"Formula 1": Karlos Sayns Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib
"Formula 1" üzrə Sinqapur Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.

Cebhe.info-nun məlumatına görə, "Ferrari" komandasından Karlos Sayns birinci olub.

"Mercedes"dən Corc Rassell ikinci, Saynsın komanda yoldaşı Şarl Lekler üçüncü yeri tutub.

Qeyd edək ki, Sinqapur Qran-prisində əsas yarış sentyabrın 17-də olacaq.
 

Dünyapress TV

Xəbər lenti