“Bayer-04” XXI əsrdə bunu bacaran ilk klub oldu
Bu mövsüm arzuların komandasına çevrilən Xabi Alonsonun “Bayer-04”ü tarix yazmaqda davam edir.

“Football-plus.az” xəbər verir ki, ötən həftəsonu tarixində ilk dəfə ölkə çempionluğunu qazanan “aspirinlər” srağagün “Vest Hem”lə səfər oyunundan 1:1-lik bərabərliklə ayrılmaqla ardıcıl 2-ci mövsüm AL-in yarımfinalına yüksəldi. Ən əsası Leverkuzen təmsilçisi bu mövsüm bütün turnirlər daxil olmaqla məğlubiyyətsiz seriyanı 44 oyuna çatdırdı. Son məğlubiyyət ötən mövsüm bundesliqanın son turunda “Bohum”la oyunda qeydə alınıb (0:3). Bu mövsüm isə “aspirinlər” 38 qələbə, 6 heç-heçəlik mükəmməl seriya yaxalayıb. Bu göstərici XXI əsrdə Avropa futbolunda tam yeni bir rekorddu! Əvvəlki rekord “Yuventus”a məxsus idi. “Qoca sinyora” 2010/11-in son turundan başlayaraq ardıcıl 43 rəsmi oyunda uduzmamışdı. Amma “Bayer-04”ün göstəricisini daha mühüm saymaq olar. Çünki “Yuve” həmin illərdə avrokuboklarda oynamırdı. Komandanın 43 oyunluq məğlubiyyətsiz seriyası yalnız daxili çempionatda və ölkə kubokunda qeydə alınmışdı.

“Bayer-04” “böyük beşlik” klubları arasında tam yeni bir rekord müəyyənləşdirdi və bu göstəricini hələ bir qədər də yeniləyə bilər. Düzdü, həftəsonu komandanı bundesliqada çətin Dortmund səfəri gözləyir. Amma futbol tarixinə nəzər salsaq, görərik ki, “Bayer-04”ün seriyasını yalnız iki klub üstələməyi bacarıb. Söhbət “Seltik”lə (62 oyun) “Yunion”dan (60) gedir. Qlazqo nəhəngi bu göstəricidə dünya rekordunun sahibidi. “Seltik”in bu rekordunun Birinci Dünya Müharibəsinin gedişində qeydə alınması diqqəti çəkir. Komanda təxminən ilyarım – 1915-ci il noyabrın 20-dən 1917-ci il aprelin 14-nə qədər ardıcıl 62 rəsmi oyunda heç kimə uduzmayıb! Ən maraqlısı odu ki, bu seriyanın gedişində “keltlər” hətta bir günə iki oyun keçirməyə də müvəffəq olmuşdular! Bu hadisə 1916-da baş vermişdi. “Seltik” eyni gündə əvvəlcə “Reyt Rovers”i (6:0), sonra da “Motervell”i (3:1) yenmişdi. 16 il sonra Belçika təmsilçisi “Yunion” az qala bu göstəricini təkrarladı. Amma komandanın seriyası 61-ci oyunda qırıldı. “Yunion” o illərdə Belçika futbolunda ağalıq edirdi. Komandanın 11 çempionluğu var və bunların hamısı 1935-ci ilə qədər qeydə alınıb. “Yuventus”dakı xatırlatmanı burda da etmək məcburiyyətindəyik. “Seltik” və “Yunion”un seriyaları zamanı hələ avrokuboklar keçirilmirdi. Bu fakt “Bayer-04”ün göstəricisini daha da unikal edir.
 

Boru dolduğundan kanalizasiyadakı çirkab küçəyə axır.

Xezerxeber.az xəbər verir ki, kadrlar paytaxtın Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsindəndir.

Turgenev küçəsində yaşayan sakinlər iddia edir ki, bir neçə aydır küçədəki əsas boru doluğu üçün kanalizasiya suyu küçəyə axır. Bu da sakinləri çıxılmaz vəziyyətdə qoyub.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara məlumat verdiklərini deyirlər. Hətta tutulan borunun açılması üçün müəyyən işlər də görülür.

Məsələ ilə bağlı ''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, sözügedən küçədə iri kanalizasiya xəttində tutulma baş verib. Rayon Su Kanal idarəsinin əməkdaşları ''Xəzər Xəbər''in müraciətindən sonra dərhal həmin əraziyə gəlib və boru təmizlənərək açılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 
 
 

Bölmənin digər xəbərləri

09 May 2024 Dünyanın ən bahalı futbol klubunun adı AÇIQLANDI
09 May 2024 Gəncədə insident: “Qəbələ”nin futbolçuları oyundan sonra döyüldülər
09 May 2024 İstanbul nəhəngi “Çelsi” ilə anlaşdı – SON DURUM
08 May 2024 Bu tarix Ümumdünya Futbol Günü elan edildi
07 May 2024 Qazaxıstanlı milyarder bu İngiltərə klubunun sahibi oldu
06 May 2024 Qvardiola: “Biz çempion olacağıq”
05 May 2024 "Formula 1": Mayami Qran-prisində sprint yarışının qalibi bəlli olub
05 May 2024 “Qarabağ” “Neftçi”ni darmadağın etdi - VİDEO
05 May 2024 İspaniya La Liqası: “Real Madrid” inamlı qələbə qazandı - VİDEO
04 May 2024 Avropa çempionu olan Ülviyyə bu qədər qazandı - Məbləğ
03 May 2024 Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
03 May 2024 PSJ bu mövsüm belə duruma düşməmişdi
02 May 2024 ÇL-in oyunu bu kanallarda yayımlanacaq - SİYAHI
02 May 2024 Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı - VİDEO
02 May 2024 Bu klubların azarkeşləri bir-birini təhqir etməmək qərarına gəliblər
01 May 2024 Arda Güler qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO/VİDEO
01 May 2024 Kral Kuboku: Azlıqda qalan “Əl-Hilal” finala çıxdı - VİDEO
30 Aprel 2024 Dünyanın ən yaxşı qadın tennisçiləri – SİYAH
29 Aprel 2024 “Tottenhem” doğma meydanda “Arsenal”a məğlub oldu - VİDEO
29 Aprel 2024 İtaliya çempionunun transfer həmləsi – Siyahıda 5 futbolçu var

Dünyapress TV

Xəbər lenti