“İnter” səfərdə “Napoli”ni darmadağın etdi - VİDEO
"İnter" İtaliya A seriyasında 14-cü tur oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, komanda səfərdə "Napoli" ilə qarşılaşıb. Matç "İnter"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Napoli" - "İnter" - 0:3
Qollar: Çalhanoğlu, 44, Barella, 62, Turam, 85
Bu qələbə ilə xalını 35-ə çatdıran "İnter" yenidən liderliyə yüksəlib. "Yuventus" 33 xalla 2-ci, "Milan" 29 xalla 3-cüdür.

 
 
 

Dünyapress TV

Xəbər lenti