Ardını oxu...
Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyəti ilə bağlı həyata keçirilmiş səmərəlilik auditi nəticəsində qurumun kreditləşmə mexanizmlərində ciddi nöqsanlar və uyğunsuzluqlar müəyyən edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” hesabında məlumat verilib.

Bildirilib ki, auditin nəticələrinə əsasən, 2021-ci ildə təsdiqlənmiş qaydalarda sosial təhsil tələbə kreditlərinin verilməsi zaman rifah göstəricilərindən daha çox "kateqoriyalı yanaşma" tətbiq edildiyi üçün Fondun fəaliyyəti müəyyən olunmuş məqsədlərə uyğun olmayıb.

Bundan başqa, sosial kredit üçün ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) aşağı (51 bal) müəyyən olunması, bu kreditlərdən istifadə edən tələbələrin zəif təhsil nəticələri göstərməsinə şərait yaradıb. Halbuki standart kreditlərdə bu göstərici 71 bal olaraq müəyyən edilib.

Audit zamanı 2 ali təhsil müəssisəsi üzrə 32 tələbənin faktiki ÜOMG-sinin normadan aşağı olduğu halda standart kredit aldığı aşkarlanıb ki, bu da dövlət vəsaitlərinin qanunsuz istifadəsinə və hüquqi aktların tələblərinin pozulmasına səbəb olub.

Bundan başqa, bəzi hallarda tələb olunan sənədlər təqdim edilmədən, sadəcə ali məktəbin məsul şəxsinin portala daxil etdiyi məlumatlar əsasında kredit müraciətləri banka göndərilib. Hətta ləğv olunmuş kredit müraciətlərinin bir hissəsi üzrə bank tərəfindən rəsmi kredit rəsmiləşdirilib.

Hesabatda qeyd olunur ki, ölkədə ali təhsil müəssisələrinə SAT imtahanı ilə qəbul aparıldığı halda, bu yanaşma Fondun mexanizmlərində nəzərə alınmayıb və nəticədə həmin tələbələr ilk semestrdən standart kreditlərdən yararlana bilməyiblər.

Təhlil zamanı, həmçinin, bəzi hallarda 60 yaş və üzəri şəxslərə də təhsil krediti verildiyi müəyyən edilib. 13 halda belə kredit rəsmiləşdirilib ki, onlardan 3-ü artıq pensiya yaşında olan şəxslərdir. Bu isə kreditlərin gələcəkdə geri qaytarılması baxımından risk yaradır.

Fondun idarə olunmasında da struktur problemlərə yer verilib. Himayəçilik Şurasının strateji planları və illik fəaliyyət planlarını təsdiqləməməsi, kənar auditorun təyin olunmaması və müvəkkil bankın razılaşdırılmadan seçilməsi şəffaflıq və hesabatlılıq prinsiplərinin pozulmasına səbəb olub.

TTKF-nin vəsaitlərini artırmaq üçün nəzərdə tutulan investisiya cəlbi funksiyası da icra edilməyib.

Müraciətlərin təxminən 20 %-i üzrə kreditlərin verilməsi bir aydan çox vaxt aparıb ki, bu da əsasən ali məktəblərin və müvəkkil bankların məsul şəxslərinin fəaliyyətsizliyi ilə izah olunur.
Ardını oxu...

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görülən mühəndis işi sosial şəbəkələrdə tənqid edilib.

"DogruXeber.az" Milli.Az-a istinadən xəbər verir ki, söhbət Dəmiryol körpüsünün alt hissəsinə taxta şalbanlarla müvəqqəti dəstək verilməsinə cəhd edilməsindən gedir. Sosial mediada yayılan görüntülərdə körpünün metal konstruksiyalarına uyğun olmayan taxta dayaqların yerləşdirildiyi açıq-aydın görünür.

Mütəxəssislər belə müdaxiləni həm texniki baxımdan təhlükəli, həm də sərnişin və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk hesab edirlər. Mühəndislik normalarına əsasən, dəmiryolu infrastrukturu üçün istifadə olunan dayaq materialları xüsusi standartlara cavab verməli və müvafiq texniki nəzarətdən keçməlidir.

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə edib-etmədiyi məlum deyil. Məsələnin nəzarətə götürülməsi və qiymətləndirilməsi üçün müvafiq dövlət orqanlarının açıqlaması gözlənilir.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə əvvəllər qeyri-rəsmi nikahda olduğu Fidan Abbasovanın övladının atası kimi tanınması qərarından narazıdır.
Ardını oxu...
Məlumata görə, İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Həmin qərarla Orxan Fidanın 10 yaşlı qızının atası kimi müəyyən edilib. Üzərinə aliment ödəmək öhdəliyi qoyulub.
Ardını oxu...
Orxan ekspertizaya gəlmədiyi üçün qərar atalığın müəyyən edilməsi üçün ekspertiza keçirilmədən qəbul edilib. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib. Fidanın vəkili Asim Abbasov Orxan İsmayılzadənin imkanını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəsə də, məbləğ 500 manat təyin edilib.

Orxanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi atalığın müəyyən edilməsi üçün yenidən ekspertiza təyin edib. Maraqlıdır ki, Orxan yenə yoxlanışa gəlməyib.

O, sübut kimi məhkəmələrə sadəcə bir neçə həkim rəyi təqdim etməklə kifayətlənib. Fidanın vəkili isə alimentin aylıq 2 min manata qaldırılması üçün apellyasiya şikayəti verib. Yuxarı instansiya məhkəməsi yaxında yekun qərarını elan edəcək.

Əldə etdiyimiz digər məlumata görə, Orxan İsmayılzadə məhkəmə qərarını alimentin ödənilməsi hissəsində icra etmir. Sabunçu Rayon Məhkəməsinin qərarında isə göstərilib ki, qərar alimentin ödənilməsi hissəsində dərhal icra edilməlidir. Lakin Orxan 6 aydır aliment ödəməkdən yayınır. İş icraya yönəldikdən sonra o, cəmi 1 ayın alimentini-500 manatı ödəyib.

Vəkil isə aliment tələbi yerinə yetirilmədiyi üçün icra şöbəsinə müraciət edib. İcraçının Orxan İsmayılzadənin əmlakları üzərinə həbs qoyulması tələbi ilə məhkəməyə müraciət etdiyi bildirilir.

Qeyd edək ki, Mikayıl İsmayılovun oğlu haqqında məhkəmə qərarı var, və məhkəmənin qərarı ilə bu əmlaklarına görə,qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır.
Ardını oxu...
Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.

Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.

Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin məhkəmə qət edib.
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı" tərtib olunub.

Amma plastik sahədə kifayət qədər məşhur və pasienti bol olan bir çox həkimlərin adı siyahıda yer almayıb.

Milli.Az həmin həkimləri araşdırıb:

Adları özlərindən, əl işlərindən çox tanınan həkimlərin adının çıxmaması insanları şübhəyə salıb. Adı siyahıda yer almayan Plastik cərrahların adlarını təqdim edirik:

Elməddin Zaidov - Avrasiya Hospital

Vüsal Qiyasov - Baku Medical Plaza

Elşad Rzayev - Medistyle Hospital

Ruslan Qurbanov - Medika Hospital
Mehman Vahabov - HTC Cliniva Hospital

Əmiraslan Əmiraslanov - International Medical Center
Ardını oxu...
Aprelin 16-da ölkə ərazisində intensiv yağan yağışlar Bakı və Abşeron rayonlarında genişmiqyaslı fəsadlara səbəb olub.

XALQ.AZ xəbər verir ki, bu fəsadlardan biri də vətəndaşların mənzillərini su basması olub. Belə ki, Şərur MTK-ya məxsus binada vətəndaş çilçıraqdan su gəlməsindən şikayətcildir.

Adının açıqlamasını istəməyən sakin bildirib ki, binanın dam örtüyünün düzgün qurulmaması nəticəsində yağış suyu onun mənzilinə dolub, elektrik xətlərinə və tavan hissəyə ziyan dəyib.

Sakinlərin sözlərinə görə, buna səbəb də tikinti səhvləri, düzgün quraşdırılma işlərinin aparılmamasıdır.

Qeyd edək ki,”Bakıxanov Residence”də evləri yağış damır xəbəri dərc olunmuşdur.

Məsələ ilə bağlı Şərur MTK-da heç bir açıqlama almaq mümkün olmadı.

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovdur.
Ardını oxu...

Məlumat üçün bildirir ki, “Şərur” MTK-nın sakinləri sosial platformada mütəmadi şikayətlər yazır və onların porblemləri həll olunmur.


 
Ardını oxu...
Rusiya İran casusunu Azərbaycana verməkdən imtina edib.

Lent.az xəbər verir ki, bu barədə "MOUZE" teleqram kanalı məlumat yayıb.

Xəbər verdiyimiz kimi, Azərbaycanda dini ayrı-seçkilik yaratdığı və İrana casusluq etdiyi üçün beynəlxalq axtarışa verilmiş Hacı Zülfüqar Mikayılzadə Rusiyada həbs edilmişdi.

O, Azərbaycan hüquq-mühafizə orqanlarınıən sorğusu əsasında saxlanılmışdı.

"MOUZE"nin əldə etdiyi məlumata görə, Rusiya Hacı Zülfüqar Mikayılzadəni sərbəst buraxıb.
 
Ardını oxu...
Kürdəmirdə xəstəxanaya gətirilən azyaşlı ölüb.

TEREF "Report"a istinadla xəbər verir ki, hadisə saat 20:00 radələrində qeydə alınıb.

Belə ki, Göygöl sakini, 2023-cü il təvəllüdlü Məmmədov Ramal Ramin oğlu yaxınları ilə avtomobillə Kürdəmir ərazisindən keçərkən halı pisləşib.

Yaxınları onu Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.
 
Ardını oxu...
Bakının Səbail rayonunda məktəbin həyətində ata iki uşağını dərsə aparan zaman naməlum şəxslərin hücumuna məruz qalıb.

TEREF Teleqraf-a istinadən xəbər verir ki, jurnalist Pərvin Abışovanın bildirdiyinə görə, hadisə Səbail rayonunda yerləşən 49 saylı orta məktəbin həyətində baş verib.

Biri oğlan, biri qız olmaqla iki uşağını məktəbə aparan kişi hücuma məruz qalıb. Maşından düşən beş nəfər kişiyə hücum edərək uşaqları qaçırıb.

Hadisə ilə bağlı polisə məlumat verilib və polis əməkdaşları məktəbə gəlib.

Bildirilib ki, hadisə ilə bağlı iki qadın tutularaq 8-ci polis bölməsinə gətirilib. Cinayəti törədən şəxslərin hadisə yerinə gəldikləri maşının tapılması istiqamətində tədbir görülür.

Teleqraf-ın əldə etdiyi məlumata görə, uşaqları qaçıran anası olub. Uşaqlar daha öncə Cəlilabad rayonunda təhsil alıblar. Bu ilin aprel ayının birindən elektron yerdəyişmə ilə Səbail rayonu 49 nömrəli məktəbə keçid ediblər. Səhər şagird qəbulu zamanı ana uşağı qaçırmaq istəyib, məktəb rəhbərliyi işə müdaxilə edib, mübahisə yaranıb. Polis valideynləri və yaxın qohumları bölməyə aparıb.

Digər bir məlumata görə, qaçırılan şagirdlərin əmisi uşağı da 49 nömrəli məktəbdə təhsil alır. Onun da valideynləri arasında münaqişə var. İddiaya görə, saxlanılan digər qadın da həmin uşağın anasıdır.
Ardını oxu...
Bakıda yağan intensiv yağış nəticəsində “Sədərək” ticarət mərkəzini su basıb. Baku TV-nin hadisə yerindən verdiyi məlumata görə, yağıntı nəticəsində bəzi ticarət obyektləri və ara yollar suyun altında qalıb.

Bildirilir ki, ərazidə suyun hündürlüyü 20 santimetrə qalxıb. Hələ ki hansısa mağazaya zərər dəyməyib.

Ticarət mərkəzində işləyənlər kanalizasiya quyularının qapaqlarını açaraq suyun ora axmasına çalışırlar.

 
 
 
Ardını oxu...
“Bakıxanov Residence”də mənzillərin keyfiyyətsiz olması ilə bağlı fakt paylaşılıb.

TEREF xəbər verir ki, bununla bağlı bloger Səma sosial şəbəkədə məlumat verib.

Bildirib ki, mənzili yağan yağışlar səbəbindən su ilə dolur. Hətta binanın liftləri belə işləmir. Tribunainfo.az

 
 
 

Dünyapress TV

Xəbər lenti