“Onlara nifrət edənləri susdurdular” – Məsut Özil
Almaniya millisinin türk əsilli sabiq yarımmüdafiəçisi Məsut Özil “Mançester Yunayted”in futbolçuları Harri Maquayrla Andre Onanın Çempionlar Liqasının qrup mərhələsinin “Kopenhagen”lə oyunundakı uğurlu çıxışını şərh edib.

Fanat.az xəbər verir ki, o, özünün “Twitter” hesabında ingilislərin 1:0 qalib gəldikləri matçda fərqlənən Maquayrla Onana haqda bunları yazıb:

“Harri Maquayr və Andre Onana buna layiq idi. Onlara nifrət edənləri susdurdular”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Qeyd edək ki, qarşılaşmada yeganə qolu məhz Maquayr vurub. Görüşə əlavə olunmuş dəqiqələrdə isə Onana penaltini dəf edib.
 
 
 

Dünyapress TV

Xəbər lenti