Ardını oxu...
Bu günlərdə bazarda balıq alıcıları ilə satıcıları arasında bir çox müzakirələrə səbəb olan mövzu balıqların azlığı və qiymət artımlarıdır. Hər il olduğu kimi balıq mövsümü gəlib çatsa da, bəzi balıqların mövcudluğu məhdudlaşmış vəziyyətdədir. Ən çox rastlaşılan farel, sazan və beluqa balıqları olsa da, bazarda alıcıların ümid etdiyi kütüm, vobla və ilan balığı tapmaq çox çətindir. Satıcılar, ilan balığının xüsusilə azaldığını və artıq tək-tək satıldığını bildirirlər. Bu isə balıq sevərlərin narahatlığını artırır, çünki qiymətlər yüksəlmiş, sevdikləri balıqları almaq isə daha çətinləşib.

Bəs Xəzərin balıqları niyə yoxa çıxıb?

Milli.Az xəbər verir ki, ekoloqların sözlərinə görə, son 50 ildə ölkəmizdə balıq istehsalı kifayət qədər azalıb.

Ekoloq Rövşən Abbasov qeyd edir ki, çaylarımızdakı suyun azalması, Xəzər dənizinin iqlim dəyişikliklərinin təsiri ilə dayazlaşması və qonşu ölkələrdən, xüsusilə Rusiyadan gələn çayların ciddi şəkildə çirklənməsi bu çayların kürü tökmək üçün uyğun olmaması kimi amillər Xəzər balıqçılığına böyük zərər vurub.O, əlavə edir ki, son 20 ildə Xəzər dənizində nərə balığının istehsalı demək olar ki, kvota ilə məhdudlaşıb. Balıqçılığın inkişafı məqsədilə bir sıra tədbirlər görülüb, xüsusən süni balıq yetişdirmə məntəqələrinin açılması buna nümunədir. Bu məntəqələrdə yetişdirilən çömçəquyruqların ilkin dövrlərində Xəzər dənizinə və oraya axan çaylara, xüsusilə Kür çayının aşağı hissələrinə buraxıldığı bildirilir.

Qeyd edək ki, balıqların kürüləmə dövründə ovlanması bəzi növlərin məhv olmasına səbəb ola bilər. Mütəxəssislər Xəzər dənizinin biomüxtəlifliyinin və ekosisteminin qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirirlər.
 
Ardını oxu...
Rusiya neftinin “Drujba” kəməri ilə Çexiyaya axını dayanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Çexiyanın “Dennik N” nəşri ölkə hakimiyyətinə istinadən məlumat yayıb.

“Rusiyanın “Drujba” neft kəmərindən neftin Çexiyaya axını yenidən dayanıb”, – deyə sənaye və ticarət naziri Lukaş Vlçek xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, Çexiya firmaları və ev təsərrüfatlarını qıtlıq təhlükəsi gözləmir.

Qeyd olunur ki, Çexiya idxal olunan neftin ümumi həcminin 58%-ni məhz bu kəmərlə alırdı.” Drujba” vasitəsilə Çexiyaya neft tədarükü sonuncu dəfə 2024-cü ilin dekabrında dayanmışdı – o zaman ölkə hakimiyyəti bunun müəyyən “inzibati səbəblər”lə bağlı olduğunu iddia etmişdi.

Yanvarda Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov demişdi ki, Çexiya Rusiya Federasiyasından neft tədarükündən imtina edərsə, bu, onun üçün iqtisadi cəhətdən sərfəli olmayacaq.
 
 
 
Ardını oxu...
Son dövrlərdə xüsusilə “Azpulmat” və “Manato” kimi geniş müştəri bazasına malik BOKT-larla bağlı narazılıqlar artmaqdadır. Yüksək faizlə kredit götürən müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin bankların bu müraciətləri qəbul etməməsi suallar yaradır: Kredit tarixçəsi təmiz olan və aylıq ödənişlərində problem yaşamayan BOKT müştəriləri banklar üçün hansı risklər doğurur?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda kredit portfeli baxımından banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında ciddi fərqlər mövcuddur. Ümumiyyətlə, kredit portfelinin böyük əksəriyyəti banklar tərəfindən təmin edilir. Təxminən 98%-i banklara, yalnız 2%-i isə BOKT-lərə aiddir:

“BOKT-lərin banklardan fərqli olaraq daha az kredit vermələrinin bir neçə səbəbi vardır. BOKT-lərin maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar, geniş sərmayə və maliyyə bazarına çıxış imkanları sayəsində daha yüksək həcmdə kredit verə bilirlər. Banklar həmçinin böyük miqdarda depozit toplaya bilirlər, bu da onların daha əlverişli faiz şərtləri ilə kredit verə bilmələrini təmin edir. Banklar üçün borc alma imkanları daha geniş olduğundan, daha aşağı faizlə kredit təklif edə bilirlər. Digər tərəfdən, BOKT-lər daha çox riskli müştərilərə kredit verməyə meyllidirlər. Banklar isə kredit verərkən daha sərt tələblərlə hərəkət edirlər: rəsmi gəlir, kredit öhdəliklərinə nisbət və digər requlyativ tələblər banklar üçün vacibdir. Mərkəzi Bankın tələbləri banklara kredit verərkən riskləri minimuma endirməyə imkan verir. Buna görə də, banklar daha az riskli müştərilərə yönəlir və rəsmi gəliri olmayan, öhdəliklərini yaxşı idarə edə bilməyən şəxslərə kredit vermirlər. BOKT-lər isə bu sərt tələblərə tabe deyillər və banklardan kredit ala bilməyən şəxslərə daha çox kredit verirlər. Bu isə onların kredit portfellərinin daha riskli olduğunu göstərir. BOKT-lər, iqtisadiyyatın kiçik bir hissəsini təşkil etdikləri üçün, tənzimləyici orqanlar tərəfindən daha az sərt qaydalarla fəaliyyət göstərirlər və buna görə də riskləri özləri idarə etməli olurlar”.

İqtisadçının fikirincə, BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə resurslarının məhdud olması və sərt tənzimləmə olmadığından qaynaqlanır. Buna baxmayaraq, bu təşkilatlar hələ də banklar üçün əlverişsiz vəziyyətdə olan müştərilərə kredit verirlər:
“Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə banklar arasında əsas fərq müştəri seçimində və risklərin idarə edilməsində ortaya çıxır. Banklar kredit verərkən daha çox rəsmi gəliri olan, borc öhdəliklərini vaxtında yerinə yetirən və kredit tarixçəsi təmiz olan şəxsləri seçirlər. Onlar üçün əsas risk, verilmiş kreditin vaxtında və faizlərlə birlikdə geri qaytarılmamasıdır. Banklar humanitar qurum deyillər – onların əsas işi kapitalı dövriyyəyə buraxıb faizlə geri qaytarmaqdır. BOKT-lər isə daha fərqli yanaşma tətbiq edirlər. Onlar bankdan kredit ala bilməyən şəxslərə kredit təklif edirlər. Müştərinin rəsmi gəliri olmasa belə, qeyri-rəsmi gəlirlərinin olub-olmamasını araşdıraraq kredit verə bilirlər. Lakin bu müştərilər bankların standartlarına cavab vermədiyi üçün daha riskli hesab olunurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Bu, onların risklərini kompensasiya etməsi üçün tətbiq olunan mexanizmdir. BOKT-lər hər bir müştərini ayrıca qiymətləndirir və fərqli üsullarla onların ödəmə qabiliyyətini analiz edir. Bununla belə, banklar üçün etibarlı müştərilər – rəsmi gəliri olan, öhdəliklərini vaxtında icra edən şəxslər – qızıl dəyərindədir. Onlar belə müştəriləri “göydə çıraqla axtarırlar”, çünki əsas məqsədləri verdikləri kreditlərin vaxtında geri qaytarılmasını təmin etməkdir. Bütün bu səbəblərdən, banklar riskli müştərilərə kredit verməkdən çəkinir, çünki bu, onlara əlavə problemlər yarada bilər. Bu sistemin nəticəsi isə odur ki, kredit ala bilməyənlər BOKT-lərə, daha da çarəsiz qalanlar isə lombardlara və hətta qeyri-qanuni yollarla borc verən şəxslərə müraciət edirlər”.
X.Kərimli hesab edir ki, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə bağlı yaranan problemlərin bir hissəsi müştərilərin öhdəliklərini vaxtında yerinə yetirməməsidir:
“Banklar üçün əsas problem odur ki, müştəri vəsaiti vaxtında ödəmədikdə, bu, bankların kredit resurslarını idarə etməsini çətinləşdirir. Banklar pulu alır, depozitləri satır və kredit verirlər, amma bu prosesin vaxtında düzgün idarə olunması vacibdir. Əks halda, müştəri banka aktiv olaraq qayıtmalı və öhdəliklərini yerinə yetirməlidir. Əgər müştəri vaxtında borcunu qaytarmırsa, bankın məhkəmə yolu ilə və ya başqa yollarla tələbi təmin etməsi lazım olur ki, bu da əlavə maliyyə və vaxt yükü yaradır.BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə strategiyası və risklə bağlı məsələlərdən qaynaqlanır. BOKT-lər, banklar üçün riskli olan müştərilərə kredit verirlər, lakin banklar daha sərt tənzimləyici qaydalara tabe olduğundan, yalnız rəsmi gəliri olan və kredit tarixçəsi təmiz olan müştərilərə müraciət edirlər. Bu, bankların daha aşağı faizlə kredit vermələrinə imkan yaradır. BOKT-lər isə məhdud maliyyə imkanları ilə fəaliyyət göstərirlər, buna görə də onlar daha yüksək faizlə kredit verməyə məcbur olurlar.Vətəndaşların BOKT-dan banklara keçid etməsi çətindir, çünki BOKT-lərdə yüksək faizlə verilən kreditlər banklarda daha münasib şərtlərlə yenidən maliyyələşdirilə bilməz. Yalnız riskli olmayan müştərilər, yəni rəsmi gəliri olan, kredit tarixçəsi təmiz və öhdəlikləri uyğun olan şəxslər banklardan daha sərfəli şərtlərlə kredit ala bilərlər. Bu səbəbdən, müştərilər BOKT-dan daha aşağı faizlə banklara keçid etmək istəyərkən, yalnız çox sərt tələbləri ödəyənlər bu imkandan faydalana bilərlər”.
“Alternativ olaraq, BOKT-dən daha yüksək faizlə kredit verən lombardlar və qanunsuz sələmçilər kimi digər maliyyə strukturları da mövcuddur. Lakin bu yollar qanuni olmadığı üçün risklidir və müştərilərin hüquqi baxımdan qorunmamış vəziyyətə düşmələrinə səbəb ola bilər. Bu səbəbdən, BOKT-dən banklara keçid imkanı çətin və məhdud olduğu halda, müştərilər riskli maliyyə strukturlarına müraciət etməkdən çəkinməlidirlər.Bəli, banklara müraciət edə bilər, banklar onu rifah yenidən maliyyələşdirə bilər. Rifah nəsə eləyə bilər. Amma dediyim kimi, burada rəsmi gəlirlər olmalıdır. Kredit tarixçələri korlanmamalıdır və öhdəlikləri də gəlirlərə nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi həddə olmalıdır”,- deyə iqtisadçı Xalid Kərimli qeyd edib.
 
Ardını oxu...
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN – 1405235391) olub.
Agentlik qeyd olunan mallarının alınması üçün qalib şirkətə 62 milyon 146 min 514 manat vəsait ödəyəcək.
Məlumat üçün bildirək ki, “Agro Best” QSC 20 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Anar Əlif oğludur.
Qeyd edək ki, “Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub:
07.05.2021-ci il tarixində – 40 milyon 399 min 280 manat;
27.04.2022-ci il tarixində – 65 milyon 987 min 525 manat;
20.12.2022-ci il tarixində – 4 milyon 140 min 900 manat;
16.03.2023-cü il tarixində – 73 milyon 574 min 800 manat;
09.10.2023-cü il tarixində – 7 milyon 44 min 690 manat;
14.05.2024-cü il tarixində – 66 milyon 854 min 876 manat;
24.10.2024-cü il tarixində – 175 min 538 manat 88 qəpik.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.
 
 
 
Ardını oxu...
"VTB Bank Azərbaycan”ın 2024-cü ildə Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərin həcmi 60 milyon 972 min manat təşkil edib.

Valyuta.az bankın hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 15,7% və ya 8 milyon 313 min manat çoxdur.

2023-cü ildə "VTB Bank Azərbaycan”ın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklərinin həcmi 52 milyon 659 min manat olub.

Bununla yanaşı, bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 19 milyon 262 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 63,3% və ya 7 milyon 467 min manat çoxdur.

2023-cü ildə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 11 milyon 795 min manat təşkil edib.

Xatırladaq ki, "Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən "AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.
 
Ardını oxu...
Pulun düzgün idarə olunması maliyyə sabitliyini qorumaq və gələcək üçün daha yaxşı imkanlar yaratmaq baxımından vacibdir.

"DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, qənaət vərdişlərini inkişaf etdirmək isə həm gündəlik xərcləri azaltmağa, həm də gələcəkdə maliyyə problemlərinin qarşısını almağa kömək edir.

Mütəxəssislər pula qənaət etməyin 5 əsas qaydasını təqdim edir:

- Büdcə planı hazırlayın: Pulunuzu səmərəli idarə etmək üçün əvvəlcə gəlir və xərclərinizi dəqiq planlaşdırmalısınız. Bunun üçün aylıq gəlirinizi və xərclərinizi qeyd edin. Lazımsız xərcləri müəyyən edərək onları azaltmağa çalışın. Hər ay müəyyən məbləği qənaət üçün ayırın.

- Lazımsız xərclərdən çəkinin: Bəzən ehtiyacdan çox istəyə görə alış-veriş edirik. Gərəksiz xərclərdən qaçmaq üçün alış-verişdən əvvəl siyahı tərtib edin və ona əməl edin. Endirimlərə aldanaraq ehtiyacınız olmayan məhsulları almayın. Brend məhsullar əvəzinə daha münasib alternativlərə üstünlük verin.

- Qənaət üçün avtomatik sistem yaradın: Maliyyə planlamasını asanlaşdırmaq üçün qənaət sistemini avtomatlaşdırın. Bank hesabınızda avtomatik qənaət funksiyasını aktiv edin. Hər ay gəlirinizin müəyyən faizini (məsələn, 10-20%) ayrı hesaba köçürün. Pulunuzun ehtiyac olmadan xərclənməməsi üçün onu uzunmüddətli depozit hesablarında saxlayın.

- Endirim və kampaniyalardan istifadə edin: Ağıllı alış-veriş edərək daha çox qənaət etmək mümkündür. Müxtəlif marketlərdə qiymətləri müqayisə edin. Aylıq ehtiyaclarınızı toplu şəkildə alaraq qənaət edin. Kart bonusları və cashback xidmətlərindən yararlanın.

- Gəlirinizi artırmağı düşünün: Təkcə qənaət etməklə deyil, həm də gəlirinizi artıraraq maliyyə vəziyyətinizi yaxşılaşdıra bilərsiniz.

Yeni bacarıqlar öyrənərək əlavə qazanc mənbələri yaradın.

Sərmayə qoymaq və passiv gəlir əldə etmək üçün araşdırmalar aparın. İş imkanlarınızı genişləndirmək üçün müxtəlif layihələrdə iştirak edin.
Ardını oxu...
Böyük Britaniya Ukraynaya hərbi satınalmalar üçün əlavə 1,6 milyard funt-sterlinq və hava hücumundan müdafiə sistemləri üçün 5000-dən çox raket göndərəcək.

Bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən sammitdən sonra mətbuat konfransında bildirib.

Hökümət başçısı qeyd edib ki, bu proses Britaniyanın müdafiə sektorunda da yeni iş yerləri yaradacaq.
 
Ardını oxu...
"Ukrayna ilə nadir torpaq metalları üzrə saziş hazırda müzakirə olunmur".

Oxu.Az-ın xəbərinə görə, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ maliyyə naziri Skott Bessent deyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Ukrayna xalqları arasında sıx əlaqələrin olduğunu göstərmək üçün Ağ Evə gəlməli və razılaşmanı imzalamalı idi, lakin siyasətçi bunu "məhv etmək" qərarına gəlib.

Qeyd edək ki, razılaşmanın imzalanması Ağ Evdə Zelenski ilə Tramp arasında baş verən mübahisədən sonra baş tutmayıb.

Ukrayna lideri bundan sonra qeyd edib ki, baş verənlərə baxmayaraq, ABŞ ilə mineral ehtiyatların çıxarılması üzrə müqaviləni imzalamağa hazırdır. Siyasətçi ümid etdiyini bildirib ki, ABŞ sivil dünyanın liderlərindən olmaqla, Ukraynaya yardımını dayandırmayacaq. Bununla belə, dövlət başçısı yarana biləcək bütün çətinliklərə hazırd
Ardını oxu...
Türkiyənin tanınmış keramika və hamam avadanlıqları istehsalçılarından olan Seranit şirkəti Azərbaycanda logistika mərkəzi açıb.

Bu barədə Musavat.com-a “Seranit-Azərbaycan” MMC-nin rəhbəri Ufuk Polat məlumat verib. Onun sözlərinə görə, şirkətin məhsullarının ölkəmizdə satışı 10 ildən çox müddətdə həyata keçirilib.

U.Polat Azərbaycan bazarının imkanlarının böyük olduğunu bildirir: “Ötən il burada rəsmi təmsilçiliyimizi yaratdıq. Sahəsi 1600 kvadratmetr olan mağaza-sərgimizi açmışıq. Hazırda Azərbaycan üzərindən Orta Asiyaya ixrac imkanlarını araşdırırıq. Hesab edirəm ki, bu sahədə böyük potensial var”.

Seranit Azərbaycan-da hesab edirlər ki, şirkətin beynəlxalq bazarlarda genişlənmə strategiyasının tərkib hissəsi olan Bakı sərgi salonu təkcə məhsulların nümayiş olunduğu sahə olaraq deyil, həm də müştəri təcrübəsini təkmilləşdirən bir mərkəz mövqeyini daşıyır. Seranit sərgi salonunda Türkiyənin ilk və yeganə patentli innovativ məhsulu olan Aquanit Porcelain duş kafeli başda olmaqla, ən son keramika kolleksiyaları, hamam mebeli, santexnika, armatur və mətbəx dolabları kimi geniş çeşiddə məhsullar sərgi salonunda ziyarətçilərə təqdim edilir. Müasir dizaynı və istifadəçi üçün uyğun tərtibatı ilə diqqət çəkən salon Azərbaycanda memarlar, interyer dizaynerləri və inşaat sənayesinin peşəkarları üçün yeni görüş yerinə çevrilib: “Seranit olaraq Azərbaycan bazarının bizim üçün böyük strateji əhəmiyyəti var. Biz yerli işçi qüvvəsinə töhfə verməklə yanaşı, yeni sərgi salonumuzla Bakıda güclü təsisat yaratmaqdan məmnunuq. Bu investisiya bizə Azərbaycanda və ətraf ərazilərdə müştərilərimizə daha yaxın olmağa imkan verir. Seranit-in beynəlxalq bazarlarda inkişaf vizyonunun bir hissəsi olaraq, biz yerli dinamika və ehtiyacları nəzərə alaraq irəliləməyə davam edəcəyik."

U.Polatın verdiyi məlumata görə, ötən il Azərbaycanda şirkətin 1,5 milyon kvadratmetr məhsulu satılıb. O, bildirir ki, Azərbaycandan sonra bu il ərzində növbəti mağazanı Almaniyada açacaqlar. Daha sonra isə ABŞ bazarında yer tutmaq üçün fəaliyyətlər genişləndiriləcək. Şirkət təmsilçisinin sözlərinə görə, hazırda əsas hissəsi Avropada yerləşməklə, dünyanın 60-a yaxın ölkəsinə məhsul satırlar: “Avropaya yalnız ən yüksək keyfiyyət və ekoloji təhlükəsizlik standartlarına cavab verən məhsulların satışı mümkündür. Bizim məhsullar bu baxımdan Avropa İttifaqının tələblərinə tam cavab verir”.
 
 


 
Ardını oxu...
Rəsmi statistika göstərir ki, 2025-ci ilin ilk ayında qiymət artımı keçən ilin dekabr ayına nisbətən daha çox olub. Bəs görəsən, inflyasiya niyə sürətlənib?

Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

Dövlət Statistika Komitəsi istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumatları açıqlayıb. Məlumata əsasən, 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb.

2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz idi. Yəni istehlak qiymətləri indeksinin artım tempi 4,9 faizdən 5,4 faizə yüksəlib.

2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən (dekabr) bir faiz, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,6 faiz yüksəlib.

Maraqlıdır, inflyasiya niyə sürətlənib? Qiymətlərin yenidən sürətlə artmağa başlamasının səbəbi nədir?

TEREF "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, bütövlükdə inflyasiya qeydə alınsa da, rəsmi statistika göstərir ki, qiymət artımı proqnozlaşdırılan diapazonda dəyişir: "İnflyasiya göstəriciləri üçün proqnozlaşdırılan diapazon 4-6 faiz arasıdır. Sözsüz ki, biz 2024-cü il və eləcə də, ötən ilin son ayı ilə müqayisədə inflyasiya səviyyəsində artımı müşahidə edirik. Bunun əsl səbəbi idxal inflyasiyasıdır. Biz yanvar ayında idxal inflyasiyasının qiymət artımına, istehlak bazarına təsirlərini müşahidə etdik. Bu da inflyasiya səviyyəsində özünü göstərdi".
"Süni qiymət artımına qarşı mübarizə gücləndirilməlidir"

Millət vəkili deyir ki, yanvar ayında bazarda yerli kənd təsərrüfatı məhsullarının payı azalıb, bu da nəticə etibarilə istehlak bazarında məhsul strukturuna təsir göstərir. Bunun nəticəsində də biz qiymətlərdə artımları müşahidə edirik: "2025-ci ildən ölkədə sosial paket icra olunub. Sosial paketin icrasına uyğun olaraq təbii ki, tələbin, istehlakın artması gözlənilir. Amma bu kontekstdə süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinə ehtiyac var ki, istehlak bazarında yeni qiymət artımları müşahidə olunmasın. Birmənalı şəkildə müvafiq dövlət qurumu tərəfindən süni qiymət artımlarına qarşı mübarizə gücləndirilməlidir".

"İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir"

V.Bayramov vurğulayır ki, regionda qiymət artımı müşahidə olunduğu üçün bu, bizə də təsirsiz ötüşmür: "İdxalın əvəzlənməsi prosesi intensivləşməlidir, çünki bu proses praktiki olaraq, idxal inflyasiyasının təsirlərinin minimumlaşdırılmasına gətirib çıxara bilər. Hazırda regionda qiymət artımı müşahidə olunur. Bu da idxal vasitəsilə Azərbaycan istehlak bazarında da inflyasiya səviyyəsinə təsir göstərir".
İstehsal sahəsində çətinliklər...

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, inflyasiyanın ötən illə müqayisədə bu il daha yuxarı olacağı proqnoz edilirdi: "Bunun səbəbi istehsal və təchizat zəncirində olan çətinliklər, tələbin müəyyən qədər artması, eyni zamanda idxal etdiyimiz ölkələrdə məhsulların istehsal-logistika xərclərinin artmasıdır".
Mütəxəssis hesab edir ki, 2025-ci il üzrə olan proqnoz göstəriciləri real nəticələri aşmayacaq.

İqtisadçı Xalid Kərimli isə bildirir ki, inflyasiyanın sürətlənməsi səbəbi yanacağın qiymətinin artmasıdır: "Ötən ilin ikinci yarısından benzinin qiyməti 10 faiz, dizelin qiyməti isə 25 faiz artdı. Enerji qiymətlərinin artması ciddi surətdə inflyasiyaya təsir edəcək amildir. Təkcə dizel yanacağının qiymətinin artırılması istehsal xərclərinin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının daşınmasının qiymətini ciddi şəkildə artırır".

Hansı məhsullar bahalaşıb?

Məlumat üçün bildirək ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarında daha çox bahalaşma olub. Buna misal olaraq, balıq məhsullarını, uşaq qidası üçün quru süd qarışığını, kərə, günəbaxan və qarğıdalı yağlarını, süfrə marqarinini, naringi, alma, armud, heyva, nar, xurma, kivi, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, balqabaq, sarımsaq, soğan və kartofu qeyd etmək olar. Makaron, təzə balıq, yumurta, portağal, banan və yerkökünün qiymətlərində isə enmə müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Həmçinin bu ilin yanvar ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz artıb. Yanvar ayında əvvəlki ayla müqayisədə bəzi qeyri-qida məhsullarında bahalaşma qeydə alınıb. Buna misal olaraq kərpicin, sulu boyaların, pambıq parçaların, çilçıraqların, zərgərlik məmulatlarının qiymətinin artmasını göstərmək olar. Kəsilmiş taxtaların, laminat parketlərin, yazı kağızlarının qiymətlərində isə enmə müşahidə olunub.
 

Dünyapress TV

Xəbər lenti