Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.

TEREF milli.az-a istinadən xəbər verir ki, qərar 24.11.2024 tarixdən qüvvəyə minib.

Qərara əsasən, “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarının fəaliyyəti ciddi şəkildə tənzimlənir.Belə ki, bundan sonra “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə bilərlər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox.

Borcun qaytarılma müddəti də 45 gün olmalıdır. Vətənşlar məsələ ilə bağlı Milli.Az-a müraciət edərək bildirirlər ki, qərar qəbul olunsa da bəzi bank olmayan kredit təşkilatları qaydalara əməl etmir və hələ də yüksək faizlə kredit təklif edirlər.

Məsələni dəqiqləşdirmək üçün “Azpulmat” və “Manato” ilə əlaqə saxladıq.

“Azpulmat”-dan bildirildi ki, onlar hələ də köhnə qayda ilə çalışırlar, səbəb kimi də onu əsas göstərdilər ki, yeni qərar hələ qanuni qüvvəyə minməyib.

Hazırda “Azpulmat”-da 70 manat kredit üçün günlük 1 manat 20 qəpik hesbalanır. Yeni qaydaya əsasən isə bu rəqəm 21 qəpikdən çox ola bilməz.

“Manato”da oxşar cavabı aldıq. Şirkətdən bildirildi ki, yeni qayda hələ qüvvəyə minməyib, buna görə də köhnə qayda ilə çalışırlar.

“Manato”da 500 manat kredit üçün 30 gün ərzində 112 manat faiz hesablandı. Yeni qaydaya əsasən isə bu rəqəm 45 manatdan çox ola bilməz.
Ardını oxu...
"Neptun” supermarketlər şəbəkəsi bir ildir ki, külli miqdarda vergi borcunu ödəmir.
Valyuta.az-ın araşdırmasına görə, supermarketlər şəbəkəsinin bu il dekabr ayının 11-ə olan yığılmış vergi borcu 128 min 470 manat təşkil edib.
2023-cü ilin dekabr ayında isə "Neptun”un vergi borcu 161 min 794 manat təşkil edib. Başqa sözlə, şəbəkənin vergi borcu 20% civarında azalıb. Bununla belə, vergi borcunun böyük bir hissəsi bir il müddətində ödənilməyib.

Qeyd edək ki, "Neptun-S” MMC kimi dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Anar Nurəddin oğlu Quliyev, nizamnamə kapitalı isə 10 manatdır.

Xatırladaq ki, Vergilər Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Ardını oxu...
Dolların bahalaşması və planetin müxtəlif yerlərindən gələn mənfi xəbərlər son iki ildə inkişaf etməkdə olan ölkələrin valyutalarında ən böyük azalmaya səbəb olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

ABŞ-nin investisiya bankı "JPMorgan" inkişaf etməkdə olan bazarların valyuta indeksinin son iki ay yarım ərzində 5%-dən çox azaldığını açıqlayıb. Bu da 2022-ci ilin sentyabrından bəri ən böyük rüblük enişdir. Bildirilib ki, 23 valyuta bu rübdə dollar qarşısında ucuzlaşıb.

Sentyabrda başlayan dolların bahalaşması ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın yanvarda Ağ Evə qayıdandan sonra genişmiqyaslı ticarət tarifləri tətbiq edəcəyi və maliyyə islahatları həyata keçirəcəyi ümidi ilə bağlıdır.

 
Ardını oxu...
Bu ilin ilk 9 ayında Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 1 milyard 380,6 milyon dollar birbaşa investisiya yatırıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb.
Qeyd edək ki, kəskin azalma Türkiyə iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycan Türkiyə iqtisadiyyatına 1 milyard 760,2 milyon dollar investisiya yatırdığı halda, bu ilin ilk 9 ayında bu göstərici 10 dəfə azalaraq 175,4 milyon dollara düşüb.
Əvəzində isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına yatırdığı investisiyalar 5,5 dəfə artaraq 79 milyon dollardan 431 milyon dollara yüksəlib.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin ilk 10-luğu belə olub:
Birləşmiş Ərəb Əmirlikləri – 31,2% (431 milyon dollar);
Türkiyə – 12,7% (175,5 milyon dollar);
Gürcüstan – 6,9% (95,7 milyon dollar);
Böyük Britaniya – 6,3% (87 milyon dollar);
Özbəkistan – 5,7% (79,3 milyon dollar);
İtaliya – 4,2% (57,8 milyon dollar);
Avstriya – 3,5% (48,6 milyon dollar);
İsveçrə – 3,5% (47,7 milyon dollar);
ABŞ – 3,4% (46,3 milyuon dollar);
İsveç – 2,1% (29,2 milyon dollar).


Ardını oxu...
Gələn ilin sonuna qədər qızılın qiyməti ABŞ dolları daha da möhkəmlənsə belə, bir unsiya üçün 3 min dollara çata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı proqnozu Amerikanın investisiya bankı "Goldman Sachs" verib.

Qeyd edilib ki, faiz dərəcələrinin aşağı düşməsi və qeyri-müəyyənliyin artması fonunda hər iki aktiv gələn il bahalaşa bilər.

"Goldman" analitikləri hesab edirlər ki, qızılın qiyməti əsasən ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin azaldılması miqyasından asılı olacaq.

Bildirilib ki, geosiyasi qarışıqlıq, o cümlədən tariflər, həm qızıla, həm də dollara fayda verir.

Əlavə edək ki, son bir il ərzində qızıl 33% bahalaşıb və hazırda bir unsiya üçün 2,7 min dollardan yuxarı satılır.
 
Ardını oxu...
Avropa Komissiyası gələn ilin yanvar-iyun aylarında Avropa İttifaqının (Aİ) istiqrazları vasitəsilə təxminən 90 milyard avro cəlb etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

Məlumatda qeyd olunub ki, bu plan Aİ-nin 2024-cü ildə 138 milyard avro həcmində uzunmüddətli vəsait cəlb etdiyi emissiya proqramını davam etdirəcək.

“Aİ istiqrazlarının buraxılışı ilə toplanan vəsaitlər koronavirus pandemiyasından sonra Avropa İttifaqının iqtisadi bərpasına dəstək verir. Bununla yanaşı, həmin vəsaitlər Aİ-nin dayanıqlılığını gücləndirir və qonşu tərəfdaşlarını, xüsusilə Ukrayna və Qərbi Balkan ölkələrini dəstəkləyir”, - Avropa Komissiyasının sənədində qeyd edilib.
 
 
 
Ardını oxu...
TEREF APA-ya xəbər verir ki, bu, Milli Məclisin dekabrın 13-də keçiriləcək iclasının gündəliyinə təklif edilən “Dövlət rüsumu” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşir:

- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi 100 manat.

- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150 manat.

- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi 150 manat.

- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.";

- "İxrac nəzarəti haqqında" qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi - 100 manat.

- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.

- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200 manat;

- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.

- Qazın paylanmasına icazənin verilməsi – 50 manat.

- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına icazənin verilməsi 150 manat.

- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100 manat.

- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150 manat;

- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi – 150 manat;

- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə icazənin verilməsi - 150 manat.
 
 

 


Ardını oxu...
Son zamanlar bəzi market və mağazalarda vətəndaşlardan xırda pul (qəpiklər) qəbul edilməməsi barədə şikayətlər artır. Bu hal qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. İş o yerə çatıb ki, bəzi ticarət müəssisələri hətta bəzən böyük məbləğdə pulu manatlıqlarla qəbul etmirlər.

Bəs görəsən xırda pulun istənməməsinə əsas səbəb nədir? Belə halla qarşılaşan şəxsin hansı hüquqları var?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, bəzi hallarda pulun satıcı tərəfindən qəbul edilməməsi satıcının kaprizindən ortaya çıxan hal olur.

O ki qaldı xırda pulun, qəpiklərin qəbulu zamanı ortaya çıxan narahatlıqlara, burada bir neçə məqam var:

"Əsas hal ondan ibarətdir ki, mağaza sonra qəpikləri kiməsə qaytarmalıdır. Həmin vaxt müştəri özü bunu götürməkdən imtina edir. Bu ödənişlərdə ortaya çıxan əsas problemin səbəbi budur. Əgər yadınızdadırsa o vaxt 100 dollarlıqla bağlı problem aktual idi. Hansı ki 1996-cı ildən bəri olan dollarları qəbul etmirdilər. Amerikada belə bir şey yox idi, orada qəbul olunurdu. Bəs bankların çətinliyi nə idi? Banklar aldığı köhnə pulu başqasına verə bilmirdi, qalırdı əlində. Bank zatən pulu dövr etmək üçündür. Lakin əhali arasında süni ajiotaj yarandı, problem oldu. Daha sonra məsələ işıqlandı və hazırda elə tip problem qalmayıb. İndi 1996-cı ilin pulu götürülür, heç bir narahatlıq da yaranmır. Yenə də təkrar edirəm mağazalar xırda 3-5 qəpiyi kiməsə verə bilmir deyə götürmək istəmirlər. Belə halda mağaza həmin qəpikləri yığıb banka apara, orada dəyişə bilərlər. Lakin bu halda da kassir üçün 1 kq qəpiyi saymaq çətin olur. Bütün belə məsələlər mağazanı narahat edir".

Həll yoluna gəldikdə isə ekspert deyir ki, vətəndaşların çoxu xırda pulları ödəniş terminallarında əridə bilər. Lakin terminallar aşağısı 1 manat pul qəbul edir. Bunun özü də problem yaradır:

"Ödəniş terminalları tərəfdən məsələyə baxanda onlara da haqq vermək olur ki, terminalın məhdud tutumu var, onu 1, 3 və ya 5 qəpiklə doldursaq tez-tez xidmət etmək lazım gələr. Bu da onların xərcini artıracaq, artan xərc artan kamisiyalara səbəb olacaq".

Son olaraq ekspert vurğulayır ki, bütün hallarda heç kəsin xırda pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Onlar dollar, sent və avronu qəbul etməyə bilərlər. Lakin ölkədə qanunvericilik tələb edir ki, ödənişin formasından asılı olmayaraq qəbul olunmalıdır. Müştəri ödəniş formasını özü seçə bilər kartla və ya nəğd formada. Müştəriyə xidmət edən şəxslər ona post terminal verməli və ya qəpikləri mütləq şəkildə qəbul etməlidirlər. Bu onların borcudur".

Hüquq demişkən vəkil Sevinc Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, bu halda istehlakçı hüquqları pozulur. Bununla bağlı qanun da var:

"Azərbaycan Respublikası ərazisində dövrüyyədə olan pul vahidi AZN-dir. Dövlət tərəfindən qəbul edilən pul vahidi istər qəpik, istərsə də manat olsun bunun heç bir fərqi yoxdur. İmtina səbəbi qanunsuzdur. Heç kəs deyə bilməz ki mənə qəpik verməyin və s.".

Vəkil deyir ki, eyni hal vətəndaşa da aiddir. Vətəndaşın da pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Tək mağazalarda yox, cərimələrin ödənilməsində də bu hal aktualdır. Xatırlayıram ki, bu hal bir dəfə də yaşanmışdı. Məhkəmədə böyük məbləğdə pulun qəpiklə ödənilməsi həyata keçirilmişdi. Vətəndaşın istehlakçı kimi hüququdur ki pulu dövriyyəyə buraxılan istənilən pul vahidi ilə ödəsin".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara əsasən, manat və qəpiklər ölkənin rəsmi pul vahididir və istənilən məbləğdə qəbul edilməlidir. Bu tələb "Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar Haqqında Qanun" və Mülki Məcəllədə təsbit olunub.

Belə halla rastlaşan şəxs, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Onlar istehlakçı hüquqlarını müdafiə etmək üçün məsul qurumdur. Belə qanun pozuntuları aşkarlanarsa, mağaza və ya marketlərə qarşı cərimə tətbiq oluna bilər. Antiinhisar xidməti həm fiziki, həm də hüquqi şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir.

 
Ardını oxu...
Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi "Kaspi-Yıldız" MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət idarənin zibil qablarının satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 13 546,4 manatdır.

"Kaspi-Yıldız" MMC 7 sentyabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, ev 24-də yerləşir.

"Kaspi-Yıldız" MMC-nin qanuni təmsilçisi Əliyev Camaləddin Məzahir oğludur. Şirkətin əsl sahibi kimi isə keçmiş deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Həmin il deputat seçildikdən sonra isə "Kaspi-Yıldız"ın rəhbərliyi keçmiş deputatın qardaşı Çingiz Məmmədova keçib.

"Kaspi-Yıldız" MMC ilə eyni hüquqi ünvanda "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də yerləşir. Bu şirkət də İqbal Məmmədova məxsusdur.

"Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin hazırda 1 301 957, 92 manat vergi borcu var.

İqbal Məmmədov Milli Məclisin IV, V və VI çağırış deputatı olub. O, parlamentdə 78 saylı Lerik seçki dairəsini təmsil edib.

Bir neçə il əvvəl İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən "Relax" İstirahət Kompleksində baş verən qalmaqalla gündəmə gəlmişdi. Məlumat üçün deyək ki, "Relax" da keçmiş deputata məxsusdur.

2019-cu ildə vergi əməkdaşları obyektdə yoxlama aparmağa gəlsələr də, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz onları döymüşdü.
 
Ardını oxu...
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozunu “Sabit”dən “Mənfi”yə dəyişib və IDR-ni “BB” səviyyəsində təsdiqləyib.

İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.

Bu ilin iyun ayında “Fitch Ratings” Gürcüstanın IDR üzrə proqnozunu “Müsbət”dən “Sabit”ə dəyişib.

Agentlik hesab edir ki, Gürcüstanda siyasi risklər çox yüksək olaraq qalacaq. “Uzunmüddətli siyasi böhran institusional strukturu sarsıda, investorların və daxili bazarın etimadına təsir edə bilər ki, bu da xarici likvidliyə və məzənnəyə təzyiq göstərə bilər. Dövlət institutlarına etimadın zəifləməsi ilə birlikdə bu, Gürcüstanın dövlət idarəetməsi göstəricilərinə mənfi təsir göstərə bilər. Bu da ənənəvi olaraq müqayisə edilən ölkələrlə müqayisədə güclü tərəf olub”, – agentlik qeyd edib.

“Fitch” Gürcüstanın ÜDM artımının 2024-cü ildə 8,7 % olacağını, 2025-ci ildə 5,3 %-ə, 2026-cı ildə isə 5 %-ə enəcəyini gözləyir.

Bununla yanaşı, agentlik Gürcüstanda inflyasiyanın 2025-ci ildə 2,1 %, 2026-cı ildə isə 2,3 %-ə qədər olacağını gözləyir. Bundan əlavə, “Fitch” Gürcüstanın dövlət büdcəsinin aşağı kəsirini qeyd edir və bu, bu il ÜDM-in 2,7 %-i, 2025-ci ildə 2,5 %-i və 2026-cı ildə 2,3 %-i səviyyəsində təxmin edilir.

Agentlik, həmçinin Gürcüstanın xarici dövlət borcunun orta rifah səviyyəsini qeyd edib, bu il ÜDM-in 38 %-dən bir qədər çoxunu təşkil etdiyini, 2025-2026-cı illərdə 38,7 %-ni təşkil edəcəyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti