Azarkeşlər Ronaldonun istefasını tələb edir
“Valyadolid” azarkeşlərinin böyük əksəriyyəti komandanın İspaniya Sequdasındakı nəticələrindən narazıdır.

Fanat.az “Marca”ya istinadən xəbər verir ki, tərəfdarlar klubun prezidentlərinin – braziliyalı əfsanə Ronaldonun və uruqvaylı Paulo Petsollanonun postlarını tərk etmələrini tələb edirlər.

Mənbə “Valyadolid” fanatlarının son oyundakı şüarı isə belə olub: “İllər ötür, futbolçular gedir, saba isə plan yoxdur. Klub qalır, futbolka qalır, braziliyalılar isə getməlidir”.

Qeyd edək ki, 10 tura 19 xal toplayan “Valyadolid” hazırda Sequndanın turnir cədvəlində 6-cı yerdə mövqe tutub.
 

Dünyapress TV

Xəbər lenti