“Qalatasaray” İkardinin doğum günü ilə bağlı paylaşım etdi - FOTOLAR
“Qalatasaray” UEFA Avropa Liqasının son 16-cı pley-off mərhələsində “Sparta Praqa” ilə matçın hazırlıqlarına başlayıb.

Komanda sabah keçirəcəyi son məşqi ilə “Sparta Praqa” matçının hazırlıqlarını tamamlayacaq.

Məşqdən əvvəl isə “Qalatasaray” komandanın argentinalı hücumçusu Mauro İkardinin doğum gününü qeyd edib.

Bu barədə klubun rəsmi “X” hesabında paylaşım edilib və fotolar yayımlanıb.

Baş məşqçi Okan Buruk və komanda yoldaşları tort kəsərək İkardini təbrik ediblər.
1708448813_2.jpg
1708448813_3.jpg
1708448813_4.jpg
1708448814_5.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti