“Liverpul” üç xalı iki qolla aldı - VİDEO
İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

“Şeffild Yunayted” öz meydanında “Liverpul”u qonaq edib.

“Brammel Leyn” stadionuna toplaşanlar iki qolun şahidi olublar.

37-ci dəqiqədə Van Dayk ev sahiblərini məyus edib. 90+5-ci dəqiqədə isə Soboslai fərqi artıraraq oyunda son nöqtəni qoyub - 0:2.
Beləliklə də, bu nəticədən sonra mersisaydlılar 34 xalla turnir cədvəlində 2-ci sıradadırlar. Onları lider “Arsenal”dan cəmi 2 xal ayırır. “Şeffild” isə 5 xalla sonuncu - 20-ci pillədədir.

 

Dünyapress TV

Xəbər lenti