Ardını oxu...
"Fabet"in (VÖEN: 2905055771) 177 min 757 manat vergi borcu olduğu məlum olub.

FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Bu məbləğ bir gün əvvəlki tarixə aid olan göstəricidir.

Qeyd edək ki, şirkət 31 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb, 5 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Novruz Babayev Gülağa oğludur.

Hüquqi ünvanı AZ5000, SUMQAYIT ŞƏHƏRİ, MƏH 21, ev 36/37, m. 3 ünvanıdır.
 
Ardını oxu...
Azərbaycanda banklardan kredit götürə bilməyən şəxslərin üz tutduqları maliyyə strukturlarından biri də Bank Olmayan Kredit Təşkilatlarıdır. Hazırda “Azpulmat” və “Manato” bir çoxunun müraciət etdiyi kredit təşkilatları sırasındadır. Ənənəvi banklardan fərqli olaraq, bu maliyyə strukturları daha çevik və sürətli kredit rəsmiləşdirməsi həyata keçirir. Belə ki, müraciət edən şəxs çox az müddətdə Asan imza ilə rahat şəkildə kredit götürür. BOKT-lar hətta riskli müştərilərə belə kredit verilməsinə məhdudiyyət qoymurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Əvəllər BOKT-ların kredit vermə limiti 1700 manata qədər idisə, indi bu məbləğ Mərkəzi Bankın qərarı ilə 500 manata endirilib.

Qərara görə, gündəlik faiz dərəcəsi maksimum 0,3 % olmalı, qaytarılma müddəti maksimum 45 gündür. Gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir.

Beləliklə, şəxs əgər “Azpulmat”dan 500 manat kredit götürürsə, ona görə 220 manat faiz borcu ödəyir. “Manato” da isə 500 manat kreditə görə 125 manat faiz ödənilir. Əvvəllər şəxslər müddət tamam olduqda əsas borcu ödəyə bilmirdilərsə, faizi ödəyib vaxtı uzada bilirdilər. İndi isə 45 gün tamam olduqda həm əsas borcu, həm də faizi ödəməlisən. Şəxs borcunu ödədikdən 3 gün sonra yenidən kredit götürə bilər. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvar ayında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manatdır.

Lakin BOKT-ların qoyduğu faizlər yüksək olduğu üçün müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin banklar bu müştəriləri qəbul etməyə meyilli deyillər. Belə olan halda vəziyyətdən çıxış yolları nədədir?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında deyib ki, BOKT-ların kredit faizi çox yüksəkdir və vətəndaşlar bu faizləri ödəməkdə çətinlik çəkirlər:

“Vətəndaş gedib BOKT-a müraciət edirsə, bunun iki səbəbi var. Şəxsin çox pis kredit tarixçəsi var, bundan öncə banklardan götürdüyü kreditləri qaytara bilməyib, problemlər yaşanıb və qara siyahıya düşüb. Buna görə də pul lazım olanda artıq banklara müraciət etmir. Yaxud da vətəndaşa təcili pul lazımdır. Bu zaman BOKT-lara müraciət edirlər. Çünki onların şərtləri daha yumşaq, faizləri isə daha yüksəkdir. Banklar isə bu riskləri öz üzərinə götürmək istəmir. Şəxsin problemli krediti olubsa, əlbəttə ki, ona yenidən kredit verməyə meylli olmayacaq. Buna görə də bankların bu cür təşkilatların müştərilərini qəbul etməməsi anlaşılandır. Bu səbəbdən BOKT-larla bağlı nəzarətedici qərarların qəbul edilməsinə daha çox ehtiyac var. Vətəndaşın vəziyyətindən sui-istifadə edib BOKT-lar daha yüksək faizlə vətəndaşı yükləyirlər. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.

BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur.

Bu təşkilatlar bilir ki, əhalinin onlara ehtiyacı var. Nə qədər insan var ki, bankda qara siyahıda adı var. Onlara banklarda kredit pul verilmir. Belə insanların baş vura biləcəyi yeganə ünvan BOKT-lar və sələmçilərdir. Bu təşkilatlarda 20 faizdən aşağı kredit verilmir. Deməli, insanlar məcburiyyətdən oraya müraciət edirlər”.

Ekspertlərin sözlərinə görə, BOKT-ların maliyyə imkanları banklarla müqayisədə məhduddur: “Banklar isə maliyyə imkanları sayəsində nisbətən aşağı faizlə daha böyük həcmdə kredit verə bilirlər. Buna həmçinin bankların böyük miqdarda depozit toplaya bilməsi də təsir edir. Mərkəzi Bankın tələblərindən biri də odur ki, banklar kredit verərkən riskləri minimuma endirsinlər. Bu səbəbdən də onlar riskli müştərilərdən ehtiyat edirlər. BOKT-lar isə riskləri bilə-bilə kredit verirlər”.

Musavat.com
 

Ardını oxu...
"Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir".

"DogruXeber.az" xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, “Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir:

"2025-ci ilin yanvar ayından minimum əmək haqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüdün məbləği də artırılıb. Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaud artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.

Digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq".
Ardını oxu...
 

Bazarlarda yerli məhsullardan çox xaricdən gətirilənlər boldur, qiyməti də yerli məhsulla müqayisədə daha ucuzdur.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, yerli şabalıdın kiloqramı 15-17 manat, ölkəyə Çindən gətirilən şabalıdın qiyməti isə 8-9 manat arasında dəyişir. Özbəkistandan gətirilən qabıqlı qozun kiloqramı 7 manat, fındığın qiyməti isə 6 manat, yerli məhsullardan qabıqlı qoz 10-12 manat, fındıq 9-10 manatdan təklif olunur. Badam 4.80, yapan qozu isə 9-manatdan təklif edilir.

Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.

Satıcılar yerli məhsullların qıt olduğunu əsas gətirərək qiymətin baha olduğunu deyir:

Onlar deyir ki, ləpənin qiyməti baha olsa da hazırda ona tələbat da çoxdur:

İqtisadçılar isə hesab edir ki, 2024-cü ildə də məhsuldarlıq aşağı düşüb və hava şəraiti ilə bağlı bəzi məhsulları dolu vurub. Məhsulun qıtlaşması qiymətinə də öz təsirini göstərib.

Daha ətraflı videomaterialı təqdim edirik.

 
 
 
Ardını oxu...
Murmansk gömrüyü Rusiyanın Arxangelsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti ilə birlikdə geniş miqyasda strateji əhəmiyyətli resursların qanunsuz ixracının qarşısını alıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, müəyyən edilib ki, taxta-şalbanın topdansatış ticarəti şirkətinin direktoru olan Arxangelsk vilayətinin sakini lazımi sənədlər olmadan və LES EGAIS sisteminə məlumat daxil etmədən taxta alışını təşkil edib. Qanunsuz yolla əldə edilmiş xammaldan taxta-şalban hazırlanıb və saxta mənşə sənədləri ilə Azərbaycana ixrac edilib.

Nəticədə ümumi dəyəri 27,6 milyon rubldan çox (təxminən 527 min 187 manat) olan şam və ladin ağacları qanunsuz olaraq xaricə ixrac edilib. Murmansk Gömrük İdarəsi şirkətin direktoruna qarşı Cinayət Məcəlləsinin 226.1-ci (strateji əhəmiyyətli resursların gömrük sərhədindən qanunsuz keçirilməsi) maddəsi ilə cinayət işi açıb.
 
Ardını oxu...
2025-ci ilin ilk rübünə əsasən, bəzi avtomobil modellərində bahalaşma müşahidə olunur.

Lakin avtosalonlarda tamamilə əks-tendensiya özünü göstərir. Yayılan məlumata əsasən, hazırda avtosalonlarda maşınlarının əksəriyyətində gözəçarpan ucuzlaşma var.

Onlayn satış saytlarında avtosalonların avtomobil elanlarının sayı xeyli artıb. Bununla paralel olaraq, “Kia”, “Hyundai”, “Toyota” və bu kimi məşhur markaların bir çox modellərində ciddi ucuzlaşma müşahidə olunmaqdadır.

Realtorlar və satıcılar bunu müxtəlif səbəblərlə əlaqələndirir. Xarici ölkələrdə təşkil edilən hərraclardan sifariş olunan maşınların sayının artması, elektromobil və hibridlərə tələbatın yüksəlməsi avtosalonları qiymətləri endirməyə vadar edir.

Avtosalonların bir çoxu, maşınları müxtəlif kampaniyalar, ya da yüksək güzəştli kredit variantları ilə təklif edir. Alıcının əlində olan maşını müəyyən qiymətə almaqla, yerdə qalan ödənişin güzəştli kreditlə təşkil edilməsi də digər variantlardan biridir.

Avtomobil sahibi olmaq istəyən şəxslər üçün olduqca əlverişli fürsətdir. Xüsusən ilkin ödəniş üçün yetərincə maddi resursu olmayan vətəndaşlar yüksək bank kreditləri yerinə avtosalonların daxili kreditlərindən istifadə edə bilərlər.

Bəs ekspertlər avtoosalonlarda mövcud ucuzlaşmanın səbəbini nə ilə izah edir və bu davamlı olacaqmı?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a bildirib ki, adətən mart ayında bayramla əlaqədar olaraq müxtəlif şirkətlər endirimlər təklif edir:

“Bu da həmin endirimlərin bir hissəsidir ki, biz hazırda görürük. Ancaq ümumilikdə götürdükdə Azərbaycan avtomobil bazarında qiymətlər sabitdir. Nə kəskin yüsəlmə, nə də azalma var. Bu endirim kampaniyaları adətən mart ayının sonuna qədər olur.

Ola bilər ki, kimsə davam etdirsin, ancaq adətən bu kampaniyalar mart ayının sonuna qədər olur. Aprel-may aylarından başlayaraq avtomobillərə tələbat artır və bu zaman da qiymətlərdə dəyişiklik olur. Yəni qiymətlər azalmır, əksinə artır. Belə ki, 3-5 faiz civarında artım ola bilər”.
 
 
 
Ardını oxu...
İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən 110,8 milyard dollar azalaraq, 353,2 milyard dollara düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Məlumata görə, buna səbəb “Tesla” səhmlərinin dəyərinin azalması olub.
Belə ki, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda Tesla səhmləri 15% ucuzlaşıb, nəticədə Mask bir gündə 1,5 milyard dollar itirib.
“Forbes”in məlumatına görə, Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin “Tesla” elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır və əlavə olaraq istehsalda Kanadadan hissələrin idxalına arxalanır.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib, həmçinin Çindən gələn mallara rüsumları 10%-dən 20%-ə qaldırıb.
Qeyd edək ki, Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara daha yüksək tariflərin tətbiqi haqqında sərəncam imzalayıb. Çindən idxala 10%-lik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumlar isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay gecikdirilib.
11 dekabr 2024-cü ildə “Bloomberg” xəbər verib ki, Mask sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.
Keçən il dekabrın 17-də “Forbes” Maskın sərvətinin 464 milyard dollarla rekord vurduğunu qeyd edib.
Ardını oxu...
Ötən il Azərbaycana xarici ölkələrdən 139,5 milyon dollar dəyərində 24 min 507,5 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,7 manat) olub.
Qeyd edək ki, ötən ilin yanvar ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,5 manat olduğu halda, ilin sonunda – dekabr ayında 22,4 manata yüksəlib. Bu ilin yanvar ayında isə 22,6 manat olub.
Rəqəmlərdən də göründüyü kimi, kərə yağı marketlərdə ölkəyə gətirildiyi qiymətdən təxminən 2 dəfədən də baha satılır.
Məlumat üçün bildirək ki, qonşu ölkələrdə idxal kərə yağlarının qiyməti Azərbaycan ilə müqayisədə daha ucuz satılır.
Məsələn, hazırda Azərbaycanın aparıcı supermarketlərindən biri olan “Bravo”da Fransa istehsalı olan 200 qramlıq “President” kərə yağı 8,29 manata (4,9 dollar) satılır.
Eyni məhsul, yəni 200 qramlıq “President” kərə yağı Ermənistanın məşhur SAS supermarketində 4,3 dollara (1 690 dram), Gürcüstanın məşhur “Naturali” supermarketində isə 3 dollara (8,5 lari) satılır.
 
Ardını oxu...
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən sudan ödənişli əsaslarla istifadə tariflərinin diferensiallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

O qeyd edib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da sudan ödənişli istifadə ilə bağlı qaydaların mexanizminin diferrensiallaşdırılması hədəf olaraq müəyyən edilib: "Bu, o deməkdir ki, sudan az istifadə edən aşağı tariflə, çox istifadə isə yuxarı tariflə ödəniş edəcək. Məqsəd həm əhali, həm də qeyri-əhali sektorunun sudan qənaətlə istifadə etməsinin təşviqidir. Artıq qanun layihəsi hazırlanıb. Aidiyyəti orqanlarla razılaşdırıldıqdan sonra bununla bağlı qərar veriləcək".
Ardını oxu...
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi proqnozlaşdırır ki, 2025-ci ildə Azərbaycanın xarici borcu 6,6 milyard ABŞ dolları təşkil edəcək.

İndex.az agentliyə istinadən xəbər verir ki, uzunmüddətli dövr üçün hesablanan ölkənin xarici borcu 1,8 milyard ABŞ dolları, qısamüddətli borcu isə 4,8 milyard ABŞ dolları təşkil edəcək.

S&P-nin qiymətləndirmələrinə görə, 2025-ci ilin sonuna qlobal kommersiya dövlət borcunun həcmi 77 trilyon ABŞ dollarına çatacaq ki, bu da mütləq ifadədə rekord göstərici olacaq.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5,129 milyard ABŞ dolları (8,77 milyard manat) və ya ÜDM-in 6,9 %-ni, daxili dövlət borcu isə 18,7 milyard manat və ya ÜDM-in 14,8 %-ni təşkil edib. Ödəniş müddətinə görə xarici dövlət borcu belə bölünür: 49 %-i 5 il ərzində, 44,9 %-i 5-10 il ərzində, 6,1 %-i isə 10 ildən çox müddətdə qaytarılmalıdır.

Kreditorlar üzrə xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarına, 27 %-i xarici bazarlarda yerləşdirilmiş avroistiqrazlara, 9,7 %-i ikitərəfli maliyyə institutlarının kreditlərinə aiddir. Ən böyük kreditor Asiya İnkişaf Bankıdır (35,1 %), sonra avroistiqrazlar (27 %) və Dünya Bankı (15,8 %) gəlir.
 

Dünyapress TV

Xəbər lenti