“Qalatasaray” üç xalı bir qolla aldı - VİDEO
Türkiyə Super Liqasının 17-ci turunda öz meydanında “Fatih Karagümrük”ə 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” liqada ardıcıl 4-cü qələbəsini qazanıb.

Rams Parkda oynanan qarşılaşmada yeganə qolu 41-ci dəqiqədə Kerem Aktürkoğlu vurub.
Lider “Fənərbağça” ilə növbəti turdakı derbi öncəsi kritik qələbə qazanan “Qalatasaray” xalını 43-ə çatdırıb və əzəli rəqibini yaxından izləməyə davam edir. Ardıcıl ikinci dəfə məğlub olan “Fatih Karagümrük” isə 17 xalla 14-cü pillədə qərarlaşıb.

 

Dünyapress TV

Xəbər lenti