Bazarlar od tutub yanır: Alan da narazıdır, satan da… - REPORTAJ
Yaz gəlib, havalar isinib.

Bakıvaxtı.az-ın məlumatına görə, bazarlarda, mağazalarda piştaxtaların mövsüm meyvələri ilə bəzənməsi də yazı hiss etməmizə bir səbəbdir.

İlboyu çoxunun gözlədiyi alça, çiyələk mövsümü başlayıb artıq. Amma… Bu işin amması odur ki, qiymətlər yenə də əl yandırır.

Bazardan reportaj hazırlamaq məqsədilə evdən çıxıb yolboyu məhəllə dükanlarına, marketlərə də baş çəkdim. Qiymətlərə yaxın durulası deyil.

Bu da Sumqayıt bazarı. Qiymətləri market qiymətlərindən o qədər də fərqlənməyən bazar.

Alça satılan piştaxtaya yaxınlaşıram.. Qiyməti soruşuram:

- Dünən 25 manata satmışam. Bu gün 20 manatdır.

Yavaş-yavaş ordan uzaqlaşmaq istədiyimi görən satıcı müştərisini qaçırmaq istəmir, deyəsən:

- Getmə, gəl sənə 18-dən verərəm.

Bir stəkan alça alıb satıcıyla söhbətə başlayıram.

Satıcı piştaxtanın altından duz çıxarıb təklif edir:

- Nübar edirsənsə, niyyət tut ye, qızım.

- Kilosu 25-26 manata alçanı alan varmı, ay dayı?

- Alan olmasa gətirməzdik ki..

- Nə vaxtdan ucuzlaşacaq?

- Var hələ ki. Bir 10-15 gündən sonra qiymət düşəcək.

Elə bu sırada bir müştəri yaxınlaşdı. Alçanın qiymətini soruşdu. Kilosu 25 manat olduğunu eşidib kinayəli şəkildə gülərək bir söz demədən uzaqlaşdı...

- Parnik alçalarıdır bunlar?

- Yox ey, nə parnik. Təmiz göyçədir.

Piştaxtada qıpqırmızı çiyələk diqqətimi çəkir. Qiymətinin 5 manat olduğunu bildirən dayı ilə sağollaşıb bir az da gəzməyə başladım.

Ondan uzaqlaşdıqdan sonra başqa bir satıcıya yaxınlaşdım.

- Bazar olsun. Çiyələk neçəyədir?

Satıcının 3 manat sözü ağzında yarımçıq qaldı. Qonşu satıcı “a qızım gəl, 2.50-dən apar” deyib məni çağırdı.

Elə bu əsnada bir xanım gəlib ondan bir yeşik çiyələk aldı.

Satıcılardan uzaqlaşıb, alıcılarla söhbətləşməyə başladım.

Aynur adlı alıcı qiymətlərin çox baha olduğunu, uşaqla bura gələ bilmədiyini bildirdi:

- Demək olar bütün piştaxtalarda alça var. Çiyələk bir az ucuzdu yenə - 2-3 manata tapmaq olur. Amma kilosu 20 manata alça olar? 1 manatlıq-2 manatlıq alaq desək, onda da 2-3 dənə düşər. Dəhşətdir…”

Bir başqa dayıya yaxınlaşdım. O da qiymətlərdən narazı olduğunu desə də, satıcıları qınamır:

- Ay qızım, düzdür qiymətlər bahadır. Amma yazıq satıcı nə etsin? O da ailəsini dolandırmalıdır da.

Alıcılardan bir başqası isə əvvəlki günlərlə müqayisədə qiymətin bir az düşdüyünü deyir:

-Uşaqla bazara gəlməyinə peşman olursan. İstəyir, almalısan, - deyib 20 manatlıq alçadan yarım kilo alaraq yoluna davam etdi.

Belə… Bu da aprelin sonunda bazarda müşahidə olunan durum.

İndi bazarda kilosu 20 manat olan alça bir azdan 1 manata ağzı günə qalacaq. Çox yox, 10-15 gün də gözləyək…

Mina Mikayılova
 
 
 

Bölmənin digər xəbərləri

06 May 2025 3 gündə 1 milyonluq tender udan şirkət- “VNM SERVİS”
06 May 2025 Türkiyədə yeni maaşlar bəlli oldu – DİQQƏT
06 May 2025  Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb: 2,1 milyard - İLGİNC FAKT
06 May 2025 Nərimanovda 4 milyona bina evi satılır – Dubleks mənzil yoxsa ikiqat qiymət?
06 May 2025 Azərbaycanın dövlət büdcəsi “aşıb-daşır” - Gəlir proqnozdan çox olub, artıqlıq yaranıb
05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti