Medvedyevin sensasion bəyanatı: “Crocus” terroru, ASALA... - VİDEO
Martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib.

Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Hadisənin gedişatı isə hər kəsə məlumdur. Onlarla günahsız qurban, yaralılar...

Təbii ki, bu cür rezonans doğuran hadisəni, terror aktını yalnız bu prizmadan qiymətləndirmək, radikal qrupların təşəbbüsü kimi görmək sadəlövhlük olardı. Bu mənada “Crocus” terrorunun pərdəarxası məqamlarını görmək və hadisənin əsl günahkarlarını, əlində silah olmayan kostyumlu şəxsləri araşdırıb ortaya çıxarmaq, bu şəxslərin təmsil etdiyi güclərin oyunlarını sezmək və ifşa etmək gərəklidir.

Elə bu yoldan irəliləyərək xüsusi bir məqamı diqqətdə saxlamaq lazımdır. Bu məqam bizə hadisənin əsl mahiyyətini tam olmasa da, müəyyən qədər açmağa və əsl müqəssirləri tanımağa imkan verə bilər.

Aprelin 6-da Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyevin terror aktına dair açıqlaması bütün dünyada ən azı bu amansız cinayət qədər geniş müzakirə mövzusuna çevrildi, rezonans doğurdu:

“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir. Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır”.

Göründüyü kimi primitiv muzdlu qatillərin bu cinayətdə sadəcə adi, cılız fiqurlar olduğunu D.Medvedyev də qeyd edir. Əsas sensasion məqam isə birbaşa olaraq cinayətin, bəşəriyyətə qarşı törədilmiş qanlı əməlin əsas sponsorunun Makron, Fransa olduğunun ifşa edilməsidir.

Yəqin ki, D.Medvedyev kimi Rusiya rəhbərliyinin ən nüfuzlu simalarından birinin dilindən hansısa şayiə və ya fərziyyənin ifadə edilməsindən söhbət belə gedə bilməz. Məsələnin həssaslığı nəzərə alındıqda Kremlin D.Medvedyevin dili ilə uydurmalara əsaslanaraq fikir bildirməsi ən azı inandırıcı görünmür. Görünür, D.Medvedyevin açıqlaması Rusiyanın kifayət qədər geniş şəbəkəyə sahib və dünyanın istənilən yerindən informasiya toplamaq iqtidarında olan kəşfiyyat bölmələrinin məxfi məlumatlarına əsaslanır. Yəni, bu çıxış mahiyyətcə ittiham xarakteri daşımır, əksinə cinayətkarın birbaşa ifşasıdır.

“Crocus” terroru ilə bağlı başqa bir diqqətçəkən məqam isə hədəf kimi məhz Azərbaycan əsilli iş adamlarına məxsus konsert zalının seçilməsidir. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti heç kimə sirr deyil. Xüsusən son dövrdə Cənubi Qafqazda söz sahibi olmağa cəhd göstərən Fransa bu regionda qüvvələr balansını dəyişməyə çalışır. Buna isə Azərbaycan və Rusiya arasında istənilən gərginliyi yaratmaqla nail olmağı planlaşdırır. Elə “Crocus” terrorunda da motivlərdən biri məhz Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək olub. Təbii ki, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq təşəbbüsü, ümumən din amilinin önə çıxarılması da yuxarıda sadalanan fikirləri qüvvətləndirir.

Üstəlik, Fransa terrorla sıx əlaqələri olan, keçmişi bəşəriyyətə qarşı ağır cinayətlərlə dolu olan bir ölkədir. Afrikadakı müstəmləkələrində törətdiyi vəhşiliklər, soyqırımı və qətllər, ona qarşı çıxan, soyqırımı, etnik təmizləmə siyasətini qəbul etməyən siyasətçilərin öldürülməsi Fransanın heç zaman humanist dövlət imici formalaşdırmasına imkan tanımayacaqdır. Terrora gəlincə, yəqin ki, Suriyada fəaliyyət göstərən “Lafarge” şirkətinin İŞİD terror qruplaşması, həmçinin YPG/PKK ilə əlaqələrini unutmaq olmaz.

Bu əlaqələr ən açıq şəkildə Türkiyənin “TRT World” kanalının efirində yayımlanan sənədli filmdə ifşa olunub.

Bölmənin digər xəbərləri

30 Aprel 2024 Gürcüstanda müxalifət inqilaba hazırlaşır? - Kobaxidze
30 Aprel 2024 Paşinyanın deputatından delimitasiya açıqlaması: “Yeni sərhəd çəkmirik”
30 Aprel 2024 Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…
30 Aprel 2024 Stoltenberq: Ukrayna NATO-nun üzvü olacaq
30 Aprel 2024 KFC, boykot səbəbilə bu ölkədəki 108 filialını bağladı
29 Aprel 2024 Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü
29 Aprel 2024 Borrel bir daha avropalıların Donbas uğrunda ölməyə getməyəcəklərini bəyan edib
29 Aprel 2024 İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu
29 Aprel 2024 Putinə andiçmədə elə bir hədiyyə veriləcək ki- FOTO
28 Aprel 2024 Təbrizdə 9 il əvvəl ‘Türk Dil Qurumu’ yerinə təsis edildiyi açıqlanan ‘Azərbaycan Fondu’ hələ fəaliyyətə başlamayıb
28 Aprel 2024 “Xəyali Ermənistandan reallığa keçid etməliyik” - Paşinyan
28 Aprel 2024 Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel 2024 Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB
27 Aprel 2024 KİV: Ərdoğan ABŞ səfərini təxirə salıb
26 Aprel 2024 Dubayda dünyanın ilk müalicəvi adası salınır
26 Aprel 2024 Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
26 Aprel 2024 Britaniya 4 İran şirkətinə qarşı sanksiya tətbiq edib
26 Aprel 2024 ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib
25 Aprel 2024 Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
24 Aprel 2024 “KADIROV NƏ DİRİ, NƏ DƏ ÖLÜ OLACAQ...” - Çeçenistan lideri sağalmaz xəstəliyə tutulub?

Dünyapress TV

Xəbər lenti