Beynəlxalq Arbitraj Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasını araşdırır
Haaqa Sülh Sarayında Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyasına əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik “qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər” əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.

“2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub”, – məlumatda qeyd edilib.

Məlumatda həmçinin deyilir ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağa davam edir.

“Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə Konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində, ədaləti təmin etmək üçün ciddi səydir”, -Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir.(Turan)
 

Bölmənin digər xəbərləri

30 Aprel 2024 Gürcüstanda müxalifət inqilaba hazırlaşır? - Kobaxidze
30 Aprel 2024 Paşinyanın deputatından delimitasiya açıqlaması: “Yeni sərhəd çəkmirik”
30 Aprel 2024 Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…
30 Aprel 2024 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq
30 Aprel 2024 KFC, boykot səbəbilə bu ölkədəki 108 filialını bağladı
29 Aprel 2024 Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü
29 Aprel 2024 Borrel bir daha avropalıların Donbas uğrunda ölməyə getməyəcəklərini bəyan edib
29 Aprel 2024 İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu
29 Aprel 2024 Putinə andiçmədə elə bir hədiyyə veriləcək ki- FOTO
28 Aprel 2024 Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb
28 Aprel 2024 “Xəyali Ermənistandan reallığa keçid etməliyik” - Paşinyan
28 Aprel 2024 Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel 2024 Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
27 Aprel 2024 KİV: Ərdoğan ABŞ səfərini təxirə salıb
26 Aprel 2024 Dubayda dünyanın ilk müalicəvi adası salınır
26 Aprel 2024 Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
26 Aprel 2024 Britaniya 4 İran şirkətinə qarşı sanksiya tətbiq edib
26 Aprel 2024 ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
25 Aprel 2024 Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Aprel 2024 “KADIROV NƏ DİRİ, NƏ DƏ ÖLÜ OLACAQ...” - Çeçenistan lideri sağalmaz xəstəliyə tutulub?

Dünyapress TV

Xəbər lenti