Azərbaycanın qadın güləşçiləri Avropa Çempionatında bürünc medal qazandılar - FOTO
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatında (AÇ) bürünc medal qazanan qadın idmançılarımızın adı açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata görə, 55 kq çəki üzrə yarışan güləşçimiz Ruzanna Məmmədova norveçli Felisitas Domayevaya 9:4 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.

Həmçinin, 50 kq çəki üzrə yarışan digər qadın güləşçimiz Əsmər Cankurtaran isveçrəli Svenya Junqoya 9:6 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1688099301_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-06_1688099302_2.jpg
 
 

 


Dünyapress TV

Xəbər lenti