İcra başçısının qardaşının ailəsindəki faciənin təfərrüatları -
İcra başçısının qardaşının ailəsindəki faciənin təfərrüatları - ANAMI QAN İÇİNDƏ GÖRƏNDƏ QİSAS HAQQINDA DÜŞÜNDÜM
Məlum olduğu kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

“Qafqazinfo” Ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.

Münaqişəli ailə, narkotik, qisas…

İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.

Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.

“Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”

Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisədənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.

Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.

Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.

Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub.

İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.

Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.

Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.

Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.
 

Bölmənin digər xəbərləri

18 May 2024 Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
18 May 2024 Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
18 May 2024 MTK rəhbərlərinə bəd xəbər: Bundan sonra…
17 May 2024 PA-da siyasi partiyaların rəhbərləri ilə görüş keçirildi - Görüşdə MSK, Hesablama Palatası və Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edib
17 May 2024 TƏCİLİ! İLK DƏFƏ ölkəmizdə sarı xəbərdarlıq elan olundu – FOTO
17 May 2024 "Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı
17 May 2024 Bunu etsəniz, kartınızdakı pullar oğurlanacaq - Xəbərdarlıq
17 May 2024 Bakının tıxac probleminin həlli ilə bağlı - Yenilik
16 May 2024 Elm aləmi AAK-ı YENƏ TOPA TUTDU... - ELMİ DƏRƏCƏ ALVERİ...
16 May 2024 Vətəndaşların 2 milyon manatını ələ keçirib ölkədən qaçan Elmin Rzayev kimdir?
16 May 2024 Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb
16 May 2024 Bakıda güclü yanğın nəticəsində evlərə ZİYAN DƏYDİ
16 May 2024 Orxan Fikrətoğlu istefa verdi
16 May 2024 Baş naziri güllələyən məşhur yazıçı imiş
16 May 2024 İstanbul metrosunda bomba tapılıb
16 May 2024 Slovakiya Baş nazirinə sui-qəsd anının görüntüsü yayılıb - VİDEO
15 May 2024 Narkotik? Hoteldə ölənlərlə bağlı ŞOK İDDİA: - AQTA və TƏBİB qida zəhərlənməsini RƏDD ETDİ
15 May 2024 Ata yeni doğulmuş körpəsini binanın qarşısına atıb getdi - Sevgilisini ailəsindən qorumaq üçün…
15 May 2024 Sinan Ateşə sui-qəsdin yeni görüntüləri ortaya çıxıb – VİDEO
14 May 2024 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

Dünyapress TV

Xəbər lenti