Türkiyə çempionatı: “Fənərbağça” yeni mövsümə qələbə ilə başlayıb - VİDEO
"Fənərbağça" futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümə qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, çempionluğa iddialılardan sayılan İstanbul klubu öz meydanında "Qaziantep"i üstələyib - 2:1.

"Bülbüllər"in hər iki qoluna Edin Ceko imza atıb. Bosniya və Herseqovinadan olan forvard Super Liqada ilk oyununun üç və 18-ci dəqiqələrində fərqlənib. Qonaqların yeganə qoluna 45+5-ci dəqiqədə Arda Gümüşdağ imza atıb.
Qeyd edək ki, Super Liqanın son çempionu "Qalatasaray" İlk turda səfərdə "Kayserispor"la qolsuz heç-heçəyə razılaşıb.

 

Dünyapress TV

Xəbər lenti