Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar tərəfindən 2008-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “United Enterprises International Limited” şirkəti ləğv olunur.
Yeniavaz.com xəbər verir ki, Londonda “10 Lower Thames Street, London, EC3R 6AF” ünvanında qeydiyyatda olan şirkət bu ilin fevral ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.
Məlumat üçün bildirək ki, bu, Heydərov qardaşlarının Londonda ləğv olunan sonuncu şirkəti olub. Belə ki, daha əvvəl Tale və Nicat Heydərovlar tərəfindən Londonda təsis olunan çoxsaylı şirkətlər ləğv olunub.
Nazir oğlanlarına məxsus olan və ləğv olunan şirkətlər bunlar olub:
Ardını oxu...
Onu da qeyd edək ki, hazırda ləğv prosesində olan “United Enterprises International Limited” şirkətinə 2023-cü ilin noyabr ayından Azərbaycan vətəndaşı olan 1985-ci il təvəllüdlü Emil Sultanov rəhbərlik (direktor) edir. Emil Sultanov adlı şəxs Azərbaycanda da Tale və Nicat Heydərovlara bağlı olan çoxsaylı şirkətlərə rəhbərlik edir. Ötən ilin noyabr ayında Baş Prokurorluq Emil Sultanovun rəhbərlik etdiyi “Aqroinnova” MMC barəsində cinayət işi açıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

TV Müsavat-ın canlı efirinin qonağı Ağ Partiya başqanı Tural Abbaslı olub.

Musavat.com xəbər verir ki, veriliş zamanı Tural Abbaslı paytaxt Bakıda son dövrlər aparılan infrastruktur işlərini tənqid edib.

O, xüsusilə velosiped yollarının çəkilməsi ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib: “Bakıda velosiped yolu nəyə lazımdır? Bu, real ehtiyaca əsaslanmayan qərardır. Əgər işi bilmirsinizsə, istefa verin!”

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə:

 
 
 
Ardını oxu...
"Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlanıb. Təmir prosesinin nə zaman başa çatacağıı bilinmir".

Bu barədə Bakı Konqres Mərkəzindən Teleqraf-ın sorğusuna cavabda bildirilib.

Qeyd edilib ki, mərkəz müvafiq təmir işləri bitəndən sonra fəaliyyətinə davam edəcək.

Mərkəzdən bildirilib ki, tədbirlərin biletləri ilə bağlı məsələyə "İticket" şirkəti aydınlıq gətirilə bilər.

"İticket" şirkətindən isə deyilib ki, Bakı Konqres Mərkəzində təmir müddətində planlaşdırılmış tədbirlərin bilet pulları geri qaytarıla bilər.

"Tədbirlərin təxirə salınması, tarixinin dəyişdirilməsi və ya tədbirlərdən imtina olunması variantları təşkilatçılardan asılıdır. Şirkətimiz tərəfindən hansı tədbirin dayandırılması və ya tarixinin dəyişdirilməsi haqqında məlumat veriləcək. Məsələn, tədbirin yalnız tarixi dəyişdirilibsə, alınmış biletlər keçərli olacaq. Əgər yeni tarix bilet alıcını qane etmirsə, biletləri geri qaytara bilərlər. Biletlərin tam məbləği alıcıya qaytarılacaq", - deyə məlumat verilib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində texniki səbəblərlə əlaqədar qısa müddətli təmir işlərinə başlandığı elan olunub. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb. Aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur.

Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.
 
Ardını oxu...
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb və birinci istansiya məhkəməsinin qərarı dəyişdirilməyib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xətai rayon Məhkəməsin qərarına əsasən, Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Ardını oxu...
  

Türkiyəli blogerin Bakıdakı "manatlıq" taksilərə münasibəti maraq doğurub.

Bakıya gələn bloger Zeynəb "manatlıq" taksilər barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun videosu 30 mindən çox izlənilib, 2000-dən çox şərh yazılıb.

Bloqer "manatlıq" taksilərin olmasını maraqlı addım kimi qiymətləndirib və izləyicilərinə tövsiyə edib.

Milli.az-a istinadən videonu təqdim edirik:

 
 
 

 

Ardını oxu...
  

Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bunu maliyyə eksperti Əkrəm Həsənov deyib.

O, bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyirsə dələduzdur.

Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər.

Ekspert bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar.

Daha ətaraflı videomaterialı təqdim edirik.

 
 
 

Ardını oxu...
  

Musiqi, incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası keçirilib.

Müəllimlərin 80 faizə  yaxını uğurla attestasiyadan keçiblər. Eyni zamanda bir qrup müəllim təlim ehtiyaclarına uyğun təlimlərə cəlb olunmaqla yenidən müəllimlik fəaliyyətlərini davam etdirə biləcəklər.

Aşağıda təqdim olunan videolarda tanınmış sənət adamları attestasiya ilə bağlı fikirlərini bildirirlər. 

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
İranın Qərbi Azərbaycan əyalətinin Mehabad şəhərindəki mədənlərdən biri çöküb.

Bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, mədən çökən zaman iki işçi dağıntılar altında qalıb.

Xilasetmə qruplarının səyi ilə onlardan biri yüngül xəsarətlərlə dağıntılar altından çıxarılsa da, digəri aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
 
 
 
Ardını oxu...
Salyan sakini intihar edib.

"Unikal"ın məlumatına görə, rayon sakini, 43 yaşlı Bəşirov Rüfət Səfalı oğlu sirkə turşusu içərək, həyatına son qoyub.

İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, mərhum Salyan rayonunda kiçik sahibkarlığla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Rusiya mənbələri indiyədək də onun karyera yüksəlişi haqda hələ də “bəzi şübhələrini” gizlətmirlər

İki gün əvvəl “Forbes” Rusiyanın ən zəngin adamlarının son reytinq siyahısını açıqlayıb. “Lukoil”un təsisçisi Vahid Ələkbərov 28,7 milyard dollar sərvətlə şimal ölkəsinin ən zəngin adamı siyahısına başçılıq edib. Musavat.com yada salır ki, Vahid Ələkbərov “Lukoil” neft şirkətinin prezidenti vəzifəsindən 2022-ci ilin aprelində vaxtından əvvəl istefa verib və Direktorlar Şurasını tərk edib.

Azərbaycan doğumlu oliqarx haqda indiyədək çox yazılıb, amma Rusiya mənbələri indiyədək də onun karyera yüksəlişi haqda hələ də “bəzi şübhələrini” gizlətmirlər.

Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoil” necə yarandı? Bütün bu saysız-hesabsız sərvət necə oldu ki, Ələkbərov və komandasının əlinə keçdi? Niyə bu komandanın üzvləri həqiqətən xüsusi toxunulmazlığına sahibdirlər? Bu suallar ətrafında araşdırma aparan tsarqrad.tv Vahid Ələkbərov haqda ilginc iddialar irəli sürüb. Qeyd edək ki, bu media-holdinq Rusiya hərbi kəşfiyyatına yaxındır, xüsusilə 44 günlük müharibədə Azərbaycan əleyhinə yazılar dərc edib. Ona görə Vahid Ələkbərov haqda araşdırma obyektiv olmaya da bilər. Məsələn, xüsusi qeyd edilir ki, V.Ələkbərov “böyük ehtimalla hərbi xidmətdə olmayıb”, çünki bu barədə nə özü danışıb, nə hansısa mənbədə məlumat var. “Vahid Ələkbərov görünür, orduda xidmət etməyib. Rusiya elitasının bir hissəsi adətən hərbi xidmətdə olduğundan öyünür, amma Vahid Ələkbərovdan əsgər nağıllarını heç kim eşitməyib. Ümumiyyətlə isə Vaqid Yusufoviç hərbçilərə çox hörmət edir. Zamanında “Lukoil”un menecerlərinin təxminən üçdə biri keçmiş hərbçilər olub”- sayt yazıb.
Vahid Ələkbərovun karyera yüksəlişi haqda daha bir qıcqanc reaksiya bu cümlələr hesab oluna bilər.

Bəllidir ki, V.Ələkbərov “AZİ”- ni bitirib. “Ələkbərov institutu bitirdikdən sonra, 1974-1979-cu illərdə Bakıda baş verən möcüzələr hələ də elm tərəfindən deşifrə olunmayıb. Adi neft və qaz hasilatı operatoru altı ildən az müddətdə bir neçə vəzifə dəyişib və 30 yaşında yerli neft yatağının rəis müavini olub. Belə karyera nəinki sovet dövründə, indinin özündə də, demək olar ki, yoxdur. Vahid Yusufoviçin şöhrət yolu 1979-cu ildə gənc mütəxəssisin Bakıdan Qərbi Sibir yataqlarının işlənməsinə göndərilməsi ilə başlayır. O, “Surqutneftqaz” şirkətində çox sürətlə irəlilədi. 1983-cü ildə Ələkbərov “Koqalımneftqaz”a keçdi və burada yerli neft-qazçıxarma idarəsinin rəisi, 1987-ci ildən isə baş direktoru oldu. Həm də Koqalım monosənaye şəhərciyinin faktiki sahibi oldu”-nəşr yazır.

İddia olunur ki, məhz Koqalımda Ələkbərov sonradan neft oliqarxiyasının zirvəsinə yüksəlməyə imkan verəcək əlaqələr yaradıb. Söhbət “Uraynefteqaz”a rəhbərlik edən Aleksandr Putilovdan və “Lanqepasnefteqaz”ın “kral”ı Yuri Şafranikdən gedir. Karyera yüksəlişi haqda daha bir xüsusi qeyd: “1990-cı ilin yanvarında hələ nisbətən gənc olan Ələkbərovun karyerası yeni mərhələ başladı: o, SSRİ Neft və Qaz Sənayesi Nazirliyi tarixində ən gənc nazir müavini oldu. Bir il sonra isə nazirin birinci müavini postuna təyinat aldı. SSRİ-nin çöküşünün son aylarında “Qazprom”, “Rosnefteqaz” (indiki “Rosneft”) artıq yaradılmışdı. Sovet İttifaqının rəsmən süqutundan bir ay əvvəl SSRİ Nazirlər Soveti 1991-ci ilin noyabr ayının 25-də ən çox neft çıxaran və emal edən müəssisələr “LanqepasUrayKogalym" adı altında birləşdirildi. Daha sonra, əsas mədən aktivlərinin ilk üç hərfi məşhur “Lukovica” adlandı ki, hələ o zaman Ələkbərov şirkətə faktiki nəzarət edirdi.

1992-ci ilin sonunda Prezident Boris Yeltsin “Neft, neft emalı sənayesi və neft məhsullarının tədarükü dövlət müəssisələrinin, istehsal və elmi-istehsalat birliklərinin özəlləşdirilməsinin və səhmdar cəmiyyətlərinə çevrilməsi haqqında” fərman imzaladı. Ələkbərovun uzun müddət müttəfiqi olan Yuri Şafranik Rusiya yanacaq və energetika naziri oldu ki, bu, “Lukoil” adlanacaq imperiyanın yolunu açdı. “Lukoil”in özəlləşdirilməsi 1994-cü ildə başladı, 1995-ci ildə hökumətin qərarı ilə “Lukoil” istehsal zəncirinin bütün hissələri üzrə fəaliyyət göstərən doqquz iri müəssisənin nəzarət paketini aldı”.

“Lukoil” ətrafında xeyli qalmaqallar da var ki, bunlar barədə zamanında yazılıb. Xüsusilə vitse-prezidentlərinin müəmmalı ölümləri haqda da hələ də ən müxtəlif iddialar var.

Musavat.com
 

Dünyapress TV

Xəbər lenti