Neymar keçmiş komanda yoldaşı ilə birgə - FOTO
"Barselona"nın keçmiş hücumçusu, hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Neymar bu qış "Əş-Şabab"a keçən "Barsa"nın sabiq yarımmüdafiəçisi İvan Rakitiçlə fotosunu sosial şəbəkədə yerləşdirib.

Offsideplus.az xəbər verir ki, brazilyalı forvard: “Səninlə görüşmək necə də xoşdur, qardaş! Belə şanslı fürsəti heç vaxt qaçırmayın! Gəlin birlikdə yeni futbol evimizdən həzz alaq!” - deyə şəkilin altında qeyd edib.

Xatırladaq ki, Neymar və Rakitiç 2014-2017-ci illərdə Kataloniya klubunda birgə çıxış ediblər. Bu müddət ərzində onlar 2 dəfə İspaniya çempionu olub, 3 dəfə İspaniya kubokunun qalibi olub, həmçinin 1 dəfə Çempionlar Liqasının qalibi olublar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-02_1708268969_2.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti