"Qarabağ" İsveç səfərindədə qalib oldu - xalları 6-ya çatdı
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda İsveçdə "Hakken"in qonağı olub.

"Ullevi” stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 70-ci dəqiqədə Juninyo Olavio Yassin Benzianın ötürməsindən sonra topu qapıdan keçirib.

İlk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi xallarının sayını 6-ya çatdırıb.
 

Dünyapress TV

Xəbər lenti