"Deputatlar Məzahir Pənahovun ağzından bir söz eşidiblər" - Rüstəmxanlıdan qəribə REAKSİYA
Milli Məclisin deputatları növbədənkənar sessiyanın çağırılması üçün imza toplamağa başlayıb. Parlamentin yaz sessiyası may ayının 31-də başa çatır.

Daxili Nizamnaməyə əsasən, Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Mətbuatda və sosial şəbəkələrdə növbədənkənar sessiyanın parlament seçkiləri ilə əlaqəli olduğuna dair iddialar yayılıb.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında parlamentin növbədənkənar sessiyasının çağırılmasına imza atmadığını bildirib.

"Mən imza atmamışam. İki daşın arasında buna nə ehtiyac var? Parlamentin 5 illiyi gələn ilin fevralında tamam olur. İrəli atılanda da konstitusiyaya ziddir, geri çəkiləndə də. Deputatlar şəxsi təşəbbüsləri ilə MSK sədri Məzahir Pənahovun ağzından bir söz eşidiblər. Mən o kampaniyada yoxam".

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə Parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə Parlament seçkiləri qabağa çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib.
 
 
 

Bölmənin digər xəbərləri

15 İyun 2024 "Qapalı parkinqdə avtomobilə dəyən zərərə görə məsuliyyət var, açıq parkinqdə belə qayda yoxdur"
15 İyun 2024 "Şərurlu İsfəndiyar"ın günahı “150 kiloluq qadın”da gördüyü hadisəyə kim cavabdehdir? - ARAŞDIRMA
14 İyun 2024 Bakıda yaşayış binasının lifti yerə çırpıldı: Xəsarət alanlar arasında uşaqlar da var
14 İyun 2024 Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
14 İyun 2024 Azərbaycan nazirləri hansı universitetləri bitirib? – Siyahı
13 İyun 2024 Qobustan türməsinin rəisi işdən çıxarıldı
13 İyun 2024 “İrşad Electronics” gömrük qaydalarını pozmaqda ittiham edilir
13 İyun 2024 Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin məlumatı:
13 İyun 2024 "İmtahan keçirənlərin özləri savadsızdırlar" - Fazil Mustafa
13 İyun 2024 “Fəaliyyət” sözünü düzgün yaza bilməyənlərin məktəbdəki fəaliyyəti
13 İyun 2024 Sənədi olmayan bu evlərə “kupça” veriləcək
12 İyun 2024 Nə elm var... nə də təhsil: BELƏ HARA GEDİRİK? - HƏQİQƏTƏN DƏ...
12 İyun 2024 Yüz min sərnişinə şad xəbər: Sürətli sərnişin qatarlarına iki stansiyada dayanacaq verilir
12 İyun 2024 1209 müəllimin cavab verə bilmədiyi sadə sual…
11 İyun 2024  İki mühüm postda dəyişiklik gözlənilir... - İDDİA
11 İyun 2024  Köməyə ehtiyac olan yerdə AZƏRPOÇT ƏNGƏLİ... - "Başıma gələcək hər hansısa bir səbəbdə günahkarın biri..."
11 İyun 2024 Məktəblərdə "Son zəng"lə bağlı monitorinqlərə başlanılıb
11 İyun 2024 Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salınıb?
11 İyun 2024 Restoranların yeni fırıldağı - Görün necə aldadırlar...
11 İyun 2024 “Xəzər TV”dən sonra “Paşa Bank” da məşhur şirkəti məhkəməyə verdi – Təfərrüat

Dünyapress TV

Xəbər lenti