Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən Hurriyyet.Az-a verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi. Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib: - 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt; - 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt; - 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt; - Orta gərginlik üzrə 170 manat/kVt. Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır. 3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır. Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır. Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib: - Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat; - Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat. Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib. Qeyd edək ki, illik qoşulmaların 99%-i məişət qaz qurğularını təşkil edir ki, onun da 96%-i əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb. Lakin, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni, layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir. Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək. Qərarlar 3 iyun 2024-cü il tarixindən qüvvəyə minəcək. Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
 
 
 

Bölmənin digər xəbərləri

17 May 2024 Gələn həftə 3 gün iş olmayacaq? – Rəsmi açıqlama
16 May 2024 “Kişilər məsuliyyətdən qaçır, qadınlarsa dözə bilmir” - Psixoloq
15 May 2024 Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”
14 May 2024 "Vəzifəsi saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir" - Ekspert danışır...
14 May 2024  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu görün, kimi TƏRƏFDAŞ SEÇDİ...
13 May 2024 Nədən istər işəgötürənlər və ya ixtiyarı məsul vəzifəli şəxslər istədikləri vaxt əmək qanunvericiliyini pozurlar?
13 May 2024 Azərbaycanda maaşlarla bağlı ŞOK YENİLİK - VİDEO
12 May 2024 Valideyn məsuliyyəti: Bəziləri dərk etmir?
11 May 2024 Niyə ölkə qanunvericiliyini pozan bu kimi şəxslər hələ də cəzasız qalıb! Niyə?
11 May 2024 Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA
10 May 2024 Kirayə evlərlə bağlı VACİB MƏLUMAT: Ev sahibləri... / VİDEO
09 May 2024 Yüksək bal toplayan abituriyentlərin sayının çox olması subbakalavrların şansını azaldıb - VİDEO
09 May 2024 Bir çox şəxsə bəraət veriləcək -ŞAD XƏBƏR
09 May 2024 Ev bazarında çaşqınlıq yaranıb: - Avqust ayına qədər...
08 May 2024 Deputatdan media nümayəndələri ilə bağlı TƏKLİF: - Bu binalarda jurnalistlərə mənzil verilə bilər
08 May 2024  "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...
08 May 2024 Ən çox istifadə edilən sosial şəbəkələr – SİYAHI
07 May 2024 Abituriyentlərin qəbul imtahanında iştirakı üçün qeydiyyatı başa çatıb
06 May 2024 AR ƏM bu tələbinə əməl etməyən işəgötürən üçün hansı maddi, mənəvi və inzibati məsuliyyət nəzərdə tutulur
06 May 2024 DİN valideynlərə müraciət etdi

Dünyapress TV

Xəbər lenti