Ardını oxu...
“ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb.

Qaynarinfo-nun məlumatına görə, şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1090251.71 qəpik vergi borcu yaranıb.

Bu ilin iyul ayında isə şirkətin dövlət büdcəsinə 9 milyon 521 min 876 manat 16 qəpik vergi borcu var idi.

Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.

“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir. Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov olsa da, qurumun qanuni təmsilçisi, onun oğlu Əlixanbəyov Emil Talıb oğludur. Sözügedən borca görə şirkət rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulub.

Bu arada onu da qeyd edək ki, Səfər Mehdiyevin gedişindən sonra şirkət tərəfindən gömrük qanunvericilik qaydalarının pozulmasına görə onlarla məhkəmə iş yaranıb.
Ardını oxu...
Son olaraq şirkətə gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb. İşə Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə baxılacaq.
 
Ardını oxu...
Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif tipli mebellərin və onların quraşdırılması işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Qafqaz Wood" MMC olub.

Qalib şirkətə 1 390 382 manat ödəniləc
Ardını oxu...
Yeni tədris ili valideynlər üçün xərclə başladı. Yenə məktəbli formaları almaq lazımdır. Təxminən 100 manata qədər xərcdən söhbət gedir. Xüsusilə bölgələrdə, kəndlərdə yaşayanlar üçün böyük xərcdir.
Bizimyol.info xəbər verir ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Tekstil şirkətləri 4 nümunə geyim formaları hazırlayır və satışı təşkil olunur. Valideynlərin öz istəyinə uyğun məktəbli formasını sifarişlə tikdirmək hüququ olduğu da bildirilib.

Nazirlər Kabinetinin qərarında bir nüans xüsusi seçilir. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının seçdiyi geyim forması ən azı 3 tədris ili dəyişilməz qalmalıdır. Keçən ilin sentyabr ayında valideynlərə elə bu il müşahidə etdiyimiz gərginlik yaşadılmışdı. Hamı tələsik məktəbli formağa çalışmışdı. Bu il isə məlum olur ki, yenidən forma almaq lazımdır. Geyimlər ən azı 3 tədris ili dəyişilməz qalmalıydısa, niyə yenə valideynlər xərcə salınır? Hər il forma oyununa nə ehtiyac var? Qərar verilib, valideynlər də üzərinə düşəni edib. Onsuz da məktəbə uşaq göndərmək asan başa gəlmir. Təhsilin pulsuz olduğu deyilsə də, məktəbdə xərclər az olmur. Forma oyunu valideynlər üçün əlavə yükdür. Elm və Təhsil Nazirliyi deyir ki, vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, məktəbin özünəməxsus təhsil mühitinin formalaşmasında mühüm rol oynayır. Çox zəif arqumentdir. Qərb ölkələrinin əksərində vahid məktəbli forması yoxdur. Əvəzində ortaya keyfiyyətli təhsil qoyulur. Belə ucuz yollarla şagirdlərə məsuliyyət hissi aşılamırlar. Hər şeydən əvvəl uşaqlara gerçək biliklər ötürülməlidir, onları bütün tədris ili ərzində gərgin saxlamaq lazım deyil. Qoy hər şagird özünü ifadə etmək imkanları qazansın. Məktəblərdə forma qayğısındansa, müxtəlif bacarıqların öyrədilməsi əsas sayılmalıdır. Azərbaycan təhsilində çox şeyə yanaşma dəyişməlidir. Formaya da, tədris proqramına da, şagird-məktəb münasibətlərinə də. Formanın özünü dəyişmək indi çox məntiqsiz görünür.
 
 

 


Ardını oxu...
Rəsmi Ankara 1 milyon ton Rusiya taxılının Afrika ölkələrinə çatdırılması üçün Moskva ilə birgə çalışmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ehtiyacı olan Afrika ölkələrinə daha çox taxıl göndərilməlidir”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan qeyd edib ki, rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra Afrika ölkələrinə bir milyon ton taxılın tədarükü planlaşdırılır.

Dövlət başçısı Putinə bu həcmin daha da artırılmasını təklif edib.
 
Ardını oxu...
2023-cü ilin avqust ayında qlobal avtomobil bazarında yeni avtomobillərin satışı 9,6% artıb.

Bu barədə “Avtostat” LMC Automotive konsaltinq şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Yayın son ayında ümumilikdə 7 milyon 302 min avtomobil satılıb.

Avqustda Çin 2 milyon 520 min avtomobillə (2022-ci illə müqayisədə +5,2%) satışlarda birinci yeri tutub. İkinci yerdə 1 milyon 330 min avtomobil satılan ABŞ qərarlaşıb ki, bu da bir il əvvəllə müqayisədə 17,1% çoxdur.

Qərbi Avropa ölkələrində avqustda 889,6 min avtomobil satılıb (+18,7%). Şərqi Avropada avtomobil satışı 31,9% artaraq 290,4 min ədəd təşkil edib. Cənubi Amerikada avqustda 233,5 min avtomobil satılıb ki, bu da 2002-ci ilin eyni ayı ilə müqayisədə 1,3% çoxdur. Dünyanın ən böyük avtomobil bazarları arasında həmçinin Yaponiya (337,4 min ədəd, + 17,2%), Kanada (148,6 min ədəd, + 10,8%) və Koreya (128,3 min ədəd, - 0,7%) var.

Ümumilikdə, 2023-cü ilin yanvar-avqust aylarında qlobal avtomobil bazarında 57 milyon 495 min avtomobil satılıb (2022-ci illə müqayisədə +10,3%).

Rusiyada təkcə avqust ayında 110 min yeni avtomobil satılıb.
Ardını oxu...
Dünyada neft emalı zavodları kifayət qədər dizel istehsal edə bilmir.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bu, yeni devalvasiya cəbhəsi açır və iqtisadiyyatı həm sənayeni, həm də nəqliyyatı gücləndirən yanacaqdan məhrum edir.

Bildirilir ki, dizel qiymətləri artır. Həm ABŞ-da, həm də Avropada artım müşahidə olunub.

Nəşr yazır ki, Səudiyyə Ərəbistanı və Rusiya dizellə zəngin olan xam neftin istehsalını dayandırıb. Sentyabrın 5-də OPEC+ blokunun liderləri olan iki ölkə məhdudiyyətləri ilin sonuna qədər, adətən yanacağa tələbatın artdığı dövrə qədər uzadacaqlarını açıqlayıblar.

Qiymətlərin daha da bahalaşacağı istisna olunmur.

Ardını oxu...
DİN Daxili Qoşunlar Baş İdarəsi "2023-cü il üçün kazarma, mebel inventarlarının və onların təmirinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, qalib "Qardaşlar Mebel" MMC (VÖEN: 1003718621) şirkəti olub.

Qalib şirkətlə 546 579 manat məbləğində müqavilə imzalanıb.
Ardını oxu...
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir və kommunal-kommunikasiya işləri ilə növbəti yekun vurub.

DİA.AZ xəbər verir ki, qalib “S.H. İnşaat Xidməti” MMC (VÖEN: 1302481541) olub.

Şirkətlə 5 milyon 681 min 669 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə respublika üzrə bir sıra təhsil müəssisələrinin təmir və kommunal-kommunikasiya işlərinin satınalınması nəzərdə tutulur.
 

Ardını oxu...
Göyçay Rayon İcra Hakimiyyətinin "2023-cü ildə “Göyçay şəhərində küçələrin,səkilərin və yolların əsaslı təmiri işləri”nin satınalınması" ilə bağlı elan etdiyo temder başa çatıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "ATF" MMC olub. Tərəflər arasında 670.659,84 AZN-lik müqaviləyə imza atılacaq.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan ATF MMC-nin qanuni təmsilçisi TƏBRİZ MURADOV ƏZİM oğludur.

Xatırladaq ki, ötən il də Göyçay şəhərində küçələrin, dalanların, səkilərin və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tender elan edib. 673.320,744 AZN-lil bu tenderin də qalibi ATF MMC olub.
 
Ardını oxu...
Cinin iqtisadi tənəzzülü dünya və özü üçün nə vəd edir?
Son 20 il ərzində Çin elə sürətlə inkişaf edir və zənginləşirdi ki, hamıya aydın idi – bu gün-sabah
ABŞ-a, dünyanın ən zəngin və nüfuzlu dövlətinə çatacaq və hətta onu ötəcək. Amma son üç ildə
Çin kəskin tormozlayıb və məsələ aktuallığını itirib. Niyə belə alındı?
Bu yay Qərbdəki ekspertlər və siyasətçilər öləziyən Çinlə necə yaşamaq və Çin iqtisadiyyatının
böhranının qalan dünyaya təsiri haqda danışmağa başladılar.
Qocalan Çin Amerika üçün iqtisadi təhlükədən siyasi və hərbi təhlükəyə çevrilir. Asiyalı qonşuları
üçün qərb biznesini və sərmayəsini cəlb etmək fürsəti yaranır. Rusiya üçün isə Çin möcüzəsinin
çöküşü özünün əsas məhsulundan – enerji daşıyıcılarından gələn qazancın azalması deməkdir.
Asiyanın uçan əjdahası nədən sürünən soxulcana çevrildi? Çin həqiqətən tənəzzülə
məhkumdurmu, yoxsa kompartiya istəsə, səbir və zəhmət hər şeyin öhdəsindən gələr?
Axı nə baş verib
Qısa desək, Çin iqtisadiyyatının əsas mühərriki – daşınmaz əmlak bazarı – taqqıldamağa
başladı. Amma bu, daha dərin xəstəliyin simptomudur, səbəbi isə demoqrafiyada və başlıcası,
Kommunist partiyasının və onun lideri Si Tsinpinin rəhbər və yönləndirici roluna etimad
böhranındadır.

Yoxsul Çin də Rusiya kimi 1990-cı illərdə bazar iqtisadiyyatına keçəndən və Qərbə açılandan
sonra varlandı. İqtisadiyyat ildə 10-15% inkişaf edirdi, amma inkişaf, sənayeləşmə və
urbanizasiya özünü tükətdi və Si zamanı iqtisadiyyat iki dəfə ləng – ildə 5-7% artdı.
Ötən il isə cəmi 3% artıb, 2023-cü ilin ikinci rübündə inkişaf 3 faizi zor-bəla aşıb. Ümumən il
üçün göstərici 5% olsa, şükürlü olacaq, baxmayaraq ki, Çinin total lokdaunda keçirdiyi 2022-ci
ilin müqayisə bazası çox aşağıdır.
Analitiklər bir səslə deyirlər ki, Çindəki böhran iqtisadi yox, siyasidir.
Ona görə baş verdi ki, kommunist lider Si Tsinpin hakimiyyətini möhkəmləndirdi və
yenidənqurmaya başladı. O, ixracın sürətli artımına və borc pullara investisiyaya əsaslanan
əvvəlki artım modeli əvəzinə Qərbdəki kimi istehlaka söykənən iqtisadiyyat qurmaq istəyir.
Kefinin istəməyinə görə yox. Artımın əvvəlki mənbələri sadəcə tükənmədi, indi onlar həm də
iqtisadiyyatı dibə çəkirlər.
“Bu, struktur yavaşlamasıdır. 2008-2016-cı ildə artımı təmin edən mühərriklər indi səs edir. Çin
iqtisadiyyatının 25 faizi daşınmaz əmlak sektorunun payına düşürdü. Bu sektordakı tənəzzül
ümumən artım yavaşlamasının əsas səbəbidir”, – Amerika strateji və beynəlxalq tədqiqatlar
mərkəzindən (CSİS) Loqan Rayt deyir.
Niyə çinlilər daha ev almırlar
Birincisi, onların gəlirləri daha əvvəlki kimi artmır. İkincisi, evlər ucuzlaşır. Üçüncüsü də, gələcəyə
inanmırlar. Amma bu barədə bir qədər sonra, indi mənzildən danışaq.
Çinli üçün mənzil gələcəyə pul qoyuluşudur. Partiya banklarda depozit faizini həmişə sıxıb,
sosial dəstək isə inkişaf etməyib. Buna görə də çinlilər ənənəvi olaraq “qara gün” üçün pul
ayırırlar, onu da çox vaxt daşınmaz əmlaka qoyurlar.
Əmanət obyekti olmaqdan əlavə, mənzillər öz funksiyalarını da yerinə yetirirdilər – insanlar bir
yerdə yaşamalıdırlar.
İndi bu faktorlar yoxdur. Developerlərin problemləri və düşən qiymətlər üzündən daşınmaz
əmlak əmanət obyekti kimi cəlbediciliyini itirib. Urbanizasiya praktiki yox olub, əhali artımı da
dayanıb.
“Qorxuram ki, evlərə fundamental tələbat demoqrafiya üzündən sarsılıb, – Amerikanın
Beynəlxalq münasibətlər şurasından (Council on Foreign Relations) Zoi Lyu deyir. –
Urbanizasiyanın piki geridə qaldı, bağlanan nikahların sayı isə 2013-cü ildən azalır”.
Tikmək də alınmır. Qabaqlar developerlər kredit götürürdülər, torpaq alırdılar, fundament
qazırdılar, hələ tikilməyən mənzilləri əhaliyə satırdılar. Əldə etdikləri pulla isə yox, binanı
tikmirdilər, yeni torpaq alırdılar, yeni kredit üçün girov qoyurdular, fundament qazırdılar… belə
davam edirdi.

Müəyyən məqamda köpük şişdi və kompartiya müdaxilə etdi, tənzimləməni sərtləşdirdi, indi
daşınmaz əmlaka bütün investisiya – insanların bünövrə mərhələsində aldıqlarının tikilib başa
çatdırılmasıdır.
İndi heç kim bünövrə qazmır. Daşınmaz əmlak sektorunda fəallıq 2021-ci ilin ortalarından bəri
iki dəfədən çox azalıb.
“Bu da sizə Çində investisiyaların azalmasının əsas amili, – Loqan Rayt deyir. – Çin
iqtisadiyyatının artımı üçün daşınmaz əmlak sektorunu əvəz edəcək başqa mənbə tapılmadı.
Onun son iki ildə kəskin azalması bununla izah olunur. 2008-09 dünya maliyyə böhranından
sonra Çinin inkişafını təmin edən səbəblər ən azı yaxın 10 il üçün tükəndilər”.
Əgər investisiyaların ixtisarı qaçılmazdırsa, Çin hakimiyyəti onu iqtisadi artımın digər iki
komponenti – istehlak və ixrac – hesabına kompensasiya etməlidir.
Amma bununla bağlı çətinlik var. Səbəbi aşağıda.
Çinlilər niyə ruhdan düşüblər
İnsanları pul xərcləməyə sövq etmək – Çin kompartiyasının əsas vəzifəsi budur. Amma uğurlar
ciddi deyil.
İşsizlik artır, daşınmaz əmlak ucuzlaşır, istehlak qiymətləri enir. Belə şəraitdə çinlilər xərcləməyə
deyil, borcları ödəməyə və pul yığmağa üstünlük verirlər.
Ən əsası isə – onlar gələcəyə və kompartiyanın bütöv bir nəslin alışdığı fasiləsiz rifah artımını
təmin etmək qabiliyyətinə daha az inanırlar. Partiya və Sinin nə etmək lazım olduğunu dəqiq
bildiklərinə inamı əvvəlcə sərt lokdaun, sonra da etirazlar nəticəsində ondan birdən imtina
sarsıtdı. Paralel olaraq Si “ümumi çiçəklənmə” naminə milyarder və aktrisalara kəc baxdı, sonra
fikrini dəyişdi. Bütün bu zaman ərzində də Qərblə konflikt gücləndi, bu da əhalidə Tayvan
uğrunda müharibə gözləntisi yaratdı.
“Çində ünsiyyətdə olduğum bir çoxları ölkənin gələcəyi və öz perspektivləri haqqında olduqca
inamsız danışırlar”, – son bir ildə üç dəfə Çində səfərdə olan Skott Kennedi (CSİS) öz
təəssüratlarını bölüşür.
“İnsanlar getdikcə daha az xərcləyir, çox yığırlar. Özü də mənə elə gəldi ki, məsələ daşınmaz
əmlak bazarında köpüyün partlamasında deyil. Səbəb ölkənin qeyri-düzgün istiqamətdə getməsi
hissindən doğan ümumi etimadsızlıqdadır”.
Nəticədə çinlilər arasında yeni Cek Ma olmaq və hakimiyyətin qəzəbinə tuş gəlmək istəyənlər
getdikcə azalır.
“Yırtıcı instinkt boğulub, gəncləri apatiya bürüyüb”, – Zoi Lyu problemin kökünü belə təsvir edir.

Çinlilərin gələcəyə inamını necə qaytarmalı
“Siqnal lap yuxarıdan, Si Tsinpindən gəlməlidir. İslahatlara sadiqlik siqnalı. Hakimiyyətin
mərkəzləşdirilməsi hamını səsdən məhrum edib”, – Loqan Rayt deyir.
“Əlbəttə, Çin hakimiyyəti borcları və demoqrafiyanı qaydaya salmalıdır, amma əsas problem
başqadır, – onun həmkarı Skott Kennedi bu siqnalın məzmununu təsvir edir. – Yeni birləşdirici
hədəf tapılmalı və əhali ardınca aparılmalıdır. Qərblə münasibətlərdə gərginlik azaldılmalıdır.
Ölkəni bacarıqla idarə edə bildiklərini də sübut etməlidirlər”.
Hətta bu halda da yeni iqtisadi yüksəlişə təminat yoxdur, amma əhalinin gələcəyə inamı qismən
də olsa bərpa edilər və istehlak canlanar, Kennedi deyir.
Zoi Lyu hesab edir ki. bunun üçün Si kursunu dəyişməlidir. “Şəffaflığa qayıdış və islahatlar vədi
məni inandırardı. Tyananmen meydanındakı hadisələrdən sonra Den Syaopinin etdiyi kimi bir
şey”, – Lyu 1989-cu ildə Pekinin mərkəzi meydanında demokratik islahatlar uğrunda çıxışların
qanlı yatırılmasından sonra Çinin iqtisadi möcüzəsinin doğuluşunu xatırlayır.
Hər şey çox da pis deyil. Həm Çin, həm dünya üçün
Demək olar, bütün ekspertlər xəbərdarlıq edirlər ki, hətta artım əvvəlki olmasa belə, Çini
hesabdan silmək tezdir.
“Şübhə yoxdur ki, pik arxada qaldı, onlar heç vaxt 8-9% artıma qayıtmayacaqlar, buna mane olan
struktur problemlər var, – ABŞ-ın Peterson dünya iqtisadiyyatı institutundan (Peterson Institute
for International Economics) Nik Lardi deyir. – Amma əminəm ki, geriləmə də başa çatıb.
Görünür, Çin dönüş dövrünü yaşayır. Bundan sonra artım azalmayacaq, sürətlənəcək və yaxın
illərdə indiki 3 faizdən xeyli yüksək olacaq”.
Maaşlar artır, gerçək qazanclar illik ifadədə 5-7% çoxalır. Əmanətlər isə əksinə, azalır.

“Əlbəttə, istehlakçı etimadı ilə bağlı problemlər var, amma gəlirlər bu sürətlə artmaqda davam
etsə, istehlak da istənilən halda yüksələcək”, – Nik Lardi əmindir.
İqtisadiyyatın digər iki mühərrikinin – investisiya və ixrac – sürətlənməsinə bel bağlamaq hələ
mümkün deyil.
Çin 2000-ci illərin sonlarından ixracda dünya lideri olaraq qalır, amma ixracın ÜDM-də çəkisi
azalır. Əgər 15 il əvvəl iqtisadi fəallığın 1/3-ni təşkil edirdisə, indi yalnız 1/5-dir, Zoi Lyu xatırladır.
İnvestisiyalarla bağlı da çətinliklər var. Dövlət qoyuluşları regionların nəhəng borcları və mərkəzi
hakimiyyətin 2008-09 maliyyə böhranından sonrakı böyük miqyaslı stimullaşdırmanı təkrar
etmək istəməməsi ilə məhdudlaşır. Bütün qoyuluşların 54 faizini təşkil edən özəl investisiyları
isə təkcə haytek-biznesə və özəl təhsilə qarşı keçmiş repressiyalar deyil, Çinin xarici
biznesmenlər və maliyyəçilər üçün investisiya cazibədarlığını itirməsi də durdurur.
Loqan Rayt hesab edir ki, bu, Qərb, ilk növbədə ABŞ üçün yaxşı xəbərdir: “ABŞ-da Çinin onları
ÜDM üzrə keçə biləcəyinə görə daha narahat deyillər. İndi Ştatlar Çinlə münasibətlərdə diqqəti
milli təhlükəsizlik aspektinə cəmləyə bilərlər”.
Qərb Çindəki yavaşlamanın bütün dünyaya təsir edəcəyindən və yeni böhran yaradacağından
əndişə keçirməyə bilər, Nik Lardi deyir. “Hə, Çin dünya iqtisadi artımının təxminən 30-35 faizini
təmin edir. Amma o, ümumən dünya iqtisadiyyatından daha çox ayrı-ayrı ölkələr və bazarlar
üçün mühümdür”.
Çinin süst artımı, məsələn, Almaniyaya, Çinin əsas Avropa partnyoruna ziyan vurur. Ukraynaya
təcavüzdən sonra Qərb bazarını itirən Rusiya iqtisadiyyatının ixracından asılı olduğu enerji
daşıyıcılarının bazarında da qiyməti aşağı salır.
Bundan əlavə, Çinin də öz cokerləri var. O, iqtisadi artımın xarab mühərriklərini təmin etmədən
yenilərini işə salmağa ümid edir.
Çin yeni enerjini fəal inkişaf etdirir, elektromobil istehsalında çoxdan dünya liderliyini əldə edib
və yeni yaranan süni intellekt tətbiqi sahəsində Qərblə rəqabəti qazanmaq niyyətindədir.
“Yaddan çıxarmayaq ki, Çin ciddi iqtisadi problemlərlə ilk dəfə üzləşmir. Hər dəfə də onların
öhdəsindən gəlməyi bacarıb, – CSİS-dən Kler Rid deyir. – İqtisadi artımın rekord templəri arxada
qalsa da, Çinin bu dəfə də böhrandan çıxış tapmaq bacarığını nəzərə almamaq olmaz”.
Hazırladı: Yadigar Sadıqlı
pressklub
 

Dünyapress TV

Xəbər lenti