Arda Güler ​​üçün rəsmi təklif gəldi:
İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.

“Real Madrid”in “Mançester Siti”ni penaltilərlə mübarizədən kənarlaşdırdığı Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasını tərk etməyən və İspaniya nəhəngindəki karyerası sual altında olan Arda ​​üçün “Sevilya” ilk rəsmi görüşünü keçirib.

Cari mövsümdə göstərdiyi performansla azarkeşlərini məyus edən “Sevilya” növbəti mövsüm heyətini yenidən qurmağa hazırlaşır və bir müddət Arda Gülerlə maraqlanırdı.

İspan mətbuatında dərc olunan xəbərlərə görə, “Sevilya”nın idman direktoru Viktor Orta türkiyəli oyunçunun icarəsi ilə məşğul olan və meneceri işləyən atası ilə ilk rəsmi əlaqəni qurub.

“Real Madrid” gələn mövsümün əvvəlində Arda ilə bağlı qərarını dəyişərsə və icarə variantına yaşıl işıq yandırarsa, “Sevilya” 19 yaşlı futbolçu üçün qapılarını açacaq.
Hərçənd, futbolçunun özü məsələ ilə bağlı heç də müsbət fikirdə deyil. Belə ki, türkiyəli yarımmüdafiəçi icarə əsasında digər kluba keçərsə, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək komandada çıxış etməyi üstün tutur.
 

Bölmənin digər xəbərləri

02 May 2024 ÇL-in oyunu bu kanallarda yayımlanacaq - SİYAHI
02 May 2024 Kral Kuboku: Ronaldunun dublu “Ən-Nəsr”i finala çıxardı - VİDEO
02 May 2024 Bu klubların azarkeşləri bir-birini təhqir etməmək qərarına gəliblər
01 May 2024 Arda Güler qol sevinci zamanı göstərdiyi əl hərəkətinin mənasını AÇIQLADI - FOTO/VİDEO
01 May 2024 Kral Kuboku: Azlıqda qalan “Əl-Hilal” finala çıxdı - VİDEO
30 Aprel 2024 Dünyanın ən yaxşı qadın tennisçiləri – SİYAH
29 Aprel 2024 “Tottenhem” doğma meydanda “Arsenal”a məğlub oldu - VİDEO
29 Aprel 2024 İtaliya çempionunun transfer həmləsi – Siyahıda 5 futbolçu var
28 Aprel 2024 Klopp və Salah arasında dava düşdü - VİDEO
28 Aprel 2024 Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb
28 Aprel 2024 “Yuventus” – “Milan” matçında qalib müəyyənləşməyib
27 Aprel 2024 “Real Madrid” Arda Gülerin qolu ilə qələbə qazandı - VİDEO
26 Aprel 2024 Hazırda ən yaxşı qapıçı odur
25 Aprel 2024 İlk üç ayın hesabatı – Zor gücünə
25 Aprel 2024 “Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
25 Aprel 2024 Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu – MƏBLƏĞ
24 Aprel 2024 İtaliya Kuboku: “Yuventus” uduzsa da, finala çıxdı - VİDEO
24 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
23 Aprel 2024 “Bayer-04” XXI əsrdə bunu bacaran ilk klub oldu
22 Aprel 2024 Azərbaycanın üç boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Dünyapress TV

Xəbər lenti