Ardını oxu...
“Alafran”, “Sodeks”, “Oris” kimi təmizlik məhsulları istehsalçısı olan “Vüsal Kimya” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Vüsal Kimya” İnzibati Xətralar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Vüsal Kimya” MMC ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 26 dekabr tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib. Nazir bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1,0 milyon manat və ya 20 faiz artırılır.

Siyasi partiyaların maliyyələşməsi ilə bağlı "Sherg.az"a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, partiyaların gəlirləri, əsasən, iki əsas mənbədən təmin olunur:

"Ya dövlət tərəfindən ayrılan vəsaitlərdən, ya da partiya üzvlərindən toplanan üzvlük haqlarından. Lakin əhalinin vəziyyətini nəzərə aldıqda, partiyaların maliyyələşməsi yalnız dövlətin dəstəyi ilə mümkün görünür. Bu baxımdan, dövlət tərəfindən ayrılan vəsaitin artırılması, şübhəsiz ki, partiyaların fəaliyyəti üçün əhəmiyyətli bir addımdır. Ancaq burada mühüm sual yaranır: bu artım nə qədər təsirli və faydalı olacaq?
Məsələn, hazırda partiyalar üçün nəzərdə tutulan 5 milyon manatlıq büdcənin 20 faiz artırılması ilə bu məbləğin 6 milyon manata çatdırılacağı proqnozlaşdırılır. Lakin burada nəzərə alınmalı müəyyən məqamlar var. Belə ki, bizim partiya parlamentdə təmsil olunmur. Siyasi partiyalar üçün maliyyə yardımının 90 faizi parlamentdə təmsil olunan partiyalara, 5 faizi ehtiyata, qalan 5 faizi isə parlamentdə təmsil olunmayan partiyalara ayrılır. Belə bir vəziyyətdə, 6 milyon manatlıq büdcədən parlamentdə təmsil olunmayan təxminən 15 partiya üçün ayrılan 5 faiz, həmin partiyalar arasında bölüşdürüləcək. Bu isə hər bir partiya üçün kifayət qədər kiçik məbləğ təşkil edir".

Tural Abbaslı əlavə edib ki, bu məbləğ yalnız mərkəzi qərargahın xərclərinin ödənilməsi baxımından müəyyən qədər yetərli sayıla bilər.

"Ancaq regiondakı qərargahların fəaliyyətinin davam etdirilməsi, müxtəlif tədbirlərin təşkili və digər zəruri xərclər nəzərə alındıqda, bu məbləğ yalnız simvolik bir dəstək rolunu oynayır. Buna görə də hesab edirəm ki, qanunvericilikdə siyasi partiyalar haqqında müəyyən düzəlişlərin edilməsi zəruridir. Xüsusilə də, maliyyə bölgüsünün daha ədalətli və tarazlı şəkildə aparılması vacibdir. Ancaq yenə də dövlət yardımlarının artırılması ümumi olaraq müsbət və dəstəklənəsi bir addım kimi qiymətləndirilə bilər".
 
Ardını oxu...
“Milla” brendi adı altında süd məhsullarının istehsalı ilə məşğul olan “Milla Dairy” MMC valyuta tənsimi qaydalarını pozub. MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Milla Dairy” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə Abşeron rayon Məhkəməsində baxılır. Başladılmış işlə bağlı iki proses keçirilsə də, heç bir nəcitə əldə edilməyib. Növbəti proses 2025-ci ilin 13 yanvar tarixində təyin edilib. Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Milla Dairy” 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin əvvəlki adı “AZ FP CO LTD” MMC olub. Şirkət ötən il rebrendinq edərək adını “Milla Dairy” MMC-yə dəyişdirib. 233 213 155.90 manat nizamnamə kapitalına malik olan “Milla Dairy” MMC-nin qanunin təmsilçisi Vahab Zadə Azər Adil oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Yeni il bayramı ərəfəsində bölgələrdə hotel qiymətlərinin kəllə-çarxa çıxması insanların istirahətin daha ucuz başa gəldiyi xarici ölkələrə axın etməsinə səbəb olur.

Turizm və hotelçilik üzrə ekspert Cabir Dövlətzadə Yenicag.az-a açıqlamasında bunun əsas səbəbini yerli turizm bazarında rəqabətə davamlı mühitin formalaşmaması ilə əlaqələndirib.

Ekspert yerli turistlərin daha çox xarici ölkələrə axın etməsinin qarşısını almaq üçün təkliflər də irəli sürüb.

O, həmçinin bölgələrdə qiymətlərin yüksək olmasının yerli turizmin inkişafına mənfi təsirlərinin də qaçılmaz olacağını proqnozlaşdırıb.

Ətraflı videonu təqdim edirik:

 
Ardını oxu...
Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollar olduğu bildirilir.

TEREF xəbər verir ki, bu rəqəm “The Wall Street Journal” (WSJ) tərəfindən açıqlanıb.

WSJ-nin məqaləsində qeyd olunur ki, Suriyanın keçmiş lideri mərhum atası Hafiz Əsədlə birlikdə kapitalı xaricdə gizlətmək üçün qohumlarından istifadə edib.

Ağ Evin keçmiş rəsmisi Endryu Tablerin sözlərinə görə, inqilabdan əvvəl onların pullarını yumaq üçün kifayət qədər vaxtları olub. “Onların həmişə “B” planı var idi və indi deportasiyaya yaxşı hazırlaşıblar”, - o, nəşrə bildirib. (Qafqazinfo)
 
Ardını oxu...
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə və tütün məmulatlarına (siqaret) ayda adambaşına orta hesabla 9 manat 40 qəpik xərclənib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə alkoqollu içkilərə və siqaretə xərclənən adambaşına düşən vəsait 9,3% və ya 80 qəpik artıb.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2 manat 13 qəpik, siqaretə isə 7 manat 27 qəpik xərclənib.
Məlumat üçün onu da bildirək ki, eyni dövürdə - bu ilin ilk 9 ayı ərzində Azərbaycanda adambaşına düşən orta aylıq təhsil xərcləri 6 manat 27 qəpik olub və bir il əvvəl ilə müqayisədə 4,5% və 27 qəpik artıb.
Azərbaycanda alkoqollu içkilərə və siqaretə, həmçinin təhsilə sərf olunan adambaşına düşən orta aylıq vəsait aşağıdakı kimi olub:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ölkəmizdə hər təqvim ilinin əvvəlində qaz limitlərinin yenilənməsi prosesi həyata keçirilir.
Qaz limitlərinin yenilənməsi sayğac növləri üzrə müxtəlif cür aparılır. Belə ki, bu, "smart-kart" tipli sayğaclarda müvafiq proqram əsasında avtomatik qaydada tənzimlənir.
Lakin mexaniki sayğaclarda limitlərin yenilənməsini avtomatik rejimdə reallaşdırmaq mümkün deyil.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən isə dekabrın 28-dən qeyri-iş günləri olacaq.
Maraqlıdır, qaz sayğaclarında limit nə vaxt sıfırlanacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, limit hər ilin 10 yanvar tarixindən hesablanır:
Onun sözlərinə görə, bu, sıfırlanma deyil, bunun adı limitlərin yenilənməsidir:
“Hər il olduğu kimi bu il də “smart-kart” tipli sayğaclar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yeniləcək. Yenidən 1200 kubmetrlik limit tətbiq olunacaq. Mexaniki sayğaclarda isə bu proses yanvarın 7-dək davam edə bilər.
Sıfırlanma deyəndə abonentlər təşvişə düşür. Onlar elə bilirlər ki, yanvarın 7-dək sayğaclarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir.
Yanvarın 6-7-dən sonra abonentlər alacaqlar qazı 1200 kubmertlik limitlə əldə edəcəklər. Bu isə 12 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın bir kubmetrinə görə 12 qəpik ödəyirlər.
Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 20 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 25 qəpikdən hesablanır”.
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-sentyabrı üzrə ölkənin tədiyə balansına dair göstəriciləri açıqlayıb. Balansdan aydın olur ki, 2024-cü ilin 9 ayı ərzində tədiyə balansı xarici mühitdə formalaşan müxtəlif istiqamətli meyllərdən təsirlənib. Cari əməliyyatlar balansında 4 milyard dollar həcmində profisit formalaşıb, kapital və maliyyənin hərəkəti balansında (əsasən maliyyə öhdəliklərinin azalması ilə əlaqədar) isə 3.6 milyard dollarlıq kəsir yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta aktivləri 0.2 milyard dollar artıb. Bu dövrdə Azərbaycanın ixrac etdiyi xam neftin orta qiyməti 86 dollar təşkil edib.
Mərkəzi Bankın məlumatına əsasən 2024-cü ilin 9 ayının yekununda cari əməliyyatlar hesabının profisiti 4 milyard dollar və ya ÜDM-in 7,2 faizini təşkil edib. Bu, 2023-cü ilin 9 ayı ilə müqayisədə 2,7 milyard dollar və ya 40,3 faiz azalma deməkdri - ötən ilin eyni dövründə göstərici 6,7 milyard dollar olmuşdu. Neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.8 faiz azalmaqla 11.1 milyard dollar, qeyri neft-qaz sektoru üzrə kəsir isə 32.9 faiz artaraq 7.1 milyard dollar məbləğində olub.
2024-cü ilin 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 31.5 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə yaranan 15.1 milyard dollar həcmində profisit qeyri neft-qaz sektoru üzrə yaranan 8.1 milyard dollarlıq kəsiri tam kompensasiya edib. Nəticədə hesabat dövründə xarici ticarət balansında 7 milyard dollar həcmində profisit yaranıb. Hesabat dövründə Azərbaycan dünyanın 172 ölkəsi ilə ticarət edib, xarici ticarətin 14.1 faizi MDB üzvü olan ölkələrin, 85.9 faizi isə digər xarici ölkələrin payına düşüb.
Hesabat dövründə əmtəə ixracı 11.7 faiz azalaraq 19.3 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 16.9 milyard olub. İxrac olunmuş neft-qaz məhsullarının (16.9 milyard dollar) 11.6 milyard dolları xam neftin, 4.9 milyard dolları təbii qazın, 0.4 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2024-cü ilin 9 ayı üzrə qeyri neft-qaz ixracı 0.3 faiz azalaraq 2.4 milyard dollar təşkil edib.
2024-cü ilin 9 ayında Azərbaycanın əmtəə idxalı ötən ilin eyni dövrü iıə müqayisədə 3.5 faiz artaraq 12.3 milyard dollar təşkil edib: o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri 4.9 milyard dollar olub. Bunun da 1.6 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri neft-qaz sektoru üzrə idxal 16.2 faiz artaraq 10.5 milyard təşkil edib. Qeyri neft-qaz idxalının strukturunda: turboreaktiv mühərriklərin (2.7 dəfə); kərə yağının (72.4 faiz); kommutasiya qurğularının (40.5 faiz); kran, klapan, boru kəməri armaturlarının (34.0 faiz); yük avtomobillərinin (29.0 faiz); metalların (24.6 faiz); bitki yağlarının (23.6 faiz); mebel məhsullarının (21.9 faiz); elektrik maşınların və aparaturanın (21.6 faiz); dəmiryol nəqliyyat vasitələrinin (lokomotivlərin) (19.7 faiz); qazanlar, avadanlıq, mexaniki qurğuların (19.4 faiz); daxiliyanma mühərriklərinin (18.5 faiz) idxalı daha çox artıb.

2024-cü ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 13.2 milyard dollar təşkil edib. Bunun 7.4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 5.8 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 10.5 faiz azalaraq 1.6 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1.4 milyard dollar olub. Qeyri neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0.2 milyard dollar) çatıb. Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.5 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 3.7 milyard dollar olan nəqliyyat xidmətlərinin 61.5 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Doqquz ayda Azərbaycandan nqəliyyat xidmətləri ixracı artıb. Belə ki, Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2.3 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1.4 milyard dollar təşkil edib.
2024-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42.7 faiz artaraq 2.8 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.6 milyard dollar) idxalı (1.2 milyard dollar) üstələməsi nəticəsində 0.4 milyard dollar həcmində profisit yaranıb.
Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 2.6 milyard dollar kəsir, qeyri neft-qaz sektoru üzrə isə 0.6 milyard dollar profisit olub. Nəticədə ilkin gəlirlər balansında kəsir 17.2 faiz azalaraq 2.0 milyard dollar təşkil edib. İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5.8 milyard dollar olub. Bunun 67 faizi 3.9 milyard dollar olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (2.8 milyard) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 2.6 milyard dollar beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (0.3 milyard dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (0.4 milyard dollar) və digər ödənişlər (0.4 milyard dollar) təşkil edib.
Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 1.4 milyard dollar məbləğində qiymətləndirilib. Daxilolmalar 969.4 milyon dollar, ödənişlər isə 478.4 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 87.5 faizini xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 10.7 faizini ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 1.8 faizini isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 33.7 faiz azalaraq 848.5 milyon dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 1.6 faiz artaraq 408.3 milyon dollar bərabər olub. Nəticədə pul baratları üzrə 440.2 milyon dollar müsbət saldo yaranıb.

2024-cü ilin 9 ayında ölkənin xalis maliyyə aktivləri 1 milyard 390.9 milyon dollar artıb. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584.0 milyon dollar), portfel investisiyaları (724.5 milyon dollar) və digər investisiyalar (82.4 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri 2 milyard 179.6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235.6 milyon dollar), neft bonusu (457.8 milyon dollar), portfel investisiyaları (-960.6 milyon dollar) və digər investisiyalar (-1 milyard 441.2 milyon dollar) hesabına formalaşıb.
Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4.5 milyard dollar, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.4 milyard dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.8 milyard dollar kəsir yaranıb. Qiymətləndirmələrə görə, qeyri neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.7 faiz artaraq 0.9 milyard dollar təşkil edib.
Ölkə iqtisadiyyatına ümumi capital qoyuluşunda azalma qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 910,3 milyon manat məbləğində investisiya yatırılıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz azalma deməkdir. Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalıb.
İnvestisiyanın 8 milyard 138,8 milyon manatı və ya 51,2 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 617,8 milyon manatı (35,3 faizi) xidmət sahələrinə, 2 milyard 153,7 milyon manatı (13,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 13 milyard 66,5 milyon manatını və ya 82,1 faizini daxili investisiyalar təşkil edib
İnvestisiyaların 11 milyard 434,8 milyon manatı və ya 71,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
AMB Azərbaycanın cari əməliyyatlar balansında profisitin ortamüddətli dövrdə davam edəcəyini gözləyir. Lakin onun məbləğinin azalması da gözləntilər sırasındadır. Bu gözləntilərin əsasında ölkənin neft ixracının həcmcə azalması, həmçinin dünya bazarında neft qiymətlərinin düşməsi ehtimalı dayanır.
Bu amilləri nəzərə alan S&P beynəlxalq reytinq agentliyi 2024-cü ildə Azərbaycanın cari əməliyyat balansının (CƏB) profisiti üzrə proqnozunu 10,3 faizdən 6,9 faizə, 2025-ci ildə 6,9 faizdən 2,7 faizə, 2026-cı ildə 5,7 faizdən 1,2 faizə endirib. Reytinq agentliyinə görə, 2027-ci ildə profisiti defisit əvəzləyəcək. Buna görə də əvvəlki 4,6 ik profisit proqnozunu 0,2 faizlik kəsirlə əvəzləyib.
Reytinq agentliyi eyni səbəbdən ticarət balansının ÜDM-ə nisbəti üzrə proqnozunu bu il üzrə 17 faizdən 13,6 faizə, 2025-ci il üzrə 14,3 faizdən 9,4 faizə, 2026-cı il üzrə 13,2 faizdən 7,8 faizə, 2027-ci ildə isə 12,2 faizdən 6,3 faizə endirib.
Qeyd edək ki, AMB sədri Taleh Kazımov bu il noyabrın 1-də keçirdiyi mətbuat konfransında 2024-cü ilin sonuna CƏB-in profisitinin 5,3 milyard dollar, 2025-ci ildə isə 5,5 milyard dollar səviyyəsinə olacağını açıqlayıb.
Dünya SAKİT,
Musavat.com

Dünyapress TV

Xəbər lenti