AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Almaniya - Macarıstan matçı başa çatıb.

Qarşılaşma Bundestimin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Almanların heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.

Qeyd edək ki, A qrupunun ilk görüşündə ALmaniya Şotlandiya yığmasına da qalib gəlmişdi - 5:1.
 

Dünyapress TV

Xəbər lenti