UEFA-dan “Qarabağ”la bağlı paylaşım - Foto
UEFA Avropa Liqası X hesabında Azərbaycanın “Qarabağ” klubu ilə bağlı paylaşım edib.

Axar.az xəbər verir ki, paylaşımda “emosiya” sözü yazılıb və “Qarabağ”ın oyunçularının fotosu yer alıb.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub. “Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. Azərbaycan təmsilçisi xallarının sayını 6-ya yüksəldib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-10_1697512370_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti