Xocalı aeroportuna onun adı verilsin!
İyunun 12-də Xocalı aeroportunda Azərbaycan bayrağının qaldırılmasından sonra sosial şəbəkə istifadəçiləri hava limanına Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsini təklif edirlər.

Axar.az xəbər verir ki, buna səbəb kimi Əlif Hacıyevin 1992-ci ilin fevralında həm Xocalı sakinlərinin xilasındakı rolu, həm də şəhərin hava limanının müdafiəsi uğrunda mübarizəsi göstərilir.

Belə ki, 1970-ci illərdə inşa edilən Xocalı aeroportundan müxtəlif məqsədlər üçün AN-2 (“Kukuruznik”) təyyarələri uçurdu, Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunub. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada qurulur. 1990-cı ildə isə Əlif Hacıyev Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir, eyni zamanda Xocalı hava limanının komendantı olur.

Bir müddət sonra Azərbaycana qarşı ərazi iddiaları ilə hərəkətə keçən erməni terrorçuların növbəti hədəfi Xocalı olur. Şəhərin hava limanının strateji əhəmiyyətinə görə buranı zor gücü ilə ələ keçirməyə çalışan ermənilər aeroportu mühasiəyə alır və oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. Əlif Hacıyev isə üstün zəkası ilə həm hava limanı uğrunda mübarizəsini davam etdirir, həm də binadakı azərbaycanlıları xilas etmək üçün hərəkətə keçir. Bu səyləri zamanı da 1992-ci ilin fevralın 25-də erməni gülləsinə tuş gələrək, şəhid olur.

Xocalı hava limanına Əlif Hacıyevin adının verilməsi ilə bağlı təklifləri hərbi ekspert Üzeyir Cəfərov da dəstəkləyib:

“Ordumuzun hələ qurulmadığı dövrdə Əlif Hacıyev və onun tərəfdarları, polis orqanlarından çalışanlar çox sadə və primitiv silahlarla düşmənə qarşı döyüşdülər, canlarından keçdilər. Dəfələrlə ermənilər onun həyatına sui-qəsdə cəhd edirlər. Əlif isə vətəndaşlarımızın oradan çıxarılması, dinc əhalinin nisbətən təhlükəsiz yerə çatdırılması üçün amalından dönmür. Bu səbəbdən də Əlifin adı Xocalı camaatı üçün əzizdir. Bu gün Əlif Hacıyev əqidəsində minlərlə polis əməkdaşları, hərbçilər, insanlarımız var ki, onun göstərdiyi şücaətdən danışır, yolunu davam etdirirlər. Ona görə deyirik ki, Əlif Hacıyevin adı Xocalı aeroportuna verilsə, həm cəmiyyət, həm də insanlarımız, bir növ, onların hansı amallar uğrunda vuruşduğunun bir daha şahidi olarlar. Düzdür, Əlifin adına Bakıda küçə var, ancaq mənə elə gəlir ki, Xocalımız azaddır deyə, onun adı doğma yurdunda da əbədiləşdirilməli, canını fəda elədiyi aeroporta onun adı verilməlidir. Bir sözlə, Xocalı aeroportunun təzədən qurulması, ora unudulmaz, əfsanəvi qəhrəmanımız Əlif Hacıyevin adının verilməsi həm hərbi vətənpərvərlik, həm də qəhrəmanlarımıza verdiyimiz dəyər nöqteyi-nəzərdən yaxşı olardı. Bu məsələnin həlli əlaqədar qurumlar tərəfindən aktuallaşdırılmalıdır”.

Ekspert həmin döyüşlərdə Əlif Hacıyevin qardaşının da şəhid olduğunu xatırladaraq, ümumiyyətlə, böyük qəhrəmanlıq göstərən şəhidlərimizin adının işğaldan azad olunmuş ərazilərdə əbədiləşdirilməsi gərəkdiyini bildirib:

“Bilirsiniz ki, artıq Füzulidə, Şuşada, Ağdamda insanlarımızın yaşayışı təmin olunur. Təkliflər hazırlanmalı, o torpaqlar uğrunda qəhrəmanlıq, şücaət göstərən şəhidlərimizin, o cümlədən canlı qəhrəmanlarımızın adları küçələrə, prospektlərə, məktəblərə, uşaq bağçalarına, idman obyektlərinə verilməsi məsələsi gündəmə gətirilməlidir”

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti