AVRO-2024: İlk matç darmadağınla bitdi
Futbol üzrə Avropa çempionatının açılış matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, A qrupu çərçivəsində ev sahibi Almaniya ilə Şotlandiya qarşılaşıb.

Münhendəki Allianz Arenada keçirilən ilk matçda almanlar rəqiblərini darmadağın edərək, indiyədək Avropa çempionatları tarixində özlərinin ən böyükhesablı qələbələrini qazanıblar - 5:1.

Virtz (10), Musiala (19), Haverts (pen.45+1), Füllkruq (68), Emre Can (90+3) və Rudiger (avtoqol 87) fərqləniblər.

Qeyd edək ki, 45-ci dəqiqədə Şotlandiyanın müdafiəçisi Rayan Porteus yarımmüdafiəçi İlkay Gündoğana qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.

Qrupun digər matçı Macarıstan və İsveçrə arasında oynanılacaq.
 
 

Dünyapress TV

Xəbər lenti