Azərbaycanın bərpa etdiyi ədalət
Hazırda dünyanın müxtəlif yerlərində separatizm və işğaldan əziyyət çəkən ölkələr var.

Üstəlik, bütün beynəlxalq təşkilatların və dövlətlərin diqqəti də məhz həmin bölgələrdədir. Dünya liderləri tərəfindən də müxtəlif ərazilərdə yaşanan separatizm və işğal faktları ilə bağlı bəyanatlar eşidirik. Ukrayna, Gürcüstan, Qəzza kimi nümunələri buna misal çəkmək olar. Bu tip məsələlərin hamısı da dünyanın diqqət mərkəzindədir.

Amma eyni diqqəti 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı görmədik. Ermənilərin Qarabağı işğal etdiyi, torpaqlarımızda separatizm ocağı qurduğu illərdə beynəlxalq təşkilatlar və dünya dövlətləri buna biganə yanaşdı.

Lakin Azərbaycan beynəlxalq ədaləti öz gücünə bərpa etdi. Bununla da həm beynəlxalq hüquq, həm də ilahi ədalət öz yerini tapdı. Prezident İlham Əliyev də 16 may tarixində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu məsələyə toxunub:

“Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla öz münaqişəni həll etdi”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ölkəmiz 30 il ərzində işğal faktı ilə qarşı-qarşıya idi və bundan ciddi surətdə əziyyət çəkirdi:

“Nəzərə alsaq ki, Azərbaycan yenicə müstəqilliyini əldə etmişdi və ayaq üstə durmağa çalışan dövlət idi. Ona görə də işğal faktı çox ciddi əlavə problemlər yaratdı. Bir milyon vətəndaşımız qaçqın düşdü, təxminən 20 faizdən artıq ərazimizin işğal olundu. Bu isə həm ölkənin inkişafına, həm də iqtisadiyyatına ciddi əngəl yaradırdı. Baxmayaraq ki, 1992-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsi, habelə Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələri var idi.

Amma işğalçı dövlət öz siyasətindən əl çəkmirdi”.

Partiya sədri qeyd edib ki, əslində beynəlxalq təşkilatlar da artıq bu prosesə biganə yanaşırdı:

“30 il ərzində Azərbaycana qarşı ikili standartlı münasibətə şahidlik edirdik. İşğalçı tərəfə isə “gözün üstdə qaşın var” deyən də yox idi. Yalnız zamanında beynəlxalq müstəvidə bir mexanizm formalaşdırılmışdı. ATƏT-in Minsk qrupu timsalında ABŞ, Rusiya və Fransa kimi böyük dövlətlər təmsil olunurdular. Amma bu həmsədrlər də cinayətkarcasına fəaliyyətsizlik göstərməklə zaman keçdikcə Azərbaycanın işğal altında olan ərazilərini Ermənistanın xeyrinə gələcəkdə rəsmiləşdirmək siyasəti yürüdürdülər.

Bütün bunların fonunda isə biz gücləndik və öz gücümüzə ordu qurduq, onu yeni müasir silahlarla silahlandırdıq. Əsgərimizi, zabitinizi yeni müasir dövrə uyğun təlimlərdə iştirakına şərait yaratdıq. Nəticədə, BMT qətnamələrini, Avropa Şurası və Avropa Parlamentinin qərar və qətnamələrini öz gücümüzə icra etdik”.

Həmsöhbətimiz əlavə edib ki, əslində faktiki olaraq Azərbaycana diqqət yox idi:

“Diqqət yalnız Ermənistana idi. Hətta bu illər ərzində böyük dövlətlər tərəfindən Ermənistana əlavə dəstək də verilir, maddi yardımlar da edilirdi. ABŞ Azadlığa dəstək aktına əlavə edilən 907-ci düzəlişlə Azərbaycana qarşı münasibətlərini növbəti dəfə ortaya qoymuşdu. Bu gün də oxşar hadisələrin baş verdiyini və Azərbaycana yönəlik münasibətlərdə fərqliliklər olduğunu görürük”.

Arzuxan Əlizadə vurğulayıb ki, Azərbaycan istənilən halda, problemi öz gücünə həll edib:

“Bundan sonra da problemlərini öz gücünə həll edəcək. Bir daha diqqətdə saxlamalıyıq ki, dünya heç də ədalətli deyil. Təəssüf ki, dünyada güc hüququ da mövcuddur. Kim güclüdürsə, o haqlıdır. Bu prizmadan yanaşaraq özünüz güclü olmalıyıq.

Azərbaycan regionun əsas söz və güc sahibinə çevrilib. Bundan sonra gücümüzü daha da artırmalıyıq ki, bizə yönəlik ikili standartlardan əziyyət çəkməyək”.

Bölmənin digər xəbərləri

16 İyun 2025 “Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika
15 İyun 2025 Laçının Sus kəndində “Son zəng” sevinci yaşandı - FOTOLAR
13 İyun 2025 Laçının Baş Planı təsdiqləndi
13 İyun 2025 Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq
13 İyun 2025 Şuşa ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM
12 İyun 2025 Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür
06 İyun 2025  Komitənin tikintisinə 6 gündür icazə verdiyi Şuşadakı bank binası hazırdır
05 İyun 2025 MİDA-nın Füzulidə tikdiyi mənzildən şikayət - FOTO
02 İyun 2025 Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
02 İyun 2025 “Qarabağda hər kəs ev tikə bilməz” - Asəf Quliyev
31 May 2025 Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı
30 May 2025 İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30 May 2025 Azad olunmuş torpaqlara köç artır - Bu il geri dönüşdə rekord qeydə alınıb
30 May 2025  BU NƏDİ BELƏ: İqtisadiyyat Nazirliyinin siyahısında Ağdərə rayonu yoxdur – FOTOFAKT
28 May 2025 Prezident Bəylik kəndinin açılışında - Fotolar
28 May 2025 Laçın Hava Limanı Hansı Üstünlüklər Vəd Edir?
28 May 2025 Prezident Şahbaz Şəriflə Laçında nahar masasında – Fotolar
27 May 2025 İlham Əliyev Laçında açılışlar etdi - FOTO
27 May 2025 Daha 48 ailə doğma yurda yola salınıb
26 May 2025 Baş nazirdən Laçın Hava Limanı ilə bağlı SƏRƏNCAM

Dünyapress TV

Xəbər lenti