“Fənərbağça” Superliqada ardıcıl 9-cu qələbəsini qazandı
Türkiyə Superliqasında IX turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha dörd oyun keçirilib.

Çempionatın lider komandası "Fənərbağça" öz meydanında "Hatayspor"u qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar.
Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Hatay təmsilçisinin heyətində meydana start heyətində çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov sonadək əvəzlənmədən oynayıb.

Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan "Fənərbağça" turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 14 xalla altıncıdır.

Günün digər matçlarında "Kasımpaşa" səfərdə "Sivasspor"a 1:0, "İstanbulspor" evdə "Ankaragücü"nə 2:1 hesabı ilə qalib gəlib, "Samsunspor" isə "Başakşehir"lə qolsuz heç-heçəyə razılaşıb.
 

Dünyapress TV

Xəbər lenti