Bu gün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.

Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, imtahanda 46 169 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Respublikanın 25 şəhər və rayonunda təşkil edilən imtahan üçün 203 bina, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.

Bugünkü imtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub.
 

Bölmənin digər xəbərləri

04 May 2024 DAXİLİ İŞLƏR NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN EDİLDİ - İlqar Məmmədov kimdir? +DOSYE
04 May 2024 Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir
04 May 2024 Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
04 May 2024 İcra başçısının qardaşının ailəsindəki faciənin təfərrüatları - ANAMI QAN İÇİNDƏ GÖRƏNDƏ QİSAS HAQQINDA DÜŞÜNDÜM
04 May 2024 Naxçıvan Sanitar Təmizlik İdarəsinin işçiləri rəhbərlikdən şikayətçidir - VİDEO
03 May 2024 Naxçıvanda əvvəlki özbaşnalıqlar davam edir
03 May 2024 Məcburi köçkünlərin vaxtilə tutduğu mənzillərə görə təzminat TƏLƏBİ - Problemi necə həll etmək olar?
03 May 2024 SABİQ NAZİR HƏR AY MƏNİMSƏDİYİ PULLARIN MİQDARINI AÇIQLADI - Əliyevdən ŞOK ETİRAFLAR
02 May 2024 Moskvada “Yaşa, Azərbaycan”ı oynadılar, həbs olundular
02 May 2024 Gürcüstan ermənisi: "Bir şeyə ehtiyacım olanda ilk köməyimə çatanlar azərbaycanlı dostlarımdır"
02 May 2024 Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
02 May 2024 Yeni nazir daha bir idarə rəisini İŞDƏN ÇIXARDI - Nazirlikdə kütləvi "təmizləmə"
02 May 2024 “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
01 May 2024 Çexiyadakı rus casusların izi ilə: Nikolay və Yelenanın əsl kimliyi üzə çıxdı - TƏFƏRRÜATLAR
01 May 2024 Gəncədə həkimlərə qarşı “marqans əməliyyatı”nı kim hazırlayır?
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür
30 Aprel 2024 Her şeyin sonunu düşünen kahraman olamaz(Şeyh Şamil) - Altay kartalı Osman Batur'un ve ailesinin şehadetlerinin 73. yıldönümüdür
30 Aprel 2024 Baş nazirdən su təchizatı ilə bağlı – Qərar
30 Aprel 2024 Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb
29 Aprel 2024 Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” - FOTO/VİDEO

Dünyapress TV

Xəbər lenti