“KADIROV NƏ DİRİ, NƏ DƏ ÖLÜ OLACAQ...” -
Son zamanlar Çeçenistan başçısı Ramzan Kadırovun sağlıq durumu ətrafında müxtəlif ziddiyyətli məlumatlar dolaşmaqdadır. Onun xarici görünüşündəki dəyişikliklər, şişkinliyi, ağır nəfəs alması və s. kimi aşkar əlamətlər bu söz-söhbətlərin əsassız olmadığına dair qənaət yaradır.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Novaya qazeta” nəşri mötəbər mənbələrə istinadla və apardığı jurnalist araşdırması əsasında Ramzan Kadırovun sağalmaz xəstəlikdən əziyyət çəkdiyini yazıb. Qəzet qeyd edir ki, Çeçenistan liderinin səhhəti sürətlə pisləşir.

Qəzetin Rusiya səhiyyəsindəki mənbələrinə istinadla verdiyi məlumata görə, hələ 2019-cu ilin yanvarında Çeçenistan rəhbərinə “pankreas nekrozu” diaqnozu qoyulub. Həmin vaxt o, bunu yüngül soyuqdəymə kimi izah edərək məcburi məzuniyyətə çıxmışdı. Ancaq adi soyuqdəyməni müalicə etmək üçün nədən bir neçə ağır müalicə kursunun lazım olduğu aydın deyildi.

Yazıda qeyd olunur ki, “pankreas nekrozu” son dərəcə ciddi, ağır və demək olar ki, sağalmaz bir xəstəlikdir. Onun ölümlə nəticələnmək ehtimalı və nisbəti isə yüksəkdir. Buna görə 2019-cu ildən başlayaraq Kadırov ildə ən azı iki dəfə müvafiq prosedurlardan keçməyə məcburdur. Üstəgəl, 2020-ci ilin yayında “Covid”-ə yoluxduqdan sonra “pankreas nekrozu”na endokrin sistemlə bağlı ciddi problemlər də əlavə olunub.

2022-ci ilin yazından etibarən Kadırovun səhhəti o qədər pisləşib ki, bunu ətrafındakı hər kəs hiss etməyə başlayıb: “Böyrək çatışmazlığı və ağciyərlərdə maye durğunluğu səbəbindən Kadırov sadəcə olaraq şişirdi. Bundan sonra ağır nəfəs almağa, çətinliklə danışmağa, yavaş-yavaş yeriməyə və Çeçenistan iqlimi üçün çox isti geyinməyə başladı”.

Yazıda bildirilir ki, hamı Çeçenistan liderinin Putinin 2023-cü ilin fevralında federal müraciətində iştirak etməməsinə və iyunda Putinin Şimali Qafqaz regionlarının rəhbərləri ilə turizmlə bağlı görüşünə qatılmamasına diqqət yetirib.

Kadırovun səhhətindəki ciddi problemlərin nəhayət, ötən ilin sentyabrında özünü qabarıq şəkildə büruzə verdiyi qüyd olunur. Belə ki, həmin vaxt Kadırov kəskin ağciyər çatışmazlığı ilə Rusiya Federasiyası Prezident Administrasiyası Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər hesab edirlər ki, bu vəziyyət xəstənin şiddətli ağrı, yuxusuzluq və artan narahatlıqla mübarizə üçün istifadə etdiyi trankvilizator – “Dormicum”un dozasının həddindən artıq yüksək olması ilə əlaqədar olub.

“Novaya Qazeta” sonda 47 yaşlı Kadırovun səhhətinin gertdikcə daha sürətlə pisləşdiyini qeyd edərək, Çeşenistan liderinin ətrafının bədbin gözləntilərini ifadə edib: “Çeçenistan rəhbərinin ətrafındakı insanlar ekspertiza zamanı Kadırovun beyninə dair MRT məlumatlarından xüsusilə narahatdırlar”.

Qəzet Kadırovun səhhətindən və tibbi müayinələrindən xəbərdar olan yüksək vəzifəli çeçen məmurlarından birinin sözlərini sitat gətirir: “Əvvəlki lider artıq olmayacaq, xəstəlik ciddi təsir göstərəcək. Hətta indi o, özünə gəlsə belə, nə diri, nə də ölü olacaq...”
 
 
 

Bölmənin digər xəbərləri

04 May 2024 ABŞ kəşfiyyatı: Putin Qərblə bağlı “paranoyik qorxu”ya malikdir
04 May 2024 Norveç xüsusi xidmət orqanları Rusiya casus şəbəkəsini ifşa etdi
04 May 2024 Zaxarova Danimarkanı hədələdi: Sərt addımlar atılacaq...
03 May 2024 2024-cü ildə ən sürətlə inkişaf edəcək ölkələr – SİYAHI
03 May 2024 Zelenski: “Müharibədə qalib gəlmədən NATO-ya daxil ola bilmərik”
03 May 2024 Təkliflər ard-arda gəldi – Zelenski Bakıya gəlir, Azərbaycan isə…
02 May 2024 Minlərlə milyonerin köçdüyü şəhər: Səhranın ortasındakı cənnət varlıları necə cəlb edib?
02 May 2024 Gürcüstan parlamentində kritik təhlükəsizlik səviyyəsi elan edilib - YENİLƏNİB + VİDEO
02 May 2024 ABŞ 16 gəmini sanksiya siyahısına əlavə edib
02 May 2024 “Xarici agentlər haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi
01 May 2024 “O, siyasi terrorçudur” - Səməd Seyidov
01 May 2024 Gürcüstan prezidenti TƏLƏB ETDİ: Tbilisidə nümayişçilərin dağıdılması dayandırılsın
01 May 2024 Tbilisidə polislə etirazçılar arasında iğtişaş baş verib
01 May 2024 "Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır"
01 May 2024 Məhkəmə Trampı 11 min dollar CƏRİMƏLƏDİ
01 May 2024 Zelenski: “Ukrayna yalnız Rusiya qalib gəldikdən sonra NATO-ya üzv ola bilər”
30 Aprel 2024 Gürcüstanda müxalifət inqilaba hazırlaşır? - Kobaxidze
30 Aprel 2024 Paşinyanın deputatından delimitasiya açıqlaması: “Yeni sərhəd çəkmirik”
30 Aprel 2024 Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…
30 Aprel 2024 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq

Dünyapress TV

Xəbər lenti