilərin reklamı bizim dairədədir, sərhəddən kənar çıxmayıb. Akademik, vokal sənəti olan müğənnilərimiz var. Onların da Azərbaycanın daxilində belə işləmək imkanları yoxdur. Reklam olunmayıb ki, sənətini təqdim edə biləsən. Azərbaycanda müğənnilər bir neçə gün konsert verir, onların biletlərini satan yoxdur. Belə olan halda sənət adamları konsertdən necə maliyyə götürə bilər ki?".
 
Ardını oxu...
Nümayişlərdən gələn rekord gəlirlə ilk pillələrdə qərarlaşan “Barbi” filmi növbəti rekorda imza atıb.

Lentz xəbər verir ki, rejissor Qreta Qerviqin çəkdiyi “Barbi” filmi ən çox gəlir gətirən film layihəsi olub.

Ekran əsəri Şimali Amerikada rəsmi olaraq 574 milyon dollar gəlir əldə edib.

Qeyd edək ki, “Barbi” ən çox gəlir gətirən 20 filmdən biridir.
 

Dünyapress TV

Xəbər lenti