Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq
Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.

Tribunainfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stolteneberq Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Biz həmçinin iyulda Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə etdik. Cənab Prezident, mən sizi həmin görüşdə qarşılamağı səbirsizliklə gözləyirəm”, – Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, NATO müttəfiqləri Ukraynaya yardımın sürətləndirilməsi və artırılması barədə razılığa gəlib. Baş katib ABŞ, Böyük Britaniya, Almaniya və Niderlandın Ukraynaya hərbi yardımla bağlı elanlarını xatırladıb.

“Mən ümid edirəm ki, daha çox ölkə bu yardımlara qoşulacaq və bu mənada tezliklə yeni yardım bəyanatları gözləyirəm. Biz Ukraynanın təcili ehtiyaclarını qarşılamaq üçün çalışırıq. Mənim mövqeyim hər zaman aydın olub. Mən bildirmişəm ki, əgər müttəfiq ölkələr NATO-nun hərbi büdcəsi üzrə tələbləri qarşılamaq, yoxsa Ukraynaya dəstək verməklə bağlı seçim qarşısında qalsalar, onlar Ukraynaya dəstək verməlidirlər. Boşalan hərbi anbarları doldurmaq olar, ancaq itirilən həyatları geri qaytarmaq mümkün deyil”, – Stoltenberq vurğulayıb.

Baş katib əlavə edib ki, Ukraynanın haqlı yeri NATO-dadır, Ukrayna NATO-nun üzvü olacaq: “Bu gün bizim qət etdiyimiz yol onu NATO üzvlüyünə yaxınlaşdırır. Vaxtı çatan kimi Ukrayna dərhal üzv olacaq. NATO-nun mənzil-qərargahında Ukraynanın bayrağının dalğalanacağı günü səbirsizliklə gözləyirəm.

NATO Ukraynanın və özünün təhülkəsizliyi üçün bu ölkənin yanında dayanır”.

Baş katib onu da bildirib ki, Ukraynanın NATO-ya üzv olması üçün 32 müttəfiq buna razılıq verməli, bunun reallaşması üçün konsensus olmalıdır. Yens Stoltenberq deyib ki, iyulda keçiriləcək sammitə qədər bu konsensusun olacağını gözləmir.

Bölmənin digər xəbərləri

20 May 2024 Putin anladı ki, ən etibarlı əsgərləri... - NYT
20 May 2024 İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür edib
20 May 2024 Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapıb
20 May 2024 Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik
20 May 2024 Helikopter qəzasında ölənlərin adları açıqlandı - FOTO
20 May 2024 İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları bildirildi
20 May 2024 Bu ölkədə dövlət çevrilişinin qarşısını alınıb
19 May 2024 Ukrayna ilə bağlı sülh konfransının məqsədi budur - Lavrov
19 May 2024 Portuqaliyalı siyasətçi türkləri özünəməxsus şəkildə təhqir etməklə parlamenti çaşdırıb
19 May 2024 5 ay ərzində III Dünya müharibəsi başlaya bilər: “Bu dəliyə görə…”
19 May 2024 Ermənistanda növbəti atışma - Ölənlər və yaralanan var
18 May 2024 Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
18 May 2024 Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
17 May 2024 Tokayev pedofillərin ölkəyə girişini qadağan etdi
17 May 2024 XAMENEİNİN QƏZETİNDƏN AZƏRBAYCANA HƏDƏ – “İran “Azərbaycana necə pislik edə bilərəm” düşüncəsindədir”
17 May 2024 Səlahəddin Dəmirtaşa hökm oxunub
16 May 2024 Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
16 May 2024 KİYEV UZAQDIR, XARKOV YAXIN... – Putin Dneprə çıxmaq üçün 1 milyon əsgər itirməyə hazırdır!
16 May 2024 Gürcüstanda qanun çəkişməsi: Prezidentin vetosu ləğv ediləcək?
16 May 2024 Slovakiyanın baş nazirinə sui-qəsd oldu - Robert Fitso güllə yarası alıb

Dünyapress TV

Xəbər lenti