Ardını oxu...
"Eco System" MMC cərimələnib.

"DogruXeber.az"ın Pravda.az-a istinadən xəbərinə görə, qərar Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən iclasda qəbul olunub.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib
Ardını oxu...
Aranızda bu kreditlərdən yararlanan olubmu?
Naxçıvanın İqtisadiyyat Nazirliyi bildirir ki, ötən il sahibkarlara 4,2 milyon manatdan artıq güzəştli kredit verilib.
Məlumata görə, bu kreditlərlə 38 layihə maliyyələşdirilib. Bunun 73 faizi sənaye sektorunun, 21 faizi aqrar sektorun, 6 faizi isə, xidmət sahələrinin inkişafına yönəldilib.
Yerli sahibkarlar isə bildirirlər ki, bu cür kreditləri almaq üçün onlardan yüksək məbləğdə rüşvət istəyirlər deyə, pul götürməyə həvəs göstərmirlər. Onların fikrincə, güzəştli kreditlərin əksəriyyəti yüksək vəzifəli məmurların nəzarətində olan müəssisələrə verilir.
Gündəlik Naxçıvan
TEREF
 
Ardını oxu...
Efiopiyanın Baş naziri Abiy Əhməd birjanın yenidən fəaliyyətə başladığını elan edib.
TASS xəbər verir ki, əvvəlki birja 1974-cü ildə bağlanıb.

"İqtisadi və maliyyə sektorumuz üçün tarixi bir mərhələ olaraq, biz rəsmən Efiopiya Fond Birjasını işə saldıq", - deyə Efiopiya lideri bildirib.

Onun sözlərinə görə, birjanın işi ölkənin maliyyə sistemini gücləndirəcək və iqtisadi inkişafa töhfə verəcək. Birja müəssisələrə, dövlət qurumlarına və şirkətlərə bir sıra maliyyə məhsulları və xidmətləri təklif edəcək, Efiopiya və xarici investorlar üçün platforma rolunu oynayacaq.

 

Ardını oxu...
  

Son günlər paytaxtda gigiyenik məhsulların qiymətində artım müşahidə olunur.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, əvvəllər 5-6 manat təşkil edən baxım məhsulları hazırda marketlərdə 10-12 manata təklif olunur.

Qeyd edək ki, ötən ilin sonlarında qida məhsullarının qiymətində, bu ildən isə gigiyenik məhsulların qiymətində artım qeydə alınır.

Ardını oxu...
Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəlif salatlar və dadlı təamların hazırlanmasında istifadə olunur. Son zamanlar bazarlarda göyərti çeşidlərinin azaldığı nəzərə çarpır. Üstəlik, qiymətlər əvvəllər dəstəyə görə 15-20 qəpik arası olsa da, indi 23-25 qəpikdir. Qiymət artımı ilə yanaşı, göyərti dəstəsinin ölçüsü də kiçilib. Artıq bir dəstədəki göyərti sayı bəzən bir neçə saplaqla məhdudlaşır. Bunu əsasən reyhan və göy soğanlarda daha çox müşahidə etmək mümkündür. Maraqlıdır ki, bu tendensiya tək Bakıda yox, elə paytaxtı göyərti ilə təmin edən əsas rayonlarda da müşahidə edilir. Bəs bu vəziyyətə səbəb nədir?

TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Dəstələrin kiçik olmasının səbəbi mövsümlə bağlıdır

Satıcı Famil Əhmədovun sözlərinə görə, hazırda göyərtilərdən ən bahası reyhandır. Dəstəsinin qiyməti 50 qəpikdir. Digər göyərtilərin bir dəstəsinin qiyməti isə 25 qəpiyədir. Dəstələrin kiçik olmasının səbəbi isə mövsümlə bağlıdır.

Meyvə-tərəvəz dükanı işlədən Əli İsmayılov isə göyərtilərin qiymətlərinin dəyişmədiyini vurğulayıb:

"Qiymətlərdə hazırda artım mövcud deyil. Bayrama görə sahələrdə göyərti az idi. Yalnız bu səbəbdən həmin dövrdə artım oldu. İndi isə qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".

Eyni ərazidə göyərti satan Səkinə Nuriyeva isə deyir ki, havalar isinəndə bazar yenidən canlanacaq:

"Qışdır, rayonlarda qar yağır deyə göyərti bu qədər azdır. Biz məhsulu Bərdədən gətiririk. Göyərtinin bir dəstəsi 20 qəpikdir. Martda havalar isinəndə bolluq olur. Qiymətlər də həmin dövrdə enəcək".

Göyərtini 80 faiz bahalaşdıran səbəblər

Kənd təsərrüfatı eksperti, sahibkar Eldar Hüseynovun sözlərinə görə, bayram göyərti sektoruna da öz təsirini göstərib:

"Bayram olması ilə əlaqədar işçilər sahələrə çıxmadılar. Beləliklə, bazarda qıtlıq yarandı. Bundan da bəzi işbazlar istifadə etdilər və qiymətləri qaldırdılar. Bu ərəfədə Azərbaycandan Rusiya bazarına gedən göyərti də çoxaldı. Məhsulun böyük qisminin Rusiya bazarlarına axını başladı. Məsələn, qırmızı kahı deyilən göyərtinin qiyməti Azərbaycan bazarında iki gün ərzində 80 faiz artdı. Qara reyhan da xeyli bahalaşdı".

Ekspertin fikrincə, bayramdakı bahalaşmadan əvvəl havaların da qeyri-mülayim keçməsi öz sözünü deyib:

"Son 20 gündə güclü şaxtalar oldu və həmin dövrdə əkinçilər hazırlıqsız yaxalandılar. Gündüz yağışlar yağdı, gecə güclü şaxtalar oldu. Şirvanda əkilən şüyüd, Bakı kəndlərində, Bərdədə açıq sahələrdə əkilən göyərtilər məhv oldu. Yalnız istixanalarda olan məhsullar qaldı. Bakı kəndlərində və Şəmkirdə istixanalarda göyərtilər boldur. Bu da onu deməyə əsas verir ki, tədricən bu məhsulların qiyməti enəcək".

"Bazarlara çıxarılarkən nəzarət yoxdur"

E.Hüseynov dəstələrin niyə kiçilməsi məsələsinə də aydınlıq gətirib:

"Göyərti əkinləri əsasən Bakı kəndlərindən başlayıb. Həmin ərazilərdə də göyərtilər kiçik bağlanılır. Hazırda bazarlarda üstünlük Bakı göyərtilərindədir. İri dəstələri Bərdə və Şəmkir zonasında bağlayırlar. Onların da göyərtiləri Rusiyaya göndərilir. Bakı göyərtisinin üç dəstəsi Bərdə göyərtisinin bir dəstəsi boydadır. Bazarlarda da rayondan göyərtiləri alıb, bir böyük dəstədən üç kiçik dəstə düzəldirlər".

Müsahibimizin sözlərinə görə, bazarın tələbləri indiki halda belə olduğu üçün heç nə etmək mümkün deyil:

"Göyərti bazarlara çıxarılarkən nəzarət yoxdur. Hər şey yalnız insanların vicdanına qalır. Məsələn, gələcəkdə müxtəlif göyərti çeşidləri fərqli üsullarla satıla bilər. Xarici ölkələrdə buzun içində saxlanılır, onlar üçün xüsusi soyuducular mövcuddur və bəzi ölkələrdə göyərtilər dəstə ilə deyil, kilo ilə satılır. Amma hazırda tendensiya belədir və insanlar da bunu belə qəbul edib".

"Kəndliyə dəstək olmalıdır"

İqtisadçı Pərviz Heydərov hazırkı problemin səbəbini bütün təsərrüfatların istixana şəraitində ola bilməməsində görür:

"Göyərti əkinləri əsasən fərdi təsərrüfatlarda olur. O səbəbdən onlara nəzarət olunmasını düzgün hesab etmirəm. Göyərti haqqında danışdıqda mövsümü də nəzərə almalıyıq. Çünki fərdi təsərrüfatların heç də hamısında soyuq və şaxtalı havada göyərti yetişdirmək mümkün deyil. İstixana formasında yetişdirmək də elə asan olmur. Qış mövsümündə məhsulların keyfiyyətinin aşağı olması, qiymətinin yüksəlməsi təbii qəbul olunmalıdır. Amma keyfiyyəti aşağı düşən sadəcə göyərti deyil. Bu tendensiya digər kənd təsərrüfatı məhsullarında da müşahidə edilir".

İqtisadçının fikrincə, ev təsərrüfatlarına da müəyyən dəstək məqsədli addımlar atılarsa, bu sahədə qiymətləri az-çox tənzimləmək mümkün olar:

"Bazarda məhsulların daha keyfiyyətli və bol olması, qiymətinin münasib olması kimi məsələlərlə bağlı ev təsərrüfatlarının fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yəni yalnız iri fermer təsərrüfatları olmalı deyil. Bəzən olur ki, fərdi təsərrüfatlarda yetişən məhsul daha keyfiyyətli olur. İri təsərrüfatlardan çıxan məhsullar qiymət cəhətdən də fərqlənir".
 
Ardını oxu...
Rusiya Federasiyasının son ABŞ sanksiyalarının dünya bazarlarına təsirinin çox olmayacağı, ancaq Rusiya gəlirlərinin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.

Bu barədə “Kommersant” yazır.

Sanksiyalar Rusiya neft və qaz sektoruna zərbə vuracaq. Onlarla “Qazprom neft” və “Surgutneftqaz” strukturunun sanksiya siyahısına salındığı bildirilir.

Son aylarda “Qazprom neft” və “Surgutneftqaz” Rusiyanın neft ixracının təxminən 20%-ni təşkil edib. “Surgutneftqaz” aylıq olaraq təxminən 1,9-2,2 milyon ton, “Qazprom neft” isə 1,6-1,8 milyon ton neft ixrac edib.

Sanksiyalar Moskva və Rusiyanın ən böyük Omsk neft emalı zavodlarını da əhatə edir. Həmçinin “Qazprom neft Şelf” bu siyahıya daxil olub, bu şirkət “Prirozlamnoye yatağı”nın, Rusiyanın Arktika şelfində fəaliyyətə başlayan yeganə obyektin sahibidir. Sanksiya siyahısına daxil olan digər obyektlər arasında Rusiyanın ən böyük “Kirişski neft emalı zavodu” və “Surgutneftqaz”ın tərkibindəki “Surgutneftqazbank” da mövcuddur.

Rusiya hesab edir ki, bu sanksiyalarla neft və neft məhsullarına olan endirimlər, “təmiz” tankerlərin çatışmazlığından dolayı freqat qiymətlərinin artması və ödəniş məsələləri ilə bağlı çətinliklər yarana bilər.
“Bugünkü sanksiya paketi, ABŞ hökumətinin çabaları nəticəsində, bir tərəfdən əsas ixrac edən şirkətlərə qarşı sanksiyaların miqyasını artırmağa, digər tərəfdən isə maliyyə, hüquqi və logistika infrastrukturu üzərində daha həssas təsir etməyə yönəlib”, – deyə Delcredere vəkillik bürosunun hüquqşünası Andrey Ryabinin bildirib.

Sanksiyalar səbəbindən “Qazprom neft” və “Surgutneftqaz”la əlaqəli bütün əməliyyatların 27 fevral tarixinə qədər dayandırılması tələb olunur.
Son zamanlar ABŞ, Rusiyanın iki aktiv LNG zavodunu “Kriogaz-Vısotsk” (illik 660 min ton) və “Portovaya LNG”ni (illik 1,5 milyon ton) sanksiya siyahısına daxil edib.

“Kommercant”, ekspertlərin fikirlərinə istinadən bildirir ki, “Kriogaz-Vısotsk” və “Portovaya LNG” zavodlarından ildə 2,2 milyon ton LNG satışından əldə edilən gəlir 1,3 milyard dolları təşkil edir.

Ekspertlər, bu səviyyədə olan həcmlərin qlobal bazar üçün əhəmiyyətli olduğunu, lakin uzun müddət ərzində bu zavodların dayanmasının böhrana gətirib çıxarmayacağını qeyd edir. Bunun səbəbi, dünya bazarlarında Plaquemines LNG (ABŞ-da 14 milyon ton gücü ilə) və LNG Canada kimi alternativ böyük güclərin mövcudluğudur.

Qeyd edək ki, ABŞ-ın Rusiyanın neft sektoru üzrə tətbiq etdiyi yeni sanksiyalar çərçivəsində “Qazprom Neft”ə serb “NIS” neft şirkətindəki paylarından imtina etmək üçün 45 gün vaxt verilib.
 
Ardını oxu...
"İmprotex İndustries" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadənin sədrliyi ilə yanvarın 23-də baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: MMC Azərbaycanın keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus "İmprotex Group"a daxildir.
 
Ardını oxu...
Əmək və əhalinin sosial müdafiəsıi naziri Sahil Babayev Samir Şərifovu əvəzləyəcək.

Bu barədə “Gününsəsi”-nə hökumətdəki məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bundan əlavə büdcə gəlirlərini təmin edən əsas dövlət qurumları birləşdiriləcək və yeni qurum yaradılacaq.

Onun tərkibinə Maliyyə Nazirliyi,Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və s. qurumlar daxil edilə bilər.

Bir sıra ölkələrin təcrübəsində dövlət gəlirləri vahid qurum tərəfindən idarə olunur və görünür, Azərbaycan hökuməti də bu təcrübədən istifadə etmək qərarına gəlib.
 
Ardını oxu...
“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

“AzPolitika” xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

Ardını oxu...


Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.

Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.
Ardını oxu...
“Arash Medical Company” QSC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənədə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə yanvarın 22-də baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
 

Dünyapress TV

Xəbər lenti