Ardını oxu...
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti təxminən 1 ABŞ dolları, yaxud 1,3% artaraq 74,8 ABŞ dolları təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
 
Ardını oxu...
Neft-qaz, elektrik enerjisi gəlirlərin azalması yaxşı günlərin müjdəçisi deyil. Bu, o deməkdir ki, bizin çox çətin mərhələ gözləyir. Ölkəyə daha az valyuta gəlir. Əhalinin devalvasiya təşvişi də buna görədir. Hesab olunur ki, çətin iqtisadi dönəmdə manatın gücünü qorumaq mümkünsüzdür. Açıqlanan rəqəmlər də nikbinliyə işarə vurmur.

Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları təkcə oktyabrda 4 faizə qədər azalıb. İndi xəzinədə 11 milyard 371 milyon 700 min dollar var. Mərkəzi Bank təşvişə ehtiyac olmadığını bildirir. Son bir ildə artım olduğu xüsusi qeyd edilir. Amma məlum məsələdir ki, ilin əvvəlindən yalnız azalma müşahidə olunur. Mərkəzi Bank bunu inkar edə bilmir.

Mərkəzi Bank, eyni zamanda, inflyasiya proqnozlarını açıqlayıb. İlin sonuna qədər ümumi göstərici 5,1 faizə çatacaq. Gələn il isə 5,8 faiz inflyasiya gözlənilir. Mütəxəssislər hesab edir ki, rəqəmlər heç də həqiqəti əks etdirmir. İqtisadçı Rizvan İbrahimov rəqəmlərlə manipulyasiya imkanlarının geniş olduğunu düşünür: “İnflyasiyanın hesablanması mürəkkəb prosesdir. Xərcləmə ağırlığında kiçik dəyişikliklərlə inflyasiyanı daha aşağı göstərmək mümkündür. İkincisi həm də gündəlik istifadə olunan zəruri istehlak mallarının ayrıca inflyasiyası hesablansın və minimum əməkhaqqı və maaşlar ona indekslənsin”.

Məhz iqtisadçının dediyi proses baş tutmur. Bir tərəfdən gerçək inflyasiya mənzərəsi gizlədilir. Digər yandan da minimum əməkhaqqı və maaşların indeksləşdirilməsi düzgün aparılmır.

İnflyasiya 5 faiz civarında ola bilməz. Təkcə kərə yağının qiyməti 20 faizə qədər artıb. Başqa məhsullar dayanmadan bahalaşır. İctimai nəqliyyatın, yanacağın bahalaşdırıldığı tarix uzaqda qalmayıb. Mərkəzi Bank icazə versin, açıqlanan rəqəmlərə inanmayaq.

2025-ci illə bağlı heç nikbin danışmaq olmur. Devalvasiya ehtimalı həmişə var. İqtisadi göstəricilər heç ürəkaçan deyil. Kaş düşündüyümüz kimi olmasın. Ürək istər ki, hər şey ölkə, əhali üçün yaxşı alınsın.
 
Ardını oxu...
Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
Yeniavaz.com xəbər verir ki, əksər topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsində qiymət dəyişikliyi olub.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 26 şirkət və bir fərdi sahibkar məşğul olur. Təxminən bir ay əvvəl unun ən ucuz qiymətə satıldığı “Dəvəçi-Taxıl” MMC qiymətləri 30 qəpik artırıb. Əvvəl, 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 25 manat 30 qəpik olduğu halda, oktyabr ayının 31-də 26 manata qaldırılıb.
Qiymət artımı bəzi şirkətlər tərəfindən daha çox artırılıb.
Məsələn, “Anadoluqida” MMC 50 kiloqramlıq un kisəsinin qiymətini 26 manatdan 26,55 manata artırıb.
Yalnız 2 şirkətdə qiymət dəyişikliyi olmayıb.
“SKY Agro” MMC 50 kiloqramlıq un kisəsini 25,95 manata, “Azeri-Arapoğlu U.S. və T.LTD” BM isə 27,5 manata satır.
Qiymət artımından sonra Azərbaycanda unu ən baha qiymətə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM şirkəti satır.
Hüquqi ünvanı və satış mərkəzi Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə, 8A-da yerləşən şirkət 50 kiloqramlıq un kisəsini 27 manat 50 qəpiyə satır.
50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə Şabran rayonu, Ağalıq kəndində yerləşən “SKY Agro” MMC satır. Bu şirkət bir kisə unu müştərilərə 25 manat 95 qəpikdən təklif edir.
 
Ardını oxu...
Parlamentdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Bu dəyişiklik nədən ibarətdir? Bələdiyyələrin statusu, yoxsa maliyyə əldə etmək imkanlarının əhatəsini genişləndirilir?

Milli Məclisin deputatı Kamran Bayramov TNS-ə bildirib ki, parlamentdə bələdiyyə maliyyəsinin əsasları, büdcə sistemi və nağdsız hesablaşmalarla bağlı qanuna dəyişikliklər olunub: "Qanunvericiliyin dəyişdirilməsi, təkmilləşdirilməsi onunla əlaqəlidir ki, yaxın zamanlarda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi, eyni zamanda onların təkmil bir quruma çevrilməsi istiqamətində qanunvericilik tədbirləri həyata keçirilir. Bu yaxınlarda Milli Məclis bələdiyyələrin birləşməsi ilə bağlı yeni qanun qəbul etdi. Bu da bələdiyyələrin daha güclü, daha çevik, daha operativ və vətəndaşlara layiqli xidmət göstərə bilən qurumlara çevrilməsi məqsədini daşıyır”.

Deputat bildirib ki, qanunlara dəyişikliklərlə bağlı mətbuatda bir az dolaşıqlıq var: “Hesab edirlər ki, bələdiyyələr nağdsız hesablaşmalara məhz bu qanun layihələrinin qəbulundan sonra keçəcəklər. Bu, qətiyyən belə deyil. Çünki bələdiyyə vergilərinin nağdsız qaydada həyata keçirilməsi artıq 10 ilə yaxındır ki, həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən bu nağdsız hesablaşmalara keçid ilə vətəndaşlarımız artıq bələdiyyə vergilərini bank, poçt və digər nağdsız vasitələrlə ödəyə bilirlər”.

Kamal Bayramov “Qrant haqqında” Qanuna dəyişikliklərə də toxunub.

“Dəyişikliklərdən sonra bələdiyyələr artıq subvensiya və dotasiya ilə bərabər, qrant alıcısı kimi də qəbul olunacaqlar. Yəni ki, qrant resipienti kimi. İstənilən bələdiyyə həm hökumətdən, həm də qeyri-hökumət təşkilatlarından hər hansı layihə çərçivəsində qrant almaq hüququna malik olurlar. Düşünürəm ki, bu da onların maliyyə və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Ümid edirik ki, növbəti seçkilərdən sonra bələdiyyələr öz işlərini daha yaxşı quracaq, vətəndaşlarımıza daha layiqli xidmət göstərəcəklər", - deyə o bildirib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli isə TNS-ə deyib ki, bələdiyyələrlə bağlı təklif olunan dəyişikliklər istənilən halda bələdiyyənin fəaliyyətinə təkan verə biləcək addım kimi qiymətləndirilməlidir: "Bu dəyişikliklər bələdiyyələrin fəaliyyətinə bu və ya digər formada öz müsbət təsirin göstərəcək. Burada əsas məqsəd bələdiyyələrdə şəffaflığın təmin edilməsidir. 2015-ci ildən bütün yerli vergilər nağdsız şəkildə poçt, onlayn, bank və digər vasitələrlə həyata keçirilir”.

Vüqar Tofiqli bildirib ki, indi olan düzəliş sadəcə texniki, redaktə xarakterlidir: “Sadəcə olaraq, 10 il bundan əvvəl qəbul edilmiş qanuna müəyyən texniki düzəlişlər edirlər. Ümid edirəm ki, bu dəyişiklik Azərbaycan bələdiyyə sisteminin inkişafına, onların problemlərinin azalmasına xidmət edə biləcək. Seçkilərdən sonra bələdiyyələrin sayı 1606-dan 684-ə düşəcək, Bu da o deməkdir ki, bələdiyyə sahəsində işləyənlər daha mənsuliyyətli fəaliyyət göstərəcəklər”.
 
Ardını oxu...
Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən ümumi dəyəri 49 milyon 237,4 min dollar olan 9 min 555,9 ton qara çay idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən qara çayın 1 kiloqramının orta gömrük dəyəri 5,2 dollar (8,8 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan qara çayın ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 3 dəfə yüksəkdir.
Açıqlanan rəsmi məlumata görə marketlərdə satılan çayın 1 kiloqramının orta satış qiyməti 25 manatdan bahadır.
Qeyd edək ki, hazırda “Bravo”, “Araz” və “Neptun” kimi aparıcı supermarketlərində idxal olunan və yerli istehsal olan bəzi qara çayların satış qiyməti aşağıdakı kimi olub:

“Araz” supermarket:
“Champion” (250 qr.) – 6,24 azn
“Ahmad Seylon” (100 qr.) – 4,25 azn
“Berqa Earl Grey” (450 qr.) – 11,79
“Azercay Buket” (450 qr.) – 11,79 azn

“Neptun” supermarket:
“Champion” (250 qr.) – 6,85 azn
“Ahmad Çay Special Blend” (500 qr.) – 15,60 azn
“Berqa English Brekfast” (225 qr.) – 6,30
“Azərçay Buket” (250 qr.) – 6,25 azn

“Bravo” supermarket:
“Champion” (250 qr.) – 6,25 azn
“Ahmad Tea Special Blend” (500 qr.) – 17,35 azn
“Berqa Earl Grey” (450 qr.) – 11,89
“Azərçay Pekoe” (450 qr.) – 12,39 azn.
 

Ardını oxu...
  430  31.10.2024 10:00  İqtisadiyyat A  A 

Azərbaycanda oktyabrın 28-dən etibarən unun topdansatış qiyməti məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə 50 kq-lıq ən ucuz un növü ("Dəvəçi-Taxıl") 25.30 manata satılır.

Məlumata görə, ən bahalı un növü isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-dir. Bu növ unun 50 kq-lıq satış qiyməti 27.50 manatdır.

"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.50 manat;

"SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat;

"Bakı Taxıl Terminalı" MMC, "Qarabağ un" MMC və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.10 manat;

"Dəniz un sənayesi LTD", "Sünbül 20 12", "Avrora" "Hazartürk LTD" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.20 manat;

"Karmen" MMC, "Orxan UN" MMC, "Taxıl AQRO" MMC, "Xırman" MMC, "PAK-NUR" FİRMASI, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.25 manat;

"Anadoluqida" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.30 manat;

"AVETA" və "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.35 manat;

"ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat;

"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.55 manat;

"NEON" Firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.90 manat;

"Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat;

Oktyabrın 28-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağıdakı kimi müəyyənləşib:

Ardını oxu...
 
 
Ardını oxu...
“Azərbaycanda 1-3 manata araq satılır, halbuki bu məhsul üçün aksiz vergisi 4,8 manatdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.

"Bir sıra ölkələrdə ucuz mala şübhə ilə yanaşmaq ənənəsi formalaşıb. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu bazara müdaxilə deyil.

Burada dövlət qiymət müəyyənləşdirmir, daha dəqiq desək, bazar qiymətlərinə müdaxilə etmir. Nəzarətedici orqan istehsalçının xərclərinə baxmaqla müəyyən edir ki, məhsulun maya dəyəri neçə manat olmalıdır. Minimum qiymət dövlətə ödənilməli olan aksiz vergisinin də daxil olduğu qiymətdir. Bazarda 1-3 manata araq satılması göstərir ki, vergidən yayınma halı var”, - deyə o qeyd edib.

Maraqlıdır, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişiklik edilərsə, spirtli içki bazarına necə təsir edəcək?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, spirtli içkilər bazarı istehlak bazarının ən çirklənmiş seqmentidir:

“Hələ 6 il öncə Daxili İşlər Nazirliyinin əməkdaşları sübut edib ki, ölkənin ən dəbdəbəli kafe və restoranlarında baha qiymətə satılan spirtli içkilər əslində keyfiyyatsızdir. Bahalı şüşələrə naməlum, mənşəyi bilinməyən içkilər töküb satırdılar. Bununla bağlı həbslər və böyük cərimələr tətbiq edilsə də, sonralar bu tədbirlərin davamı gəlmədi. Yenə də spirtli içki bazarında haqsızlıq hökm sürür”.

O bildirib ki, 2019-cu ildə spitli içkilərin istehsalı ilə məşğul olan bir çox sahibkarların lisenziyası ləğv edildi:

“Ölkəmizdə spirtli içki istəhsalı ilə bağlı qanuna edilən dəyişiklikdən sonra 50 dən çox istehsalçının lisenziyası ləğv edildi. Yalnız yeni tələblərə və normalara cavab verən istehsalçılara icazə verildi. Bu, bazarda kustar üsülla içki istehsal edən çox sayda sahibkarları üzə çıxardı. Amma yenə də qeyri-qanunu üsulla istehsal edənlər var”.

E.Hüseynov qeyd edib ki, bazarda təhlükəli içkilər həddən artıq çoxdur:

“Dövlət içki bazarında rəqabət mühitini qorumaq üçün içki bazarında minimal qiymət müəyyən etdi. İstehlakçılar tez-tez içkilərdən şikayət edirlər. Məsələn, bir içkini qəbul etdikdən sonra baş ağrısı varsa, demək, o içkidə aldehidlərin miqdarı həddindən artıq çoxdur. Bir içkini içəndən sonra yuxunuz gəlirsə, toksik maddələrin, yəni sivuş yağlarının sayı çoxdur.

Bu içkiləri qəbul etmək insan sağlamlığı üçün həddin artıq zərərlidir. Hətta insanı kor da edə bilər”.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, saxta içki satanlara qarşı mübarizə olmalıdır:

“Saxta spirtli içki istehsal edən şəxslərə qarşı içtimai nəzərət gücləndirilməlidir. Spirtli istehsal edən qurumların cəmiyyəti yaradılmalıdır. Saxta məhsul aşkarlandığı an dərhal aidiyyəti qurumlara bildirilməlidir. Belə birlik formalaşarsa, saxta və keyfiyyətsiz içki istehsalçılarına qarşı ciddi mübarizə tədbirləri görülə bilər”.

İqtisadçı-alim Vüqar Qocayev isə hesab edir ki, əgər məhsulun qiyməti ucuzdursa, keyfiyyətsiz hesab edilə bilməz:

“Dövlət tərəfindən saxta spirtli içkilərə qarşı müntəzəm olaraq mübarizə aparılır. Lakin içki bazarında sağlam rəqabət mühiti istəyiriksə, içkilərin qiymətinin baha olması üçün zəmin yaratmamalıyıq. Çünki saxta spirtli içki satan sahibkar onsuz da onun qiymətini artıra bilər. Nəticədə istehlakçı daha çox ödəniş edərək saxta içki alacaq. Bu da istehlakçının həm çibinə, həm də sağlamlığına mənfi təsir edəcək”.

O qeyd edib ki, spirtli içkilərin minimum satış qiyməti artacağı halda içki bazarında bahalaşma olacaq:

“Bilmirəm nəyə əsasən 1-3 manata araq butulkasının satıldığını iddia edirlər. Bu qiymətə yalnız apteklərdən spirt və ya 250 ml litirlik araq almaq olar.

Elə olan halda ümümiləşdirib “1 manata araq satılır” demək doğru hesab edilə bilməz. Bu, sadəcə olaraq spirtli içkilərin qiymətini bahalaşdıracaq, üstəlik keyfiyyətsiz içkilərin qiymət artımına imkan yaradacaq”.
 
 
 
Ardını oxu...
Devalvasiya ehtimalından çox danışmaq, yazmaq ürəkaçan deyil. Çünki manatın dəyər itirməsi ölkə iqtisadiyyatı üçün yaxşı hal sayılmır. Hətta ölkədə zəlzələ effekti yarada bilər. 2015-ci ili xatırlamaq yetər. Onda il ərzində iki devalvasiya qeydə alınmışdı. İqtisadiyyat çox ciddi zərbə ilə üzləşmişdi. Əhalinin nə vəziyyətə qalmasından isə heç danışmağa dəyməz. Ölkə əməlli-başlı sarsılmışdı. Bizi bir az özümüzə neftin qısa zamanda dəyər qazanması gətirdi.

Bizimyol.info xəbər verir ki, bankların dollar alışı inanılmaz səviyyəyə çatıb. Oktyabrın 29-da tələb 88 milyon dolları keçib. Son vaxtlar buna yaxın göstəricilər çox olur. Bir neçə gün əvvəl də tələb 80 milyon dolları ötmüşdü.

Həqiqətən də, inanılmaz rəqəmlərdən söhbət gedir. Sentyabrda banklar təxminən 600 milyon dollarlıq valyutaya ehtiyac duymuşdu. Təkcə oktyabrın son dekadasında bu göstəricinin qeydə alındığını iddia etmək olar. Hər halda, Mərkəzi Bankın noyabrda bununla bağlı statistika açıqlayacağı gözlənilir. Onda tələbin necə artması aşkar görünəcək.

Sentyabrın sonlarında açıqlanmışdı ki, Mərkəzi Bankın il ərzində Dövlət Neft Fondu ilə birlikdə təşkil etdiyi hərraclarda 5 milyard 378 milyon dollar məbləğində satış olub. Yəni aylıq təxminən 600 milyon dollarlıq satışdan söhbət gedirdi. Onda həyəcanla məlumat verilmişdi ki, bir il əvvələ nisbətən 2,4 dəfədən çox artım rəsmiləşib. Görün indi vəziyyət necədir!

Yuxarıda qeyd etdiyimiz kimi, oktyabrın yekun göstəriciləri gələn il açıqlanacaq. Yəqin ki, 1-1,5 milyard arası satışdan danışılacaq. Noyabr yaxınlaşdıqca bazarda təlaşın artdığı müşahidə edilir. Çünki ümumi fikir belədir ki, COP 29 tədbirindən sonra devalvasiya qeydə alınacaq. Ölkə iqtisadiyyatında geriləmə müşahidə olunması, bankların valyuta bazarına həssas yanaşması əhalini təşvişdə saxlayır. Çoxluq o fikirdədir ki, devalvasiya qaçılmazdır. Buna görə də tələb inanılmaz səviyyəyə çatır.
 
Ardını oxu...
"Bloomberg"in siyahısına düşmüş 500 milyarderi araşdıran tədqiqatçıların fikrincə, dünyanın ən zəngin adamlarının körpələrinə ən çox qoyduğu 10 ad var.

Qaynarinfo.az "Express"ə istinadən xəbər verir ki, bu mövzu sözügedən resursun tədqiqat komandası tərəfindən xüsusi araşdırılıb.

Tədqiqatın rəhbəri Culian Qold deyib: "Biz adlarla milyarder statusu arasında əlaqənin olub-olmadığını düşünürdük. Buna görə də "Bloomberg"in milyarderlər indeksini təhlil etdik ki, dünyanın ən zəngin şəxsləri arasında hansı adlar daha çox yer alır. Nəticələr gələcək valideynlərə kiçik uşaqlarını gələcək maliyyə uğurlarına hazırlamaqda ilkin başlanğıcı təmin edə bilər".

Nəticələri üçün Culian Qold və komandası hər bir adı paylaşan milyarderlərin ümumi sayına, onların ümumi xalis dəyərinə və adambaşına düşən orta sərvətə diqqət yetiriblər.

Milyarderlər siyahısında üstünlük təşkil edən Condur. Dünya üzrə bu adı daşıyan 12 milyarderin ümumi sərvəti 155,3 milyard dollardır (təxminən 102,1 milyard funt-sterlinq).

Con
Milyarder statusuna görə ikinci yerdə Daviddir. David adında olan 12 milyarderin ümumi sərvəti 118 milyard dollar və ya 1 milyard funt-sterlinqdən çoxdur.

David
Tomas adlı yeddi milyarder var ki, onların hər birinin ortalama xalis sərvəti təxminən 9,8 milyard dollardır (təxminən 7,494,716,60 funt-sterlinq).

Tomas
Media maqnatı Maykl Blumberq də də daxil olmaqla, bu adda altı milyarder var. Blumberqin özünün şəxsi sərvəti 100 milyard funt-sterlinqdən çoxdur.
Maykl
Vanq adını daşıyan hər milyarderinin xalis sərvəti təxminən 8,1 milyard dollardır (təxminən 6,1 milyard funt-sterlinqə bərabərdir).

Vanq
Dünyada Mark adlı cəmi beş milyarder var, lakin onların hər birinin təqribən 41,2 milyard dolları (təxminən 37 milyard funt-sterlinq) var ki, bu da dəbdəbəli həyat sürmək üçün kifayətdir.

Çarlz adında, həm də "Kox Industries"in baş direktoru Çarlz Kox kimi yaxşı həyat sürən beş milyarder var.

Zanq dünyanın təmin edə biləcəyi ən yaxşı xidmətlərdən faydalanmaq üçün kifayət qədər pulu olan beş milyarderin adıdır.

Riçard ismində olan milyarderinin hər biri bank hesablarındakı vəsaitdən faydalanaraq heç bir problem olmadan dəbdəbəli tətillərdən, evlərdən və dəbdəbəli həyat tərzindən həzz ala bilərlər.

Cim hər biri təxminən 22 milyard funt-sterlinq qazanan dörd milyarderin adıdır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, son bir neçə gündə həyata keçirilən tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunaraq maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər", - DVX-nin məlumatında vurğulanıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti