Latviya-Azərbaycan oyunu heç-heçə başa çatdı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib.

“Report”un məlumatına görə, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Millinin heyətində Alina Dorofoyeva fərqlənib.
Komandalar arasında növbəti oyun iyulun 17-də keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti