Ardını oxu...
Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Pavel Zarubinin teleqram kanalında məlumat verilib.

Kadırov onun səhhəti ilə bağlı yalan məlumat yayanlardan danışaraq, belə insanların “dövləti, dinləri və xalqları məhv etmək” niyyətində olduğunu vurğulayıb.

“Mən tamamilə sağlamam”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, daha öncə Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə məlumat yayılmışdı.
 

 

Ardını oxu...
2-ci tip diabetin müalicəsində istifadə edilən və bəzən həkimlər tərəfindən arıqlamaq üçün təyin edilən “Ozempic” dərmanının qida asılılığı ilə mübarizə aparmaqdan da artıq əhəmiyyəti sübuta yetirilib.
Xarici medianın məlumatına görə, internet istifadəçiləri “DailyMail”ə bildiriblər ki, “Ozempic” qəbul etməyə başlayandan sonra spirtli içki içmək və qumar oynamaq həvəslərini itiriblər.
Dərman mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olmaqla və qaraciyərdə qlükaqon hormonunun istehsalını azaltmaqla işləyir. İştahı yatırır və mədəni ləngidir, beləliklə siz daha uzun müddət toxluq hiss edirsiniz. Mədəaltı vəzinin insulin istehsal etməsinə kömək etdiyi üçün “Ozempic” 2 tip diabetli insanlara tövsiyə edilir. Dərman müəyyən hormonal xəstəliklərin müalicəsində də təsirli ola bilər.
“DailyMail”in keçirdiyi sorğunun iştirakçılarından biri olan amerikalı Karen Ramirez “Ozempic”i polikistik yumurtalıq sindromu ilə əlaqədar qəbul edib. Bu xəstəlik yumurtalıqların həddindən artıq miqdarda kişi cinsi hormonları istehsal etməsinə səbəb olur. Qadın onu qəbul etməyə başladıqdan bir neçə ay sonra alkoqoldan nifrət etdiyini deyib. Eyni təsiri bir neçə anonim şəxs qeyd edib. Bəzi iştirakçıların sözlərinə görə, bu dərman alkoqolizmdən əziyyət çəkən insanlara kömək edə bilər.
Ardını oxu...
Dəfnə yarpağı şorbalar, güveçlər, souslar və müxtəlif yeməkləri dadlandırmaq üçün kulinariya otu kimi istifadə olunur. Onlar yalnız özünəməxsus bir dad əlavə etmir, həm də bir sıra potensial sağlamlıq faydaları təklif edir.

Teref.Az Sağlamolun.az-a istinadla bu faydaların bir neçəsini təqdim edir:

Həzmə kömək edir: Dəfnə yarpağında həzmi yaxşılaşdırmağa kömək edən birləşmələr var. Onlar həzmsizlik, şişkinlik və qaz simptomlarını azaldır.

İltihab əleyhinə: Dəfnə yarpağında iltihab əleyhinə xüsusiyyətlərə malik fitonutrientlər var. Bu, artrit kimi iltihabı ehtiva edən şərtlər üçün faydalıdır.

Antioksidant xüsusiyyətləri: Dəfnə yarpağı C və A vitaminləri kimi antioksidantlarla zəngindir ki, bu da bədəndəki zərərli sərbəst radikalları zərərsizləşdirməyə kömək edir və xroniki xəstəliklərin riskini potensial olaraq azaldır.

Qan nəkərinə nəzarət: Bəzi tədqiqatlar göstərir ki, dəfnə yarpağı insulin funksiyasını yaxşılaşdırmağa və qan şəkərinin səviyyəsini azaltmağa kömək edir. Bu, diabetli və ya onun inkişaf riski olan şəxslər üçün çox faydalıdır.

Ürək sağlamlığı: Dəfnə yarpağında olan birləşmələr pis xolesterinin səviyyəsini aşağı salmağa və ürək xəstəliyi riskini azaltmağa kömək edir.

Tənəffüs sağlamlığı: Qaynayan dəfnə yarpaqlarından buxarla nəfəs almaq tıxanıqlıq və öskürək kimi tənəffüs problemlərini aradan qaldırmağa kömək edir. Dəfnə yarpağı yağı tənəffüs faydaları üçün aromaterapiyada da istifadə olunur.

Antibakterial və antifungal: Dəfnə yarpağı müəyyən bakteriya və göbələklərlə mübarizə aparmağa kömək edən antimikrobiyal xüsusiyyətlərə malik birləşmələri də ehtiva edir.

Ağrı kəsici: Dəfnə yarpağı yağı, topik olaraq tətbiq edildikdə, oynaq və əzələ ağrılarını rahatlaşdırır.

Stress və anksiyetenin azaldılması: Dəfnə yarpağı ətiri sakitləşdirici təsirə malikdir və stress və narahatlığı azaldır.

Saç sağlamlığı: Dəfnə yarpağı ekstraktları bəzən saç sağlamlığını yaxşılaşdırmaq və kəpəyi azaltmaq potensialına görə saç baxım məhsullarında istifadə olunur.

Qeyd etmək vacibdir ki, dəfnə yarpaqları sağlamlıq üçün potensial faydalar təqdim etsə də, həddindən artıq miqdarda deyil, yeməkdə ədviyyat kimi orta dərəcədə istifadə edilməlidir. Bundan əlavə, dəfnə yarpağına və ya əlaqəli bitkilərəallergiyası olan şəxslər onlardan istifadə etməməlidirlər və hamilə və ya laktasiya edən qadınlar dəfnə yarpağı əlavələri və ya ekstraktlarından istifadə etməzdən əvvəl tibb işçisi ilə məsləhətləşməlidirlər.
Ardını oxu...
Süni rəng, dadlandırıcı və aromatizatorlar qatılmış hazır qidalar, paket ərzaqlar, kremli, rəngli şirniyyatlar mədəaltı vəzini sıradan çıxarır.

“Medicina” xəbər verir ki, endokrinoloq Yekaterina Yanq bu zərif orqanın heç sevmədiyi əlavəni açıqlayıb.

“Bu 2 maddə demək olar bütün müasir qidalarda var. Rasiondan tərkibində yağdan əlavə süni rəng və dadlandırıcı olan bütün qidaları çıxarın.

Tərkibində şəkər, karbohidrat olan qidalar bu vəzin funksiyasını zəiflədir.
Mayalı ağ çörək, un məmulatları, bulka, tortlar, konfetlər – ayda bir iki dəfə yeyə biləcəyiniz qidalar olmalıdır.

Sosis və kolbasalarda olan rəng və dadlandırıcı da mədəaltı vəzə ziyandır. Mədəaltı vəz şirniyyatı sevmir”.

 
Ardını oxu...
 
Bəzi tərəvəz növləri var ki, onlar həzm prosesi üçün zərərlidir. 
Bu qidalar orqanizmdə bir sıra narahatlığa səbəb ola bilər. 
Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi "sağlam" adlandırılan tərəvəzlərlə də diqqətli olmaq lazımdır. Çünki onlar köp və şişkinliyə səbəb ola bilər. Tərəvəzlər balanslaşdırılmış pəhriz üçün çox vacibdir. Onların tərkibində qida maddələri, vitaminlər, minerallar və lif var. Bu qidalar müxtəlif formalarda, rənglərdə və dadlarda olurlar. Bununla belə, bəzi tərəvəzlər insanlarda narahatlıq yarada bilər.
Məlumata görə, brokoli, gül kələm kimi tərəvəzlər qaz və şişkinliyin potensial səbəbkarlarıdır. Bu tərəvəzlərdə həzmi poza bilən rafinoza və fruktoza kimi mürəkkəb şəkər eləcə də liflər var. Onlar yoğun bağırsağa çatdıqda, bakteriyalar onları fermentləşdirir və qaz meydana gəlməsinə səbəb olur.
Məsələn, kələmdə kükürd birləşmələri var ki, onlar kolon bakteriyaları tərəfindən parçalandıqda, şişkinliyə səbəb olan hidrogen sulfid kimi qazları buraxırlar. Buna baxmayaraq, bu tərəvəzlər yaxşı qida mənbəyi hesab olunur.
Əgər narahatlıq hiss edirsinizsə, istehlakınızı azaltmağı düşünün və ya qaz əmələ gətirən birləşmələrin miqdarını azalda biləcək digər bişirmə üsullarını sınayın. Tesfu, həzm sisteminizin zamanla bu tərəvəzlərə uyğunlaşmasına kömək etmək üçün lif qəbulunuzu tədricən artırmağı və nəmli qalmağı tövsiyə edir.
Ardını oxu...
ABŞ-ın Los-Anceles şəhərindəki Smidt Ürək İnstitutunda aparılan yeni bir araşdırma, infarktın bir gün əvvəl siqnal verə biləcəyini ortaya qoydu.
Bizimyol.info xəbər verir ki, “Lancet Digital Health” elmi jurnalında dərc olunan nəticələrə görə, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrı hiss olunur.

Hər iki cinsdə görülən, lakin digərləri qədər olmayan xəbərdarlıq əlamətlərində qıcolmaya bənzər hadisələr və anormal tərləmə də müşahidə oluna bilər.

Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri başa düşmək həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər. Tədqiqat qrupuna rəhbərlik edən Summet Chugh: "Təcili yardım çağırışlarında fərdlər üçün xəbərdarlıq əlamətlərindən istifadə etmək erkən müdaxilənin və ölümlə nəticələnməsinin qarşısını ala bilər", - deyə bildirib.

"Chugh" (xırıltıldamaq, ürək döyünməsi) və komanda 18 ilə 85 yaş arasında olan xəstələri əhatə edən iki ayrı araşdırmanın məlumatlarını təhlil etdilər. Bu tədqiqatlarda xəstələr qəfil ürək dayanması keçirmiş insanlar idi. Xəstələrin böhrandan əvvəlki simptomları araşdırılıb.

İki qrupu müqayisə etmək üçün tədqiqat qrupu oxşar xəbərdarlıq əlamətləri göstərən, lakin infarkt keçirməyən insanları da nəzarətdə saxlayıb. Nəticədə, ürək xəstələrinin yarısında cinsiyyətə əsaslanan xəbərdarlıq əlamətləri hücumdan bir gün əvvəl ortaya çıxıb.
 
Ardını oxu...Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və bir nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin zəhərlənməsinin təfərrüatı məlum olub.

Belə ki, üçüncü sinif şagirdlərindən birinin ad gününü qeyd edən uşaqların tortdan zəhərləndikləri ehtimal edilir.

Halı pisləşən 11 şagird və bir müəllim xəstəxanaya yerləşdiriliblər.

Həkim İkram Allahverdiyevin sözlərinə görə, azyaşlılar bütün zəruri tədbirlər görüldükdən sonra evə buraxılıblar.

Ətraflı Baku TV-nin süjetində:

 

Bakıda fəaliyyət göstərən "Adress Baku” restoranı ilə keçmiş işçisi Nurlana Qasımova arasında qalmaqal yaşanır.

Nurlana Qasımova baş verənlərin təfərrüatları barədə Qaynarinfo-ya danışarkən bildirib ki, restoranın rəhbərliyi onun əmək hüquqlarını pozub.

"Mən bu ilin yanvar ayında "Adress Baku” restoranında işə düzəlmişəm. Amma mart ayında qeydiyyata alıblar. Yəni, mənimlə əmək müqaviləsi 2 ay sonra imzalanıb. Birinci qanunsuzluq burdan başlayır”, deyə Nurlana Qasımova bildirib.

Onun sözlərinə görə, restoranda bir neçə nəfərin işini görüb. Amma aldığı əmək haqqı gördüyü işin müqabilində çox az olub:

"Ona görə də bir neçə ay sonra işdən çıxmaq istədiyimi restoran rəhbərliyinə bildirdim. Dedim ki, burada bir neçə nəfərin işini görürəm, bunun müqabilində isə az maaş alıram. Məni işdən çıxmağa qoymadılar. Göndərdilər "Sea Breez”ə. Amma orada da eyni vəziyyətlə üzləşdim. Yəni, yenə də artıq işlər və az maaş. Bu dəfə işdən çıxmaq barədə təkid etdim. Amma yenə dedilər ki, çıxma. Yenidən "Adress Baku”ya qaytardılar və dedilər ki, maaşın da artacaq, əlavə işlər də görməyəcəksən. Vədlərinə əməl etmədilər. Əvəzində məndən xəbərsiz müqaviləyə xitam verib, işdən çıxardılar”.

O baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etsə də, nəticəsiz qalıb:

"Oradan mənə cavab gəldi ki, müqavilənizin vaxtı bitib. Bu aydındır. Bəs müraciətimdə sadaladığımı qanunsuzluqlar necə olsun? Əmək haqqımı kəsiblər. Əlavə işlərin pulunu verməyiblər”.

Nurlana Qasımova Azərbaycan Qida Təhlüküəsizliyi Agentliyinə də müraciət edib. "Restorandakı qidalarla bağlı müraciət etmişəm. Antisanitariya olur, qidaların keyfiyyəti aşağıdır və s. Bütün bunları müraciətimdə qeyd etmişəm”, deyə "Adress Baku”nun keçmiş işçisi bildirib.

AQTA-dan gələn cavabda qeyd edilib ki, müraciət əsasında restoranda yoxlama aparılıb və qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib və pozuntularla bağlı obyektin rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo Nurlana Qasımovun iddiaları ilə bağlı restoranla əlaqə saxlayıb. Restoranın Orxan adlı mühasibi onun iddialarını əsassız sayıb:
"Həmin şəxsin müqavilə müddəti bitib və biz də işə xitam vermişik. Burada hər hansı qanunsuzluq yoxdur. O adam Dövlət Əmək Müfəttişliyinə də müraciət edib. Amma qurumdan bizə heç bir irad bildirilməyib. Çünki qanunsuz iş görməmişik. Ona da bildirilib ki, müqavilənin müddəti bitib. Əmək haqqı məsələsinə gəlincə, onun maaşı tam olaraq verilib. Bu xanım əvvəl də başqa bir restoranda işləyib. Orada da bu cür qalmaqal yaradıb”.

"Adress Baku” restoranının "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rauf Vəliyevə məxsus olduğu iddia edilir. Qaynarinfo bu iddia ilə də maraqlanıb. Restoranın mühasibi əvvəlcə onun kimə məxsus olması barədə məlumatsız olduğunu desə də, sonradan zəng vuraraq obyektin sahibinin Kamran adlı şəxs olduğunu bildirib. Lakin bu şəxsin restoranın sahibi deyil, icarədarı olduğu barədə iddialar var.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib. “Report” xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Millət vəkili Qənirə Paşayevanın vəziyyətilə bağlı Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev danışıb.

Baş həkim “Xəzər Xəbər”ə bildirib ki, Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiyada davam etdirilir.

Onun sözlərinə görə, vəziyyətində cüzi stabilləşmə var.

Kamran Musayev əlavə edib ki, deputatın sağlamlıq vəziyyəti ilk dəqiqələrdən ölkə rəhbərliyinin nəzarəti altındadır.

Qənirə Paşayevanın qardaşı Hüseyn Paşayev isə onun vəziyyətiylə bağlı bildirdi ki, cüzi də olsa yaxşılaşma var.

Millət vəkilinin səhhətindəki durumla bağlı TƏBİB-dən bildirilib ki, sentyabrın 23-ü saat 03:01 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Həkimlər tərəfindən Qənirə Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

 

 


 
Ardını oxu...
 
Ətin insan orqanizmi üçün təhlükələri ilə bağlı müzakirələr davam edir. Bir sıra elm adamları bu məhsulun istifadəsi ilə xərçəng riskinin artması arasında əlaqə haqqında danışır. Onu da qeyd edək ki, eyni zamanda bu faktı təsdiqləməyən tədqiqatlar var.
Xarici KİV xəbər verir ki, Stenford Universitetinin mütəxəssisləri bu məsələyə son qoymağa çalışıblar.
Onlar eksperiment aparıblar. Alimlər qiymə donuz, mal əti və kartofu iki müxtəlif üsulla bişiriblər: 15 dəqiqə qaynadıb 20 dəqiqə qızardıblar. Bundan sonra mütəxəssislər yeməyin DNT-sini çıxarıb və analiz ediblər.
Məlum olub ki, qızardılan ətin güclü istilik nəticəsində DNT zədəsi var. Mütəxəssislərin fikrincə, gələcəkdə istehlak edildikdə bu, insan DNT-sinin məhvinə gətirib çıxarır və xərçəngə tutulma riskini artırır. Həmçinin, qızartma zamanı kanserogen maddələr əmələ gəlir ki, bu da onkologiyanın inkişafına kömək edir.
Mütəxəssislər belə qənaətə gəliblər ki, qızardılmış ət qaynadılmış və ya bişmiş ətdən qat-qat zərərlidir.
Alimlər həmçinin işlənmiş ətdən (kolbasa və sosika kimi məhsullar) uzaq durmağı məsləhət görürlər. "Heart Failure" araşdırmasına görə, işlənmiş qırmızı ət yeyən isveçli kişilərdə ürək çatışmazlığı riski daha yüksək idi. Klivlend Klinikasında aparılan bir araşdırma, qırmızı ət yeyən insanların bədənlərində TMAO adlı metabolik əlavə məhsulun daha yüksək səviyyədə olduğunu və bu, getdikcə daha çox ürək xəstəliyi ilə əlaqəli olduğunu göstərib.

Dünyapress TV

Xəbər lenti