Ardını oxu...
Şabran Rayon Yaşıllıq və Təmizlik İdarəsi "Kaspi-Yıldız" MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət idarənin zibil qablarının satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 13 546,4 manatdır.

"Kaspi-Yıldız" MMC 7 sentyabr 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, ev 24-də yerləşir.

"Kaspi-Yıldız" MMC-nin qanuni təmsilçisi Əliyev Camaləddin Məzahir oğludur. Şirkətin əsl sahibi kimi isə keçmiş deputat İqbal Məmmədovdur. O, 2010-cu ilə qədər şirkətə rəhbərlik edib. Həmin il deputat seçildikdən sonra isə "Kaspi-Yıldız"ın rəhbərliyi keçmiş deputatın qardaşı Çingiz Məmmədova keçib.

"Kaspi-Yıldız" MMC ilə eyni hüquqi ünvanda "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də yerləşir. Bu şirkət də İqbal Məmmədova məxsusdur.

"Kaspi-Yıldız" Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin hazırda 1 301 957, 92 manat vergi borcu var.

İqbal Məmmədov Milli Məclisin IV, V və VI çağırış deputatı olub. O, parlamentdə 78 saylı Lerik seçki dairəsini təmsil edib.

Bir neçə il əvvəl İqbal Məmmədov Lerikdə fəaliyyət göstərən "Relax" İstirahət Kompleksində baş verən qalmaqalla gündəmə gəlmişdi. Məlumat üçün deyək ki, "Relax" da keçmiş deputata məxsusdur.

2019-cu ildə vergi əməkdaşları obyektdə yoxlama aparmağa gəlsələr də, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz onları döymüşdü.
 
Ardını oxu...
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozunu “Sabit”dən “Mənfi”yə dəyişib və IDR-ni “BB” səviyyəsində təsdiqləyib.

İndex.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.

Bu ilin iyun ayında “Fitch Ratings” Gürcüstanın IDR üzrə proqnozunu “Müsbət”dən “Sabit”ə dəyişib.

Agentlik hesab edir ki, Gürcüstanda siyasi risklər çox yüksək olaraq qalacaq. “Uzunmüddətli siyasi böhran institusional strukturu sarsıda, investorların və daxili bazarın etimadına təsir edə bilər ki, bu da xarici likvidliyə və məzənnəyə təzyiq göstərə bilər. Dövlət institutlarına etimadın zəifləməsi ilə birlikdə bu, Gürcüstanın dövlət idarəetməsi göstəricilərinə mənfi təsir göstərə bilər. Bu da ənənəvi olaraq müqayisə edilən ölkələrlə müqayisədə güclü tərəf olub”, – agentlik qeyd edib.

“Fitch” Gürcüstanın ÜDM artımının 2024-cü ildə 8,7 % olacağını, 2025-ci ildə 5,3 %-ə, 2026-cı ildə isə 5 %-ə enəcəyini gözləyir.

Bununla yanaşı, agentlik Gürcüstanda inflyasiyanın 2025-ci ildə 2,1 %, 2026-cı ildə isə 2,3 %-ə qədər olacağını gözləyir. Bundan əlavə, “Fitch” Gürcüstanın dövlət büdcəsinin aşağı kəsirini qeyd edir və bu, bu il ÜDM-in 2,7 %-i, 2025-ci ildə 2,5 %-i və 2026-cı ildə 2,3 %-i səviyyəsində təxmin edilir.

Agentlik, həmçinin Gürcüstanın xarici dövlət borcunun orta rifah səviyyəsini qeyd edib, bu il ÜDM-in 38 %-dən bir qədər çoxunu təşkil etdiyini, 2025-2026-cı illərdə 38,7 %-ni təşkil edəcəyini bildirib.
 
Ardını oxu...
Son 1 ildə Azərbaycanda vətəndaşları yükləmək üçün yeni vergi-rüsum-cərimələr icad edirlər, bunlardan biri də avtomobillərin texniki baxış zamanı ödədiyimiz “utilizasiya vergisidir”. Qanuna görə, 4-10 il arası yaşı olan avtomobillər üçün 10 manat, 10-20 il arası 20 manat, 20-30 il arası 30 manat, 30 ildən artıq olanlar isə 40 manat ödənilir.
Ölkədə 1,1 mln. avtomobil var, ortalama, lap elə 20 manatdan ödəsələr bu ilə (nəzərə alsaq ki, 0-4 il arası ödəmir və 15+ yaşlı maşınlar avtomobil parkının 60%-i təşkil edir, ortalama 20 mant götürmək olar) 22 mln. manat edir. Bu qayda 1 ildir qüvvədədir, yaxşı, soruşa bilərsiniz ki, son 1 ildə neçə avtomobil utilizasiya olunub – deyim də, cəmi 40 müraciət olub, bunun 11 ədədi ilə bağlı tərəflər razılığa gəliblər və 11 avtomobil sahibinə ümumi olaraq 11550 manat ödənilib.
Gözəl “biznesdi”, heç narkotik, orqan ticarəti belə bu qədər qazanclı deyil, ilə 22 mln. manat yıq, 11550 manat ödə - Allah bərəkət versin. Yaxşı, dövlət konkret adla yığdığı vəsaiti başqa hara xərcləməyi düşünür? Çünki, bu vergi növünün adı-təyinatı var, indi bu 22 mln. manat hardadır, başqa istiqamətə xərclənibmi, yoxsa sadəcə yığılıb-saxlanılır?!
Ardını oxu...
Natiq Cavadlı
TEREF
 

Ardını oxu...
 

Pentaqon Ukraynaya 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim edib.

Vəsait Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb.

Yeni paketə HIMARS reaktiv yaylım atəş sistemləri, pilotsuz uçuş aparatları üçün döyüş sursatları, həmçinin artilleriya sistemlərinin, tankların və zirehli texnikanın texniki xidməti və modernləşdirilməsi üçün ehtiyat hissələri daxildir.\\“Report” 

Ardını oxu...
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 242,6 min dollar dəyərində 1 493,9 ton qabıqlı qoz və 12 milyon 169,2 min dollar dəyərində 2 667,7 ton qabığı təmizlənmiş qoz (ləpə) idxal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan qabıqlı qozun miqdarı 2,7 dəfə, qoz ləpəsinin miqdarı isə 58% artıb.
Qeyd edək ki, idxal olunan qabıqlı qozun 1 kiloqramının orta gömrük dəyəri 2 manat 55 qəpik (1,5 dollar), qoz ləpəsinin 1 kiloqramının orta gömrük dəyəri isə 7 manat 75 qəpik (4,6 dollar) olub.
Azərbaycan qabıqlı qoz və qoz ləpəsi əsasən Ukraynadan idxal edir. Bu ilin ilk 9 ayında Azərbaycana idxal edilən qabıqlı qozun 83%-i və ya 1 234,8 tonu, qoz ləpəsinin isə 63%-i və ya 1 685 tonu Ukraynadan gətirilib.
Ukraynadan gətirilən qabıqlı qozun 1 kiloqramının gömrük dəyəri 2 manat 20 qəpik, qoz ləpəsinin 1 kiloqramının gömrük dəyəri isə 7 manat 85 qəpik olub.
Ukraynadan başqa Azərbaycan ABŞ-dan (74 ton), Argentindan (40 ton), Çilidən (40 ton), Qırğızıstandan (33,5 ton), Rusiyadan (38 ton) və Özbəkistandan (28,5 ton) qabıqlı qoz idxal edib.
Qoz ləpəsi isə Ukraynadan sonra Azərbaycana Özbəkistandan (526,7 ton), Qırğızıstandan (385,8 ton), Çindən (36 ton) və ABŞ-dən (29 ton) gətirilib.
 
Ardını oxu...
Qlobal ticarətdə və nəqliyyat daşımalarında Azərbaycan dünyanın əsas mərkəzlərindən birinə çevrilir

Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi istiqamətində yürüdülən siyasət öz yüksək nəticələrini verməkdə, ölkəmizin dünya üçün əhəmiyyətini böyük ölçüdə artırmaqdadır. Bütün bunlar Azərbaycana çoxsaylı dividendlər qazandırmaqda, ölkənin tərəqqi templərinin intensivliyini də sürətlə yüksəltməkdədir. İlk növbədə o baxımdan ki, ölkənin beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi iqtisadi artım, regional təsir və qlobal əlaqə üçün Azərbaycanın potensialını daha da artırır.

Hazırda ölkəmiz qlobal ticarət və logistikada əsas oyunçulardan biri statusunu daşıyır. Lakin Azərbaycan əldə olunan nailiyyətlərlə kifayətlənmir, yeni uğurlara zəmin yaradan genişmiqyaslı fəaliyyətini davam etdirir. Bu, Azərbaycanın tranzit imkanlarından indi daha çox yararlanmağa çalışan ölkələr tərəfindən də xüsusi olaraq vurğulanır. Məsələn, Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının ölkəmizdəki nümayəndəsi Mariya Suvorovskaya qeyd edir ki, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var: “Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensiala malikdir. Güclü infrastrukturu və nəqliyyat şəbəkələrinin inkişafına sərmayələr sayəsində ölkə özünün strateji üstünlüyünü möhkəmləndirir və qlobal iqtisadi xəritədə mühüm qovşağa çevrilir”. TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev isə bildirir ki, Azərbaycan Avropa və Asiya arasında dayanıqlı yükdaşımaların təmin edilməsində mühüm rol oynayır: “Həmçinin nəqliyyat infrastrukturunda yaşıl həllər tətbiq etməklə dekorbanizasiya istiqamətində vacib addımlar atır”.

Beynəlxalq nəqliyyat mərkəzinə çevrilməyin ən mühüm üstünlüklərindən biri onun iqtisadi inkişafa verdiyi təkandır. Hava, dəniz limanları, dəmir və avtomobil yolları kimi infrastrukturun inkişafı iş yerlərinin artımına səbəb olmaqla yanaşı, investisiyaları stimullaşdırır. Bunu dünya təcrübəsi də təsdiq edir. Misal üçün, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr dünya səviyyəli nəqliyyat şəbəkələri yaratmaqla iqtisadi güc mərkəzlərinə çevrilməyi bacarıblar. İndi bu yanaşma Azərbaycanda da uğurla tətbiq olunur. Ölkəmizin üzərindən mal və məhsul axının artması müxtəlif korporasiyaların və logistika şirkətlərinin Azərbaycana diqqətini artırır, iqtisadiyyatda artımı şərtləndirən əsas faktorlardan birinə çevrilir. Bundan əlavə, artan ticarət büdcə gəlirlərini çoxaldır və hökumətlərə infrastruktura, ictimai xidmətlərə daha çox sərmayə qoymasına imkan yaradır.

Beynəlxalq nəqliyyat qovşağı qlobal təchizat zəncirlərində kritik halqa rolunu oynayır. Effektiv, etibarlı tranzit variantları təklif etməklə Azərbaycan regional və qlobal ticarət üçün əvəzolunmaz rolun ifaçısına çevrilir. Bu hal təkcə ölkəmizin özünə fayda gətirmir, həm də ümumən regionda iqtisadi artıma təkan verir. Azərbaycanın yaratdığı tranzit imkanlarından qonşu Gürcüstanın əldə etdiyi dividendlər bunun real təzahürdür. Elə sözügedən kontekstdə belə hesab olunur ki, Ermənistan da artıq regionda digər istiqamətlərdə kommunikasiyaların bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin icrasını tezləşdirməlidir. Bundan bütün Cənubi Qafqaz yararlanacaq, regionda inkişaf dinamikası əhəmiyyətli dərəcədə yüksələcək.

Burada nəzərə alınması vacib nüanslardan biri də odur ki, nəqliyyat qovşaqları turizm və mədəni mübadilənin də gücləndirilməsinə mühüm töhfələr verir. Beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağının yaradılması istiqamətində ölkəmizdə görülən işlər Azərbaycanda qabaqcıl texnologiya və müasir infrastrukturun geniş tətbiqinə münbit şərait yaradır. O da birmənalı həqiqətdir ki, nəqliyyat mərkəzinə çevrilmək Azərbaycanın geosiyasi, geoiqtisadi çəkisini yüksəldir. Bu da öz növbəsində ölkənin regional və qlobal məsələlərdə təsirini artırır.

Proqnozlar göstərir ki, Avrasiyada baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda yaranmış problemlər Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində bundan sonra da davamlı artıma səbəb olacaq. Ötən dövr ərzində də mütəmadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə 9 milyon 905,5 milyon ton-km təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur. Komitə onu da bildirir ki, bu ilin ilk 9 ayı ərzində Şərq-Qərb nəqliyyat dəhlizi ilə 12 milyon 765,3 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 7 milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4 milyon 552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 279,3 min ton yük daşınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizini və yaxud 14 milyon 247,1 min tonunu məhz tranzit yüklər təşkil edib. Qarşıdakı dövr ərzində bu göstəricilərin daha yüksək rəqəmlərlə ifadə ediləcəyi proqnozlaşdırılır. Bu da o deməkdir ki, qlobal tədarük zəncirində Azərbaycan mövqeyinin güclənməsi davam edəcək.

Qeyd edilənlərlə bağlı olaraq, ölkədə mövcud nəqliyyat infrastrukturunun yükötürmə qabiliyyətinin artırılması, tranzit əməliyyatlarında dövlət sərhədindən buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi istiqamətində müvafiq addımlar atılır. Həmçinin, tranzit yüklərin daşınması sahəsində fəaliyyət göstərən dövlət orqanları ilə operator və daşıyıcılar arasında əlaqələndirmə daha təkmil hala gətirilir. Nəqliyyat sisteminin qlobal trendlərə uyğunlaşdırılması ilə Azərbaycan beynəlxalq yükdaşımaların aktiv iştirakçısı statusunu bundan sonra da gücləndirməyə davam edəcək.

MTM Analitik Qrup
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı 3 tenderə yekun vurub.

FED.az xəbər verir ki, qurum tenderlərin qalibləri ilə toplamda 431 milyon manat dəyərində müqavilələr bağlayıb.

Belə ki, Şirvan suvarma kanalı yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması III mərhələ və I mərhələ tenderlərini “Nort Vest Konstrakşn” MMC udub. Qalib şirkət III mərhələ ilə bağlı tenderdən 247 milyon manat, I mərhələ ilə bağlı tenderdən isə 65 milyon manat qazanıb.

Qeyd edək ki, şirkət 30.05.2018-ci il tarixində yaradılıb. “Nort Vest Konstrakşn” MMC-nin qanuni təmsilçisi Elçin Bədəlov Tofiq oğludur

Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (IV mərhələ) tenderinin qalibi “Elit-S” MMC seçilib və tenderin dəyəri 119 milyon manatdır.

Qeyd edək ki, “Elit-S” MMC 09.06.2004-cü il tarixində yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmidar Əliyev Eldar oğludur. Hüquqi ünvanı AZ1900, Füzuli rayonu, Aybasanlı Ə/V, ünvanında yerləşir.
 
Ardını oxu...
Nazirlər Kabineti Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərarına dəyişiklik edib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Ədliyyə Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) ilə bağlı daxilolmaların 1,0 faizinə qədər, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.
 
Ardını oxu...
İndi Azərbaycanda maliyyə aktivliyinin bu qədər aşağı düşməsini izah etmək asandır. Çünki gizlədiləsi bir şey qalmayıb. Dərə ilə aşağı yuvarlanırıq. Neft, qaz, elektrik enerjisi gəlirləri kəskin azalıb. Yaxın illərdə xarici bazarlarda qiymətlərin bizim üçün qənaətbəxş olacağı gözlənilmir. Mərkəzi Bankın valyuta ehtiyatları sürətlə azalır. Havada devalvasiya qoxusu var. Bu şəraitdə maliyyə aktivliyinin yüksək olmasını gözləməyə dəyməzdi.

Bizimyol.info xəbər verir ki, xaricdən pul köçürmələri yenə azalıb. Hətta nikbin proqnozlar da özünü doğrultmur. Düşünülürdü ki, vəziyyət nə qədər pis olsa da, ilin sonuna qədər xaricdən Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1 milyard dollara çatar. Belə görünür ki, həmin həddə də çatmaq mümkün olmayacaq.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 454 milyon manat daxil olub. Bir ay əvvəlki son hesabatdan sonra bizim ölkəyə 122 milyon manat göndərilib. Bu göstəricinin də ayrıca çox aşağı olduğunu qeyd etməyə dəyər.

Keçən ilin eyni dövrü ilə müqayisə edəndə azalmanın 622 milyon manata yaxın olduğu görünür. Göstərici 30 faizi keçir. Vəziyyətin necə pisləşməsini göstərən daha bir statistika.

Banklardan xaricə göndərilən vəsaitin həcmi 440 milyon manat olub. Məsələn, keçən ilin eyni dövründə 76 milyon manat çox göndərilmişdi.

Mümkün devalvasiya gələcəkdə rəqəmləri yerindən oynada bilər, amma mahiyyət yenə dəyişməyəcək. Ölkəyə daha böyük pullar gəlmir. Xaricdən yaşayanların dotasiyası da əhalinin dolanışığında vacib rol oynayırdı. Ukrayna müharibəsi vəziyyəti çox dəyişdi. Üstəlik, xaricə miqrant kimi yollananların ölkə ilə az qala üzülüşmək düşüncəsi rəqəmlərə təsir edir.

İlin sonunda xaricdən pul köçürmələrinin ümumi həcmi ən yaxşı halda 1,7 milyard manata, yəni 1 milyard dollara yaxınlaşacaq. Gələn il nələrin baş verəcəyini isə düşünmək olmur. Sanki 2025-ci ildə bizi xeyli aşağı iqtisadi və maliyyə göstəriciləri gözləyir.
 
Ardını oxu...
Son günlər sosial şəbəkələrdə gömrük əməkdaşlarının maaşlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.

Valyuta.az xəbər verir ki, yayılan məlumatlarda son üç ayda Dövlət Gömrük Komitəsinin əməkdaşlarının əmək haqları verilmədiyi bildirilir.

Qeyd edilib ki, Maliyyə Nazirliyinin ayırdığı vəsaitlər hesabına Komitə 2025-ci ilin yanvarın 31-nə qədər olan müddətdə heç bir gecikmə olmadan gömrük işçilərinin əmək haqları verə bilər. Bununla belə, DGK əməkdaşlarının əmək haqlarını artıq üç aydır vermir.

Bildirilib ki, DGK işçilərinin aylıq əmək haqları 12-13 milyon manat civarındadır. Bu isə ümumilikdə 40 milyon manata yaxın vəsait deməkdir.

Əlavə edilib ki, son 6-7 ay gömrük əməkdaşlarının məzuniyyət pulu da verilməyib. Bu da öz növbəsində böyük narazılıqlara gətirib çıxarıb.

Dövlət Gömrük Komitəsindən isə yayılan məlumatlara hər hansı rəsmi açıqlama verilməyib.
 

Dünyapress TV

Xəbər lenti